Məhkəmə qərarları › İş №e-2(004)-1694/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1694/2025

12.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1694/2025 12.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, iddia tələbini təmin edərək, Cavabdeh tərəfindən törədilmiş yol qəzası nəticəsində “Mercedes Benz” markalı, **-RP-*** d.q.n minik avtomobilinə dəymiş maddi zərərə görə 8587 (səkkiz min beş yüz səksən yeddi) manat, evakuatora ödənilmiş 180 (bir yüz səksən) manat, nəqliyyat vasitəsinə (taksi) ödənilmiş 2500 (iki min beş yüz) manat, mənəvi zərərə görə 5000 (beş min) manat, vəkilə ödənilmiş 330 (üç yüz otuz) manat, ödənilmiş dövlət rüsumu 140 (bir yüz qırx) manat ümumilikdə 16737 (on altı min yeddi yüz otuz yeddi) manat pul məbləğinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 16:10 radələrində X2 etibarnamə ilə idarə etdiyi ona məxsus “Mercedes Benz” markalı, **-RP-*** d.q.n. avtomobillə Nəsimi rayonu, Salamzadə küçəsi ilə hərəkətdə olub körpünün üzərinə çıxıb hərəkəti davam edən vaxt qarşı istiqamətdən hərəkətdə olan “Nissan X-Trail” markalı, **-RB-*** d.q.n. avtomobilin sürücüsü sonradan adını bildiyi Cavabdeh əks istiqamətli hərəkət zolağına çıxmaqla onun qarşısına çıxmış və bu səbəbdən toqquşma baş vermişdir. Hadisə nəticəsində A.T.Taleh xəsarət almış, ora TTY gəlmiş onu KTM-ə aparmışdır. Hadisə yerinə gələn Cavabdeh atası Nümayəndə2oviç avtomobilə xeyli ziyan dəydiyini görmüş, A.T.Talehin qohumlarına dəymiş zərəri tam ödəyəcəyini bildirmişdir. O, oğlu Kənanın Naxçıvan MR-da hərbi xidmətdə olduğunu hazırda məzuniyyətə gəldiyini bildirmiş və polisə şikayət olunmadan məsələni öz aralarında həll etməyini xahiş etmişdir. Hadisənin növbəti günü xx.xx.2024-cü il tarixdə axşama doğru X2 və qohumu X5 cavabdehin atası Nümayəndə2oviçlə görüşmüş, avtomobilə dəyən zərərin 10000 (on min) manatını Q.V.Hacı xx.xx.2024-cü il tarixdə səhər saatlarında ödəyəcəyi, qalan məbləği isə təmir işləri görüldükcə onun tərəfindən ödəniləcəyi, bunun qarşılığında isə A.T.Taleh oğlu Q.H.Kənandan şikayətçi olmayacağı barədə aralarında şifahi razılığa gəlmişdirlər. Aralarında şifahi razılığın əldə olunmasına baxmayaraq qeyd olunan tarixdə Hacı sözünə əməl etməyərək “bu gün çatdıra bilmədim.., rayondan gəlirəm axşam mütləq görüşürük.., narahat olma mən hacıyam, mən kişiyəm kişi sözü vermişəm və s.” həftələrlə pulu ödəməkdən qərəzli şəkildə boyun qaçırmışdır. Nəsimi Rayon Məhkəməsinin 3(006)- 4725/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati əməli törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmışdır. Burdan da görünür ki, avtomobilə cavabdehin yol hərəkət qaydalarını pozması səbəbindən maddi ziyan dəymişdir. Bildirmişdir ki, “Mercedes Benz” markalı, **-RP-*** d.q.n minik avtomobili BA 153096 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən onun mülkiyyətindədir. “X10”-in tərtib etdiyi 26 noyabr 2024-cü il tarixli qüsur aktına əsasən yolnəqliyyat hadisəsi nəticəsində avtomobilə ümumilikdə 13587 manat ziyan dəyməsi müəyyən edilmişdir. Bu məbləğdən 5000 manat icbari sığorta müqaviləsinə əsasən “Atəşgah” SŞ tərəfindən ona ödənilmişdir. O, ailəsi ilə faktiki Nardaran qəsəbəsində yaşayır, iş yeri Bakı Sağlamlıq Mərkəzindədir – o, neyrocərrah işləyir, iş saatları fiks deyil bəzən xəstə ağırlaşanda, yaxud əməliyyat təcili tələb olunanda iş saatlarından sonra da xəstəxanaya getməli olur. Gündəlik ən aşağı 25-30 manat arası yol xərci çıxır (işə getməkgəlmək, uşağı bağçaya aparmaq-gətirmək və s.). Cavabdeh bu günədək avtomobilə vurulan ziyanı ödəməmişdir. Cavabdeh xəsarət yetirdiyi şəxsin səhhəti ilə maraqlanmaması, atası Nümayəndə2oviçin dəymiş zərəri ödəyəcəyinə dair yalan vəd verib, verdiyi vədə əməl etməməsi və ümumilikdə cavabdehin təqsiri ucbatından yaranmış vəziyyətə laqeyd yanaşması, zərəri ödəməkdən qərəzli şəkildə boyun qaçırması mənəvi sarsıntı keçirməyinə səbəb olmuşdur. Hesab edir ki, Cavabdeh 5000 (beş min) manat məbləğində mənəvi zərər də ödəməlidir. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi qismən əsassız olduğundan etiraz olunan hissədə rədd edilməsini xahiş edir. Qeyd etmişdir ki, xx.xx.2024-cü ildə yol nəqliyyat hadisəsi törətmiş və iddiaçıya məxsus avtomobilə maddi ziyan dəymişdir. YNH zamanı maddi zərər dəyən avtomobili (“Mercedes Benz” markalı, **- RP-*** d.q.n.) etibarnamə əsasında X3 idarə etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş və onun barəsində məhkəmənin qərarı ilə İXM-in 327.8-ci maddəsi ilə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbəh tədbiri tətbiq edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkən tərəfə ziyanı ödəməkdən yayınmamış və bu barədə X2 ilə onun arasında dəfələrlə söhbət olmuş, dəyən ziyan sığorta orqanı tərəfindən 8000 manat qiymətləndirildiyindən sığorta ödənişindən sonra (5000 manat) qalan hissəni 3000 manatı ödəməyə hazır olduğumu bildirmişdir. Lakin qarşı tərəf avtomobilə dəyən ziyanı şişirdərək artıq məbləğ tələb etdiyindən onun ziyanı ödəməyi mümkün olmamışdır. Hazırki iddia ərizəsində də iddiaçı tərəf avtomobilə dəyən ziyanın 13587 manat olduğunu bildirmişdir ki, bu ziyan məbləği real dəyən ziyan məbləğindən çoxdur. O, sığorta ödənişindən sonra qalan hissəni, yəni 3000 manat məbləğində ziyanı ödəməyə hazırdır. Lakin iddiaçının tələb etdiyi məbləğ avtomobilə dəyən ziyanın şişirdilmiş formadadır. Bu səbəbdən iş üzrə ekspertiza təyin edərək avtomobilə dəyən real ziyan müəyyən edilməlidir. İddia ərizəsinin mənəvi zərər hissəsi isə tamamilə əsassızdır. Qeyd etdiyi kimi o, zərəri ödəməkdən yayınmamış və yalnız qarşı tərəfin şişirdilmiş, real zərərə uyğun olmayan artıq məbləğdə pul tələb etməsi ziyanın vaxtında ödənilməməsinə gətirib çıxartmışdır ki, bu halda qarşı tərəfin hər hansı mənəvi iztirab keçirməsi və ona mənəvi ziyan çəkməsi həqiqətən uyğun deyildir. Yuxarıda qeyd edilənlərə əsasən və məhkəmədən İddiaçı avtomobilinə dəyən ziyanın sığorta ödənişindən sonra (5000 manat) qalan hissəni, yəni 3000 manatı ödəməyə hazır olduğunu nəzərə alaraq iddia tələbinin qalan hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə ona məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, məhkəmə iclas katibi tərəfindən mobil nömrəsi ilə əlaqə saxlanılaraq məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir səbəb göstərmədən heç bir məhkəmə iclasına gəlməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, onlar tərəf olaraq iddiaçı ilə 3 dəfə görüşmüşlər və o, şəxsən onlara 3 təklif etmişdir. Onlara ya 5000 manat pul, ya bütün detalların tərəfindən alınıb verilməsini, ya da avtomobili şəxsən özünün düzəltməyini təklif etmişdir. İddiaçı tərəf heç bir təkliflə razılaşmayıb. Son olaraq iddiaçı tərəfə 8000 manat pul təklif etsə də, onunla da razılaşmadılar. Ekspertiza rəyi ilə razı olmadığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən “Nissan X-Trail” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Nümayəndə2 nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini 8 il 11 ay 5 gün müddətinə Cavabdeh vermişdir. - Bakı şəhəri Nəsimi RPİ-nin NH-nin məsul növbətçisi Fərid Cəfərovun Bakı şəhəri Nəsimi RPİ-nin rəisi Vüqar Ağayevə ünvanladığı 933 saylı, xx.xx.2024-cü il tarixli raportuna əsasən xx.xx.2024-cü il tarixdə 1 saylı KTM-dən məlumat daxil oldu ki, baş vermiş YNH-si zamanı 1983-cü il təvəllüdlü X2 başın səthi travması, bilək və əlin əziyi xəsarəti almışdır. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “Mercedes Benz” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərin ümumi məbləği 8510 manat təşkil edir. - Bakı şəhəri Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı İlham Məmmədovun cinayət işinin başlanmasının rədd edilməsi barədə 16 oktyabr 2024-cü il tarixli qərarına əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - “X11” MMC-nin xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Mercedes Benz” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərin ümumi məbləği 13587 manat təşkil edir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-4725/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmə hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1786 nömrəli, xx.xx.2025-ci il tarixli rəyinə əsasən nəzəri hesablama yolu ilə, ekspertiza tədqiqatına təqdim edilmiş iş materialında olan (cild i.v. 16) “Fiziki X1 VÖEN **********” tərəfindən tərtib edilmiş, xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən 2012-ci buraxılışlı “Mercedes-Benz E 300” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus 08 adda ehtiyyat hissələrinin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2365,00 manat müəyyən edilir. 27 adda ehtiyyat hissələrinin satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadı. Bu səbəbdən də ekspertiza qarşısında qoyulmuş suala cavab vermək mümkün olmadı. Nəzəri hesablama yolu ilə, ekspertiza tədqiqatına təqdim edilmiş iş materialında olan (cild i.v. 63-64) "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən 2012-ci buraxılışlı “Mercedes-Benz E 300” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus 07 adda ehtiyyat hissələrinin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2180,00 manat müəyyən edilir. 21 adda ehtiyyat hissələrinin satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadı. Bu səbəbdən də ekspertiza qarşısında qoyulmuş suala cavab vermək mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. - "xxxx" MMC-nin M-458 saylı, xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatına əsasən “Mercedes-Benz E 300” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 13500 manat müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları odur ki, xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə baş verən zaman Cavabdeh olan “Nissan X-Trail” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğu müəyyən edilmişdir. Hadisə nəticəsində iddiaçıya məxsus “Mercedes Benz” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-4725/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati əməli törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmışdır. "xxxx" ASC xx.xx.2024-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatına əsasən avtomobilə dəymiş zərərin ümumi məbləğini 8510 manat qiymtləndirmişdir. Sığorta Şirkəti tərəfindən icbari sığorta müqaviləsinə əsasən 5000 manat iddiaçıya ödənilmişdir. İddiaçı cavabdeh tərəfindən törədilmiş yol qəzası nəticəsində “Mercedes Benz” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə “X10”-in tərtib etdiyi 26 noyabr 2024-cü il tarixli qüsur aktına əsasən 13587 manat ziyan dəydiyini, həmin məbləğdən 5000 manat ödənildiyini, maddi zərərə görə qalıq 8587 (səkkiz min beş yüz səksən yeddi) manat, evakuatora ödənilmiş 180 (bir yüz səksən) manat, nəqliyyat vasitəsinə (taksi) ödənilmiş 2500 (iki min beş yüz) manat, mənəvi zərərə görə 5000 (beş min) manat, vəkilə ödənilmiş 330 (üç yüz otuz) manat, ödənilmiş dövlət rüsumu 140 (bir yüz qırx) manat ümumilikdə 16737 (on altı min yeddi yüz otuz yeddi) manat pul məbləğinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsini tələb edir, cavabdeh isə iddia tələbini qismən 3000 manat hissəsində qəbul edir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. İddiaçı cavabdehdən 8587 manat məbləğində dəymiş ziyanın tutulmasını tələb etmiş, məhkəmə Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-nin M-458 saylı, xx.xx.2025-ci il tarixli rəyini nəzərə alaraq qeyd edir ki, cavabdehdən dəymiş ziyanın əvəzi olaraq 8500 manat pul tutulmalıdır. İddiaçı eyni zamanda mənəvi zərərə görə 5000 manat, evakuatora ödənilmiş 180 (bir yüz səksən) manat, nəqliyyat vasitəsinə (taksi) ödənilmiş 2500 (iki min beş yüz) manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir, bu səbəbdən həmin hissələrdə iddia tələbi rədd edilməlidir. Məhkəmə iddia tələbinin göstərilmiş hüquqi xidmətə görə pulun tutulması hissəsinə dair qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, iş materiallarında olan EM-2119VK-4768/25 saylı, xx.xx.2025-ci il tarixli hüquqi yardımın göstərilməsi barədə müqaviləyə əsasən İddiaçı ilə Nümayəndə1 arasında müqavilə bağlanmış və hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 330 manat müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli vəkil orderinə əsasən “Alyans” vəkil bürosu tərəfindən EO-2119VK-3231/25 saylı müqaviləyə əsasən vəkil Nümayəndə1 hüquqi yardım göstərmək üçün İddiaçı vəkil təyin edilmişdir. Belə ki, sözü gedən müqavilə, hüquqi xidmətlərin göstərilməsinə dair bağlanılmış xidmət müqaviləsidir. MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmənin nümayəndəyə və ya vəkilin göstərdiyi yardıma görə xərclərin konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verə bilər. Məhkəmə hesab edir ki, qanunvericilik məhz işə məhkəmədə baxılması ilə əlaqədar nümayəndəyə və ya vəkilin göstərdiyi yardıma görə xərclərin digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilə bilinməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, hüquqi xidmətə görə 330 (üç yüz otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 8500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olan 140 (yüz qırx) manatın 73 (yetmiş üç) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 8500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 140 (yüz qırx) manatın 73 (yetmiş üç) manat hissəsi və hüquqi xidmətə görə vəkilə ödənilmiş 330 (üç yüz otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar