Məhkəmə qərarları › İş №e-2(004)-1692/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1692/2023

15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1692/2023 15.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 11.142,76 manat əsas borc, hesablanmış 9.167,70 manat faiz, 8.659,12 manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən sonrakı dövrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq illik 5 faizlə hesablanmış 1.629,05 manat faiz borcu və iş üzrə ödənilmiş 181,80 manat dövlət rüsumunun tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, LPO "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 5936 nömrəli “kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə”yə əsasən LPO "xxxx" ASC borcalan Cavabdeh 12 ay müddətinə illik 23 faiz olmaqla 10.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Tərəflər xx.xx.2015-ci il tarixli 5936 nömrəli “kredit kartın verilməsi və istifadəsi” müqaviləsinə xx.xx.2017-ci il tarixdə 1 nömrəli əlavə saziş bağlamışlar. xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən əsas müqavilənin adında olan “kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə” ifadəsi “kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 ABŞ dolları = 1.55 AZN) 13.914,35 manat təşkil edən qalığı kreditə çevrilmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 8.977 ABŞ dolları əsas borc, 832,57 ABŞ dolları faiz borcu və 618,31 ABŞ dolları cərimə təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır və illik 20 faiz ödənilməsi nəzərdə tutulmuşdur. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürsə də, o, bu öhdəliyini yerinə yetirməmişdir. xx.xx.2023-ci il tarixə Cavabdeh kredit üzrə 11.142,76 manat əsas borcu, hesablanmış 9.167,70 manat faiz borcu, 8.659,12 manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən sonrakı dövrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq illik 5 faizlə hesablanmış 1.629,05 manat faiz borcu olmaqla, cəmi 30.598,63 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və xx.xx.2022-ci il tarixli **********791 nömrəli bildiriş məktubu göndərilməsinə baxmayaraq, cavabdeh iddiaçıya heç bir cavab verməmiş və kredit borcunu Banka qaytarmamışdır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, borcalan həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Hesab edir ki, Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsini şəxsən imzalamış, restruktrizasiya və konvertasiya olunmuş borc məbləğini və hesablanacaq faizləri banka ödəməyi öhdəsinə götürdüyünə görə, yaranmış borcun ödənilməsi üçün məsuliyyət daşıyır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 5936 nömrəli “kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə”yə əsasən LPO "xxxx" ASC borcalan Cavabdeh 12 ay müddətinə illik 23 faiz olmaqla 10.000 ABŞ dolları borc vermişdir. Cavabdeh xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən bankdan 10.000 ABŞ dolları borc aldığını etiraf edir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 5936 nömrəli “kredit kartın verilməsi və istifadəsi” müqaviləsinə xx.xx.2017-ci il tarixdə 1 nömrəli əlavə saziş bağlanması qanunsuz olmuşdur. Çünki, xx.xx.2015-ci il tarixli 5936 nömrəli müqavilənin müddəti xx.xx.2026-cı il tarixdə başa çatdığına görə müqaviləyə xitam verilmişdir. Qüvvədən düşmüş müqaviləyə əlavə saziş imzalanması əsassızdır. Hesab edir ki, müqaviləyə əlavələr yalnız müqavilənin qüvvədə olduğu müddətdə edilə bilərdi. Müqavilənin müddəti xx.xx.2016-cı ildə bitmişdir və iddiaçının üç il ərzində xx.xx.2019-cu il tarixə kimi cavabdehə qarşı iddia qaldırmaq hüququ olmuşdur. İddiaçı kredit müqaviləsi üzrə üç illik iddia müddətini ötürərək, xx.xx.2019-cu il tarixə kimi ona qarşı iddia qaldırmamış, 3 il 2 ay müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 379-cu və 380-ci maddələrində nəzərdə tutulmuş hallardan heç biri baş verməmişdir. Odur ki, xx.xx.2015-ci il tarixli 5936 nömrəli “kredit kartının verilməsi və istifadəsi” müqaviləsi üzrə öhdəliklərin iddia müddəti başa çatmış və mahiyyət etibari ilə qüvvədən düşmüş müqaviləyə bağlanmış xx.xx.2017-ci tarixli 1 saylı əlavə saziş əhəmiyyətsiz əqd kimi formal xarakter daşıdığından və heç bir hüquqi nəticə doğurmadığından iddia müddətinin axımının kəsilməsi əsası kimi çıxış edə bilməz. Odur ki, iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddia müddəti keçdiyinə görə iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 5936 nömrəli “kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə”yə əsasən "xxxx" ASC borcalan Cavabdeh 12 ay müddətinə illik 23 faiz olmaqla 10.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Qəbzdən görünür ki, Cavabdeh adına yazılmış AZE AZ1054USD/********** nömrəli 4106 **** **** 8013 nömrəli kredit kartı bankomatlardan istifadə üçün şəxsi məxfi kod Cavabdeh bağlı zərfdə təqdim edilmişdir. "xxxx" ASC borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 5936 nömrəli “kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə”yə xx.xx.2017-ci il tarixdə 1 nömrəli əlavə saziş bağlamışlar. xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən əsas müqavilənin adında olan “kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə” ifadəsi “kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 ABŞ dolları = 1.55 AZN) 13.914,35 manat təşkil edən qalığı kreditə çevrilmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 8.977 ABŞ dolları əsas borc, 832,57 ABŞ dolları faiz borcu və 618,31 ABŞ dolları cərimə təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır və illik 20 faiz ödənilməsi nəzərdə tutulmuşdur. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC-nin Binaqədi filialı tərəfindən verilmiş 70377621-15 üzrə müqaviləyə əlavə üzrə ödəniş cədvəlinə əsasən (003T03170030S01 nömrəli sənəd) Cavabdeh 36 ay müddətinə xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixə kimi hər ay 517,11 manat, sonuncu ay 516,96 manat olmaqla 13.914 manat əsas borcu və 20 %-lə hesablanan 4.701,46 manat faiz borcu olmaqla, cəmi 18.615,81 manat borcu "xxxx" ASC-nin Binəqədi filialına ödəməli idi. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışında göstərilir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli KM003T03170030S01 nömrəli kredit müqavilə üzrə xx.xx.2023-ci il tarixə Cavabdeh 11.142,76 manat əsas borcu, xx.xx.2017-xx.xx.2020-ci il tarixə hesablanmış 9.167,70 manat faiz borcu, 8.659,12 manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən sonrakı dövrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq illik 5 faizlə hesablanmış 1.629,05 manat faiz borcu olmaqla, cəmi 30.598,63 manat borcu vardır. “AZEMİS” və Vahid Məhkəmə Portalı vasitəsilə elektron sistemin vergi ödəyicilərinin məlumatları ilə təsdiq edilir ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (VÖEN **********, FİN 23XEUGJ) hüquqi şəxs kimi - AZ1008, ünvan 1 ünvan üzrə xx.xx.2004-cü il tarixdə Vergilər Nazirliyində uçota alınmışdır. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(103)- 3194/2017 nömrəli qərarı ilə İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında xx.xx.2017-ci il tarixdə xx.xx.2015-ci il tarixli “kredit kartının verilməsi və istifadəsi” üzrə müqaviləyə 1 nömrəli Əlavə saziş bağlanmasından məlumatı olmamasını və ödəmə qrafikindəki Cavabdeh adının qarşısındakı imzanın ona məxsus olmadığını, həmçinin borcun məbləğinin düzgün hesablanmadığını bildirmişdir. Bu səbəbdən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)- 1692/2023 nömrəli qərardadı ilə Cavabdeh nümayəndəsi və vəkili Vəkil vəsatəti təmin edilmiş, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə məhkəmə xəttşünaslıq və mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertizanın rəyi məhkəməyə daxil olanadək, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə xəttşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 4/1035 nömrəli ekspert rəyi xx.xx.2023-cü il tarixdə, məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli ekspert rəyi mülki işlə birlikdə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bu səbəbdən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)- 1692/2023 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş və iş üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə saat 15:00-a təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/1035 nömrəli xətşünaslıq-ekspertizası rəyindən müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş, "xxxx" ASC və Cavabdeh adlarından olan xx.xx.2015-ci il tarixli 5936 nömrəli Kredit kartın verilməsi və istifadəsi üzrə müqavilədə borcalanın adından olan 2 ədəd imza, Cavabdeh adına olan AZE AZ1054USD/********** 4106 **** **** 8013 nömrəli kredit kartının bankomatlardan istifadə üçün şəxsi məxfi kodun bağlı zərfdə “Kart sahibinin imzasi” və “Şəxsiyyəti təsdiq edilmiş və imza yoxlanılmışdır” qrafalarındakı imzalar, xx.xx.2015-ci il tarixli 5936 nömrəli “kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə”yə İddiaçı ASC ilə Cavabdeh adından olan xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavə sazişdə borcalanın adından olan 4 ədəd imza, İddiaçı ASC-nin Binəqədi filialı tərəfindən verilmiş 70377621-15 üzrə müqaviləyə əlavə ödəniş cədvəlində (003T03170030S01 nömrəli sənəd) “Borcalan” qrafasındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4575 nömrəli mühasibatlıq-ekspertizası rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli 5936 saylı kredit kartının verilməsi və istifadəsi üzrə müqavilə və xx.xx.2017ci il tarixli № 1 saylı “Əlavə saziş”-də qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx.xx.2020-ci il və xx.xx.2023-cü il tarixlərə İddiaçı ASC-yə olan borcu xx.xx.2020-ci il tarixə (müqavilənin müddətinin bitdiyi tarixə) 11.142,44 manat əsas borc, 4.995,53 manat faiz borcu; xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5%-lə hesablanmış faiz borcu 1.601,73 manat təşkil edir. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbinə dair ərizə təqdim edərək, iddia müddəti keçdiyinə görə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 5936 nömrəli kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə və həmin müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə bitsə də, cavabdehin həmin müqavilə üzrə öhdəliyinə xitam verilməmişdir. Tərəflər arasında xx.xx.2015-ci il tarixli 5936 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi üsulu ilə bağlı razılaşma olmuş və qalıq borcu tərəfl öz aralarında müəyyən etməklə, həmin borcun hansı müddətdə ödəniləcəyinə dair xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavə saziş imzalamışlar və Cavabdeh 36 ay müddətinə xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixə kimi hər ay 517,11 manat, sonuncu ay 516,96 manat olmaqla, 13.914 manat əsas borcu və 20 %-lə hesablanan 4.701,46 manat faiz borcu olmaqla, cəmi 18.615,81 manat borcu "xxxx" ASC-nin Binəqədi filialına ödəməyi öhdəsinə götürmüşdür. Yəni, xx.xx.2017-ci il tarixdə tərəflər arasında borcla bağlı yeni bir razılaşma imzalandığına görə, iddia müddətinin başlanğıcı xx.xx.2015-ci il tarixli müqavilənin müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən deyil, xx.xx.2017-ci il tarixli sazişin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. İddiaçı üç illik iddia müddəti ərzində xx.xx.2023-cü il tarixdə, yəni xx.xx.2023-cü il tarixədək iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə, iddia müddətini ötürməmişdir. Odur ki, iddia müddətinin tətbiqi ilə iddia rədd edilə bilməz. Cavabdehin borcunun məbləği xx.xx.2023-cü il tarixli 9/4575 nömrəli mühasibatlıq-ekspertizasının rəyinə uyğun olaraq müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış 8.689,12 manat cərimə azaldılaraq 500 manat müəyyən edilməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2015-ci il tarixli 5936 nömrəli kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə və həmin müqaviləyə xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavə saziş üzrə yaranmış 11.142,44 manat əsas borc, sazişin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə hesablanmış 4.995,53 manat faiz borcu, 500 manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən sonrakı dövrə xx.xx.2023-cü il tarixədək Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq illik 5 faizlə hesablanmış 1.601,73 manat faiz borcu və iş üzrə ödənilmiş 181,80 manat dövlət rüsumu olmaqla, cəmi 18.421,50 manat pul tutularaq LPO İddiaçı ASC-yə ödənilməlidir. İddia tələbi qalan hissələrində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli 5936 nömrəli kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə və həmin müqaviləyə xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavə saziş üzrə yaranmış 11.142,44 manat əsas borc, sazişin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə hesablanmış 4.995,53 manat faiz borcu, 500 manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən sonrakı dövrə xx.xx.2023-cü il tarixədək Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq illik 5 faizlə hesablanmış 1.601,73 manat faiz borcu və iş üzrə ödənilmiş 181,80 manat dövlət rüsumu olmaqla, cəmi 18.421,50 (on səkkiz min dörd yüz iyirmi bir manat əlli qəpik) manat pul tutularaq LPO İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar