Məhkəmə qərarları › İş №e-2(004)-1682/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1682/2022

18.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1682/2022 18.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 0084075AZN23707 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 267.22 manat əsas borc, 70.05 manat faiz borcu, 461.83 manat cərimə borcu olmaqla, cəmi 799.10 manat məbləğində borc, AVNS515 saylı maliyyələşdirmə üçün ərizə üzrə 200 mana əsas borc, 6.21 manat faiz borcu, 73.96 manat cərimə borcu oımaqla cəmi 280.17 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 31 manat dövlət rüsumunu İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «Paşa Bank” Açıq Səhmdar Cəmiyyəti kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Borcalan”) arasında 22.05.2019-cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 04.02.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC-11993İB/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. ÜŞT-yə əlavə olan 0084075AZN23707 saylı 22.05.2019-cu il tarixli Maliyyələşdirmə üçün ərizəyə (bundan sonra “Ərizə”) əsasən Borcalana 01.05.2020-ci il tarixədəki llik faiz dərəcəsi 21%, illik cərimə faizi 180% olmaqla 1000 (bir min) manat məbləğdə kredit verilmişdir. Eyni zamanda ÜŞT-yə əlavə olan AVNS515 saylı 22.05.2019-cu il tarixli Maliyyələşdirmə üçün ərizəyə əsasən Borcalana 22.05.2020-ci il tarixədəki illik faiz dərəcəsi 20%, olmaqla 200 (iki yüz) manat məbləğdə kredit xətti açılmışdır. Lakin borc alan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Nəticədə ərizələr üzrə müəyyənləşdirilən qаydаdа öhdəliklərini həyata keçirmədiyi günlərin sayı 0084075AZN23707 saylı maliyyələşdirmə üçün ərizə üzrə 638 gün, AVNS515 saylı maliyyələşdirmə üçün ərizə üzrə 558 gün təşkil edir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın 30 noyabr 2021-ci il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri aşağıdakı kimidir: 0084075AZN23707 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 267.22 (iki yüz altmış yeddi manat iyirmi iki qəpik) manat əsas borc, 70.05 (yetmiş manat, beş qəpik) manat faiz borcu, 461.83 (dörd yüz altmış bir manat səksən üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 799.10 (yeddi yüz doxsan doqquz manat on qəpik) manat təşkil edir; - AVNS515 saylı maliyyələşdirmə üçün ərizə üzrə 200 (iki yüz) manat əsas borc, 6.21 (altı manat iyirmi bir qəpik) manat faiz borcu, 73.96 (yetmiş üç manat doxsan altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 280.17 (iki yüz səksən manat on yeddi qəpik) manat təşkil edir. X1 əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddətibitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləridə öz növbəsində hesablanmağa davam edir. Eyni zamanda X1 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 31 (otuz bir) manat dövlətrüsumu ödəmişdir.İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki,iş materiallarına əlavə olunmuş Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 04.02.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC-11993İB/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) imzalayaraq qəbul etmişdir. İş materiallarına əlavə olunmuş 22.05.2019-cu il tarixli , fərdi şəxslərin maliyyəşdirilməsi üzrə sifarış ərizəsindən görünür ki , Cavabdeh 1000 manat məbləğində 12 ay müddətli kredit götürmüşdür. İş materiallarına əlavə olunmuş 22.05.2019-cu il tarixli, fərdi müştərilərin maliyyəşdirilməsi üçün ərizəsindən görünür ki , Cavabdeh işci kredit üzrə ilik faiz dərəcəsi 21%, illik cərimə faizi 180% olmaqla 1000 (bir min) manat məbləğdə kredit verilmişdir. iş materiallarına əlavə olunmuş 22.05.2019-cu il tarixli , fərdi şəxslərin maliyyəşdirilməsi üzrə sifarış ərizəsindən görünür ki , Cavabdeh 200 manat məbləğində 12 ay müddətli kredit goturmuşdur. iş materiallarına əlavə olunmuş 22.05.2019-cu il tarixli fərdi müştərilərin maliyyəşdirilməsi üşün ərizəsindən görünür ki, Cavabdeh işci kredit üzrə ilik faiz dərəcəsi 20%, illik cərimə faizi 24% olmaqla 200 (iki yüz) manat məbləğdə kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 21.05.2019-cu il tarixli 101/2019 sayli Agrarco MMC tərəfindən təqdin olunan arayışdan müəyyən olunur ki, Cavabdeh həqiqətəndə "xxxx" MMC-dən fəhlə peşəsində 01.06.2018-ci il tarixindən işləyir və onun aylıq əmək haqqısı 413(dörd yüz on üç) manat təşkil edir. İş materiallarına əlavə olunmuş «Paşa Bank” ASC tərəfindən cavabdehə ünvanlanmış 19.11.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, qısa zaman ərzində ödəniş etməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarında olan «Paşa Bank” ASC tərəfindən 18.01.2022-ci il tarixli təqdim olunmuş maliyyə arayışından görünür ki, 0084075AZN23707 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 267.22 (iki yüz altmış yeddi manat iyirmi iki qəpik) manat əsas borc, 70.05 (yetmiş manat, beş qəpik) manat faiz borcu, 461.83 (dörd yüz altmış bir manat səksən üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 799.10 (yeddi yüz doxsan doqquz manat on qəpik) manat təşkil edir, gecikmə gününün sayı- 638 müəyyən olunmuşdur. AVNS515 saylı maliyyələşdirmə üçün ərizə üzrə 200 (iki yüz) manat əsas borc, 6.21 (altı manat iyirmi bir qəpik) manat faiz borcu, 73.96 (yetmiş üç manat doxsan altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 280.17 (iki yüz səksən manat on yeddi qəpik) manat təşkil edir, gecikmə gününün sayı- 558 müəyyən olunmuşdur. İş materiallarında olan 11.02.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, 0084075AZN23707 saylı 22.05.2019-cu il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh 01.05.2020-ci ilə tərixinədək qaytarmaq və illik 21 faiz ödəmək şərti ilə aldığı 1000 manat krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmiş və həmin müqavilə üzrə 267.22 (iki yüz altmış yeddi manat iyirmi iki qəpik) manat əsas borc, 70.05 (yetmiş manat, beş qəpik) manat faiz borcu, 461.83 (dörd yüz altmış bir manat səksən üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 799.10 (yeddi yüz doxsan doqquz manat on qəpik) manat borcu vardır. Bundan əlavə AVNS515 saylı 22.05.2019-cu il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh 22.05.2020-ci il tarixinə qədər qaytarmaq və illik 24 faiz ödəmək şərti ilə aldığı 200 manat krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmiş və həmin müqavilə üzrə 200 (iki yüz) manat əsas borc, 6.21 (altı manat iyirmi bir qəpik) manat faiz borcu, 73.96 (yetmiş üç manat doxsan altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 280.17 (iki yüz səksən manat on yeddi qəpik) manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş örməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən hesablanmış 0084075AZN23707 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 461.83 manat cərimə borcu cavabdehin hazırda ödənilməmiş əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 25 manat məbləğinədək, AVNS515 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 73.96 manat cərimə borcu cavabdehin hazırda ödənilməmiş əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 20 manat məbləğinədək azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 0084075AZN23707 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 267.22 manat əsas borc, 70,05 manat faiz borcu, 25 manat cərimə, AVNS515 saylı maliyyələşdirmə üçün ərizə üzrə 200 mana əsas borc, 06,21 manat faiz borcu, 20 manat cərimə olmaqla cəmi 588,48 (beş yüz səksən səkkiz manat qırx səkkiz) manat məbləğində borc və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 31 (otuz bir) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq «Paşa Bank” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar