Məhkəmə qərarları › İş №e-2(004)-1690/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1690/2022

05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1690/2022 05.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 avqust 2017-ci il tarixli, İP189 nömrəli kredit müqaviləsi üzrə 74343,26 manat əsas borc, 4772,09 manat faiz borcu, 108,20 manat cərimə borcu olmaqla, cəmi 79223,55 manat məbləğində borcun, iş üzrə ödənilmiş 326 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 40 manat pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan və Cavabdeh məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 110,000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi; daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi; ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq “PAŞA Bank" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Paşa Bank’’ ASC ilə Cavabdeh arasında "xxxx" ASC-nin vəsaiti hesabına ipoteka kreditinin götürülməsi ilə bağlı 16 avqust 2017-ci il tarixli, İP189 nömrəli kredit müqaviləsi və kredit razılaşması imzalanmış, Bank tərəfindən borcalana illik faiz dərəcəsi 4% olmaqla 220 ay müddətinə 77000 manat məbləğində ipoteka krediti verilmişdir. Bununla yanaşı, qeyd edilən müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bank ilə borcalan arasında 17 avqust 2017-ci il tarixli İP189 nömrəli alqısatqı və ipoteka müqaviləsi imzalanmış, ünvan 1 ünvanında yerləşən 90 saylı mənzil İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İP189 saylı alqı-satqı və ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda RX№1129241 nömrəli dövlət reyestrindən çıxarış və PŞB-İP seriyalı, 00210 nömrəli ipoteka kağızı verilmişdir. Lakin kredit alan həmin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, tərəflər arasında imzalanmış kredit müqaviləsinə əsasən müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən hallar yarandıqda, borcalan davam edən 60 (altmış) gün ərzində ona verilmiş kredit üzrə asas borc hissəsini və onun faizini ödəniş cədvəli üzrə ödəmədikdə, borcalan tərəfindən annuitet ödənişlər 12 ay ərzində 3 dəfədən çox gecikdirildikdə bank müqaviləyə vaxtından əvvəl xitam verə, kredit üzrə əsas borcun qalığının bu bıı müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini borcalanadan tələb edə bilər. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək borcalan və zaminlərə xəbərdarlıq məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İpoteka saxlayan İddiaçı ASC İpoteka qoyanlara ‘İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.3-cü bəndinə uyğun olaraq ipoteka predmetlərinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanlarının Banka məlum olan qeydiyyat ünvanlarına bildiriş göndərmişdir və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim olunmuş və qeydiyyata alınmışdır. İddiaçı ASC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması üçün 10 manat, dövlət rüsumu və 30 manat xidmət haqqı və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 326 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə Cavabdeh 08 oktyabr 2021-ci il tarixə İddiaçı ASC qarşısında İP189 saylı kredit müqaviləsi əsasən 74343.26 manat əsas borc, 4772.09 manat faiz borcu, 108.20 manat cərimə borcu olmaqla, cəmi 79223,55 manat təşkil edir. Bundan sonra, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh 16 avqust 2017-ci il tarixli, İP189 nömrəli kredit müqaviləsi üzrə 74343,26 manat əsas borc, 5643,93 manat faiz borcu, 241,15 manat cərimə borcu olmaqla, cəmi 80228,34 manat məbləğində borcun, iş üzrə ödənilmiş 331 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 40 manat pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan və Cavabdeh məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 148000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi; daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi; ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq “PAŞA Bank" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında tələb olunan borc məbləği ilə razı olduğunu, lakin maddi vəziyyətinə görə həmin borcu ödəyə bilmədiyini qeyd etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 avqust 2017-ci il tarixli, İP189 nömrəli kredit müqaviləsindən görünür ki, müvafiq müqaviləyə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh ünvan 2 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsin tərəfindən 02 avqust 2017-ciil tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən RX№1097551 nömrəli çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın alınması üçün illik 4 % ödəmək şərti ilə 220 ay müddətinə qaytarmaq şərti ilə 77000 məbləğində kredit verilmişdir. İş materiallarında olan ipoteka saxlayan İddiaçı ASC, satıcı X3 və alıcı (ipoteka qoyan) Cavabdeh arasında bağlanmış 17 avqust 2017-ci il tarixli, İP189 nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satış qiyməti 110 000 manat olan Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylı mənzilin dəyərinin 33 000 manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən, 77 000 manat məbləğində olan hissəsi isə kreditor- ipoteka saxlayan tərəfindən 16 avqust 2017-ci il tarixli İP189 saylı Kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. Alıcıipoteka qoyan daşınmaz əmlakı bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditoripoteka saxlayan arasında bağlanmış Kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminat kimi Kreditor-İpoteka saxlayana ipotekaya vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, 16 avqust 2017-ci il tarixli, İP189 nömrəli kredit müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylı mənzilə dair İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklülük xx.xx.2017-ci il tarixdə dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən borcalan Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli ipoteka predimetinə tutmanın yönəldilməsi haqqında bildirişin və qeyd edilən bildirişin çatdırılmasına dair qaimənin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi, əks təqdirdə borcun ödənilməsi və ipoteka predimetinə tutma yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan ipoteka saxlayan İddiaçı ASC tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylı mənzilə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı ASC -nin xx.xx.2021-ci il tarixli elektron müraciətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylı mənzilə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 16 avqust 2017-ci il tarixli, İP189 nömrəli kredit müqaviləsi üzrə həmin tarixə 74343,26 manat əsas borc, 5643,93 manat faiz borcu, 241,15 manat cərimə borcu olmaqla, cəmi 80228,34 manat borcu yaranmışdır. İş materiallarında olan "Yeni Dövr" Qiymətləndirmə Mərkəzinin 17 may 2022-ci il tarixli 004-042/2022 nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylı mənzilin bazar dəyəri 161600 manat, likvid dəyəri 148000 manat təşkil edir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun, ona hesablanmış faizin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə tələb olunan borc məbləği ilə razı olduğunu bildirmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, 16 avqust 2017-ci il tarixli, İP189 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 220 ay müddətinə illik 4 % ilə 77000 (beş min) manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklədə müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə 16 avqust 2017-ci il tarixli, İP189 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi əsas və faiz borcu hissəsində tam təmin edilməli, 74343,26 manat əsas borc və 5643,93 manat məbləğində faiz borcu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə əsas borca hesablanmış 241,15 manat cərimə borcu hissəsi ilə bağlı belə qənaətə gəlir ki, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olduğundan iddia tələbi bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, İpoteka saxlayan İddiaçı ASC, satıcı X3 və alıcı (ipoteka qoyan) Cavabdeh arasında bağlanmış 17 avqust 2017-ci il tarixli, İP189 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən alıcı (ipoteka qoyan) Cavabdeh satış qiyməti 110 000 manat olan Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylı mənzilin 33 000 manat məbləğində olan hissəsini ödəməklə, 77 000 manat məbləğində olan hissəsini isə kreditoripoteka saxlayan tərəfindən 16 avqust 2017-ci il tarixli İP189 saylı Kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilməklə əldə etmişdir. Alıcı-ipoteka qoyan daşınmaz əmlakı bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla kreditor-ipoteka saxlayan arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminat kimi kreditorkpoteka saxlayana ipotekaya vermişdir. 17 avqust 2017-ci il tarixli, İP189 nömrəli ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı ASCyə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə xəbərdarlıq ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, ipoteka predmetlərinə tutmanın yönəldilməsinə dair bildirişlər ipoteka saxlayanın (İddiaçı ASC) ərizəsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) İddiaçı ASC hazırda ipoteka predmetlərinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik Cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylı mənzilə yönəldilməli, həmin ipoteka predmeti açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana-Cavabdeh qaytarılmalıdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər Müvafiq ipoteka predmetlərinin qiymətləndirilməsi zamanı "Yeni Dövr" Qiymətləndirmə Məkrkəzinin 17 may 2022-ci il tarixli 004-042/2022 nömrəli qiymətləndirmə rəyi əsas götürülməlidir. "Yeni Dövr" Qiymətləndirmə Məkrkəzinin 17 may 2022-ci il tarixli 004-042/2022 nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Alatava- 7 küçəsi, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylı mənzilin bazar dəyəri 161600 manat, likvid dəyəri 148000 manat təşkil edir. Beləliklə məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə, Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylı mənzilin ilkin satış qiyməti (likvid) 148000 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid ediir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 331 (üç yüz otuz bir) manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi üçün dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 40 (qırx) manat pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 16 avqust 2017-ci il tarixli, İP189 nömrəli kredit müqaviləsi üzrə 74343,26 (yetmiş dörd min üç yüz qırx üç manat iyirmi altı qəpik) manat əsas borc, 5643,93 (beş min altı yüz qırx üç manat doxsan üç qəpik) manat faiz borcu, 241,15 (iki yüz qırx bir manat on beş qəpik) manat cərimə olmaqla, cəmi 80228,34 (səksən min iki yüz iyirmi səkkiz manat otuz dörd qəpik) manat borc və iş üzrə ödənilmiş 331 (üç yüz otuz bir) manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi üçün dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 40 (qırx) manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Tutma - ipoteka predmeti olan və Cavabdeh məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylı mənzilə yönəldilsin, mənzilin ilkin satış qiyməti (likvid) 148000 (bir yüz qırx səkkiz min) manat müəyyən edilməklə açıq hərracda satılsın və satışdan əldə olunan pul hesabına Cavabdeh tutulmalı olan ümumilikdə 80599,34 (80228,34+331+40=80599,34) manat pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, artıq qalan vəsait mülkiyyətçi Cavabdeh qaytarılmalıdır. İpoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylı mənzilə tutma yönəldildikdən və həmin mənzil satıldıqdan sonra, ən geci 1 (bir) ay ərzində Cavabdeh ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmalı, həmin mənzil boşaldılmalı və yeni alıcıya təhvil verilməlidir. Mənzil hərracda satıldıqdan sonra əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsi ümumi qaydada icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 16 avqust 2017-ci il tarixli, İP189 nömrəli kredit müqaviləsi üzrə 74343,26 (yetmiş dörd min üç yüz qırx üç manat iyirmi altı qəpik) manat əsas borc, 5643,93 (beş min altı yüz qırx üç manat doxsan üç qəpik) manat faiz borcu, 241,15 (iki yüz qırx bir manat on beş qəpik) manat cərimə olmaqla, cəmi 80228,34 (səksən min iki yüz iyirmi səkkiz manat otuz dörd qəpik) manat borc və iş üzrə ödənilmiş 331 (üç yüz otuz bir) manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi üçün dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 40 (qırx) manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tutma ipoteka predmeti olan və Cavabdeh məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylı mənzilə yönəldilsin, mənzilin ilkin satış qiyməti (likvid) 148000 (bir yüz qırx səkkiz min) manat müəyyən edilməklə açıq hərracda satılsın və satışdan əldə olunan pul hesabına Cavabdeh tutulmalı olan ümumilikdə 80599,34 (80228,34+331+40=80599,34) manat pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Artıq qalan vəsait mülkiyyətçi Cavabdeh qaytarılsın. İpoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylı mənzilə tutma yönəldildikdən və həmin mənzil satıldıqdan sonra, ən geci 1 (bir) ay ərzində Cavabdeh ailə üzvləri ilə birlikdə mənzildən çıxarılsınlar, həmin mənzil boşaldılsın və yeni alıcıya təhvil verilsin. Mənzil hərracda satıldıqdan sonra əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsi ümumi qaydada icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar