Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1695/2024 18.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada - KX1040 saylı kredit müqaviləsinə əsasən 9,985.13 (doqquz min doqquz yüz səksən beş manat on üç qəpik) manat əsas borc, 1,281.75 (bir min iki yüz səksən bir manat yetmiş beş qəpik) manat faiz borcu, 24,263.93 (iyirmi dörd min iki yüz altmış üç manat doxsan üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 35,530.81 (otuz beş min beş yüz otuz manat səksən bir qəpik) manat məbləğində borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 197 (bir yüz doxsan yeddi) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh1 (bundan sonra “Borcalan”) arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X1 xx.xx.2020-ci il tarixli 1.1.3 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə GTC-366İB/2017 saylı razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Qeyd edilən Ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2020-ci il tarixdə KX1040 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 25%, illik cərimə faizi 180% olmaqla, 10,000 (on min) manat məbləğində istehlak xərcləri məqsədilə kredit xətti açılmışdır. Qeyd edilən öhdəliyin təminatı olaraq Bankla Cavabdeh2 MMC arasında xx.xx.2020-ci il tarixdə Z4134 saylı zaminlik müqavilə imzalanmışdır. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 484 gün təşkil edir. Bank tərəfindən borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri qeyd edildiyi kimidir: - KX1040 saylı kredit müqaviləsinə əsasən 9,985.13 (doqquz min doqquz yüz səksən beş manat on üç qəpik) manat əsas borc, 1,281.75 (bir min iki yüz səksən bir manat yetmiş beş qəpik) manat faiz borcu, 24,263.93 (iyirmi dörd min iki yüz altmış üç manat doxsan üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 35,530.81 (otuz beş min beş yüz otuz manat səksən bir qəpik) manat təşkil edir. Gecikmə günü: 484 X2 əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. X1 5-ci bölməsinin 2.11-ci bəndinə əsasən Kart üzrə texniki overdraft, yəni məzənnə fərqi, üçüncü tərəflərə gələcəkdə ödəniş edilməsi üçün Müştəri tərəfindən kart məlumatları daxil edildikdə, lakin ödəniş vaxtı hesabda vəsait olmadıqda və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. Texniki overdraft nəticəsində yaranmış borcun (əsas, faiz, cərimə və s.) ödənilməsinə görə məsuliyyəti müştəri daşıyır. Eyni zamanda X2 əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur. İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 197 (bir yüz doxsan yeddi) manat dövlət rüsumu ödəmişdir. İddiaçı ASC məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli KX1040 saylı kredit müqaviləsinə əsasən müəyyən olunur ki, bank borcalana 24 ay müddətinə, illik 25% dərəcəsi olmaqla, 10000 manat (on min manat) məbləğində kredit verməyi, borcalan isə aldığı krediti və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada banka qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli bildirişə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə Cavabdeh1 xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli, KX1040 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə olan 9985,13 manat əsas, 1281,75 manat faiz, 24263,93 manat dəbbə borcu olmaqla, cəmi 35530,81 manat borcu vardır. İddiaçı ASC ilə Cavabdeh2 MMC” arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Z4134 saylı zaminlik müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixli, KX1040 saylı kredit müqaviləsi əsasında borcalana veriləcək müqavilənin 10000 manat kreditlə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. xx.xx.2024-cü il tarixli bildirişə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə Cavabdeh2 MMC-yə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 197 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminliyə xitam verilir. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun, ona hesablanmış faizin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh1 isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı digər cavabdeh – zamin Cavabdeh2 MMC-yə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda sadalanan normaların tələbləri baxımından zaminə qarşı öhdəliyin icrası vaxtından bir il ərzində iddia irəli sürülmədiyindən xx.xx.2020-ci il tarixli, Z4134 saylı zaminlik müqaviləsi üzrə zaminliyə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddianın əsas borca hesablanmış 24263,93 manat məbləğində cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 700 manat məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 126 manat hissəsi Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 9885,13 (doqquz min səkkiz yüz səksən beş manat on üç qəpik) manat əsas borc, 1281,75 (bir min iki yüz səksən bir manat yetmiş beş qəpik) manat faiz borcu, 700 (yeddi yüz) manat cərimə borcu olmaqla ümumilikdə 11966,88 (on bir min doqquz yüz altmış altı manat səksən səkkiz qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 126 (bir yüz iyirmi altı) manat hissəsi tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 9885,13 (doqquz min səkkiz yüz səksən beş manat on üç qəpik) manat əsas borc, 1281,75 (bir min iki yüz səksən bir manat yetmiş beş qəpik) manat faiz borcu, 700 (yeddi yüz) manat cərimə borcu olmaqla ümumilikdə 11966,88 (on bir min doqquz yüz altmış altı manat səksən səkkiz qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 126 (bir yüz iyirmi altı) manat hissəsi tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-1695/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1695/2024
18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver