Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1683/2024 16.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Qubadova (Həsənova) Aysel Fizuli qızının Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qubadova (Həsənova) Aysel Fizuli qızı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 2493/2023 nömrəli qətnaməsi ilə hər ay hər uşaq üçün təyin edilmiş 220 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsi, birgə nikahdan doğulmuş övladları - xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 400 manat olmaqla, cəmi 800 manat sabit pul məbləğində alimentin mediasiya təklifi göndərilən tarixdən tutularaq ona ödənilməsi və mediasiya üçün ödənilmiş 60 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X3 ilə Cavabdeh xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan onların xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı iki övladı var. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(004)-2493/2023 nömrəli qətnaməsinə əsasən hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq Qubadova (Həsənova) Aysel Fizuli qızına ödənilir. Uşaqlar 8 və 16 yaşındadır. Onlar məktəbə, hazırlıqlara gedirlər. Övladının biri abituriyentdir və müxtəlif fənlərdən hazırlığa gedir. Ödənilən 220 manat aliment uşağın keyfiyyətli təhsil alması və saxlanması üçün kifayət deyildir. Ölkə ərazisində hazırki inflyasiyanı və bazar qiymətlərini, məşğələ qiymətlərini də nəzərə alsaq 220 manat uşaq üçün bir aylıq yaşayış minimumdan da az məbləğdir, bu olduqca azdır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən uşaqların bir aylıq yaşayış minimumu 235 manat müəyyən edilib. Qanun yalnız uşağın qidalaması minimumunu müəyyən edir. Lakin uşaqların qidalanmasından əlavə, digər xərclər üçün də ödəniş lazımdır. İddiaçının övladlarının 18 yaşına çatana kimi ehtiyaclarının qarşılanmağı (məktəb ləvazimatlarının alınması, əlavə kurslara göndərməklə bağlı xərclər, həkim xərcləri və s.) ilə bağlı aylıq hər uşaq üçün ayrılıqda 400 manat alimentin müəyyən edilməsinə ehtiyacı var. Alimentin artırılması ilə bağlı 16 noyabr 2023-cü il tarixdə mediasiyaya müraciət olunub və mediasiya arayışı alınıb. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilsə də, o, məhkəmə iclasında gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinin tələbinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, stamotoloq işləyir, 350 manat əmək haqqı alır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-2493/2023 nömrəli qətnaməsinə əsasən hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimenti güclə ödəyir. İddiaçı özü də tibb bacısı işləyir və əmək haqqı alır. Onun öhdəsində 4 nəfər ailə üzvü var. Onların maddi təminatını da ödəməlidir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-2493/2023 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş övladları - xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X1 18 yaşına çatana qədər saxlanması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-4159/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilərək, Cavabdeh hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. AZEMİS-dən çıxarışdan müəyyən edilir ki, İddiaçı “Akademik M.A.Topçubaşov adına X5” PHŞ-da peşəkar tibb bacısı vəzifəsində çalışır və əmək haqqı 606,7 manat təşkil edir. AZEMİS-dən çıxarışdan müəyyən edilir ki, Cavabdeh “X10” MMC-də stomatoloq olaraq çalışır və aylıq əmək haqqı 350 manat təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Odur ki, uşaqların minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanılması baxımından alimentin miqdarı dəyişdirilərək, həy ay hər uşaq üçün 235 manat müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə, uşaqların mənafeyini, tərəflərin maddi durumunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə nikahından doğulmuş övladları xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh ödənilmiş mediasiya xərcinə görə 60 manat pul tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh 74,40 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-2493/2023 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilsin. Tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödənilmiş mediasiya xərcinə görə 60 (altmış) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 74,40 (yetmiş dörd manat qırx qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-1683/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1683/2024
16.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver