Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-170/2025 15.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Kürdova (Allahyarova) Vüsalə Əhməd qızı və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Kürdova (Allahyarova) Vüsalə Əhməd qızı, Cavabdeh2, X4, X5, Allahyarov Zakir Ayxan oğlu və X6 qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə DAG-002 nömrəli xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 44650.24 AZN, faiz borcu üzrə 4269.25 AZN, cərimə borcu üzrə 0.02 AZN olmaqla, cəmi 48919.51 AZN borc məbləğinin tutulması, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 52.48 AZN dövlət rüsumu və xidmət haqqının Cavabdeh2 tutulması, DAG-002 nömrəli xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə Bank arasında bağlanan xx.xx.2023-cü il tarixli, DAG-002 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, ev 25, mənzil 143-ün (Qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi: xx.xx.2023-cü il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********88-05301-093120); (Qeydiyyat tarixi: xx.xx.2018, daşınmaz əmlakın reyestr nömrəsi: **********88-05301-093120, qeydiyyat nömrəsi: **********, Seriya RX № 1435947) ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh2 banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, Cavabdeh1 məxsus ipoteka qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, ev 25, mənzil 143-dən (Qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi: xx.xx.2023-cü il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********88-05301- 093120); (Qeydiyyat tarixi: xx.xx.2018, daşınmaz əmlakın reyestr nömrəsi: **********88- 05301-093120, qeydiyyat nömrəsi: **********, Seriya RX № 1435947) cavabdehlər Cavabdeh2, Cavabdeh1, X4, X5, X7 və Allahyarov Zakir Ayxan oğlunun istifadə hüquqlarına xitam verilməklə onların ən geci bir ay ərzində çıxarılması, mənzili tərk etmədikdə məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, ödənilmiş 236.76 AZN dövlət rüsumu və 0.40 AZN xidmət haqqının Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh2 arasında bağlanmış DAG-002 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 16 faiz olmaqla, 54 (əlli dörd) ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit ayrılmışdır. DAG-002 nömrəli xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinin təminatı kimi Cavabdeh1ilə Bank arasında bağlanan xx.xx.2023-cü il tarixli, DAG-002 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, ev 25, mənzil 143 (Qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi: xx.xx.2023-cü il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********88-05301-093120); (Qeydiyyat tarixi: xx.xx.2018, daşınmaz əmlakın reyestr nömrəsi: **********88-05301- 093120, qeydiyyat nömrəsi: **********, Seriya RX № 1435947) ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh2, Cavabdeh1, X4, X5, X7 və Allahyarov Zakir Ayxan oğluna 6-2-22/2- 22059/2024 saylı xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Yuxarıda adı çəkilən DAG-002 nömrəli xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə cavabdehin əsas borc üzrə 44650.24 AZN, faiz borcu üzrə 4269.25 AZN, cərimə borcu üzrə 0.02 AZN olmaqla, cəmi 48919.51 AZN borcu mövcuddur. Eyni zamanda tərəfləridən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 236.76 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Daha sonra iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti elektron kabinet vasitəsilə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə DAG-002 nömrəli xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 44650.24 AZN, faiz borcu üzrə 4269.25 AZN, cərimə borcu üzrə 0.02 AZN olmaqla, cəmi 48919.51 AZN borc məbləğinin tutulması, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 52.48 AZN dövlət rüsumu və xidmət haqqının Cavabdeh2 tutulması, DAG-002 nömrəli xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə Bank arasında bağlanan xx.xx.2023-cü il tarixli, DAG-002 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529- cu məhəllə, ev 25, mənzil 143-ün (Qeydiyyat nömrəsi: 123036405, qeydiyyat tarixi: xx.xx.2023-cü il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********88- 05301-093120); (Qeydiyyat tarixi: xx.xx.2018, daşınmaz əmlakın reyestr nömrəsi: **********88-05301-093120, qeydiyyat nömrəsi: **********, Seriya RX № 1435947) ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh2 banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, ödənilmiş 236.76 AZN dövlət rüsumu və 0.40 AZN xidmət haqqının Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti elektron kabinet vasitəsilə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə DAG-002 nömrəli xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 44650.24 AZN, faiz borcu üzrə 7693.6 AZN, cərimə borcu üzrə 0.01 AZN olmaqla, cəmi 52343.85 AZN borc məbləğinin tutulması, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 52.48 AZN dövlət rüsumu və xidmət haqqının Cavabdeh2 tutulması, DAG-002 nömrəli xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə Bank arasında bağlanan xx.xx.2023-cü il tarixli, DAG-002 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Yaşama rayonu, Mətbuat prospekti, 529- cu məhəllə, ev 25, mənzil 143-ün (Qeydiyyat nömrəsi: 123036405, qeydiyyat tarixi: xx.xx.2023-cü il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********88-05301-093120); (Qeydiyyat tarixi: xx.xx.2018, daşınmaz əmlakın reyestr nömrəsi: **********88-05301-093120, qeydiyyat nömrəsi: **********, Seriya RX № 1435947) ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh2 banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, ödənilmiş 247.03 AZN dövlət rüsumu və 0.80 AZN xidmət haqqının Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bundan əlavə, borcun ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, borcun ödənilmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Kürdova (Allahyarova) Vüsalə Əhməd qızı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Kürdova (Allahyarova) Vüsalə Əhməd qızı iddianı qəbul edərək, borcu könüllü şəkildə ödəmək niyyətində olduğunu, ipoteka predmeti olan daşınmaz əmlakı satması və əldə ediləcək vəsait hesabına borcun tam şəkildə ödənilməsi məqsədilə məhkəmədən müəyyən müddət möhlət verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddianı qəbul edərək, ipoteka predmeti olan daşınmaz əmlakı satması və əldə ediləcək vəsait hesabına borcun tam şəkildə ödənilməsi məqsədilə məhkəmədən müəyyən müddət möhlət verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DAG-002 nömrəli müqaviləyə əsasən Borc verən Borc alana 54 (əlli dörd) ay müddətində (15 avqust 2027-ci il tarixədək) 50.000.00 (əlli min) manat məbləğində, kreditdən istifadəyə görə illik 16 (on altı) % ödəmək şərtilə kredit verməyi, Borc alan isə Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi (şəxsi məqsədlər üçün) öhdəsinə götürür. Kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) illik 16.50 % təşkil edir. Borc alanın bu Müqavilə üzrə Borc verən qarşısında öhdəliklərinin təminatı qismində “15” Fevral 2023-cü il tarixli DAG-002 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan əmlak çıxış edir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DAG-002 nömrəli müqaviləsinə əlavə 1 nömrəli ödəniş cədvəlinə əsasən "xxxx" ASC müştəri Cavabdeh2 54 ay müddətinə, illik 16% ödəmək şərtilə 50 000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DAG-002 nömrəli ipoteka müqaviləsinə əsasən bu Müqavilənin predmetini Müqavilənin 1.2-ci bəndində gösterilən kredit müqaviləsinə əsasən Borc alanın İpoteka saxlayan qarşısında götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə İpoteka qoyanlara mülkiyyət hüququ ilə məxsus olan Müqavilənin 1.3-cü bəndində göstərilən əmlakın İpoteka saxlayanın ipoteka hüququ ilə yüklü edilməsi təşkil edir. Bu Müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik Borc alanla İpoteka saxlayan arasında bağlanmış “15" Fevral 2023-cü il tarixli DAG-002 saylı Kredit müqaviləsindən (bundan sonra «Kredit müqaviləsi» adlandırılacaq) irəli gələn bütün pul tələbləridir. İpoteka predmeti olan əmlak İpoteka saxlayanın tələblərini faktiki təminat məqamında, əsas borc, faizlər, penya, xidmət haqları (komissiyalar), İpoteka saxlayana dəymiş zərər və bu Müqavilə üzrə ipoteka predmeti olan əmlaka tutma yönəldiləməsi ilə bağlı xərclər də daxil olmaqla, tam həcmdə təmin edir. İpoteka predmeti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2018-ci il tarixli Çıxarışa əsasən mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan aşağıdakı mənzildir (Reyestr nömrəsi: **********88-05301-093120; qeydiyyat nömrəsi ********** bundan sonra «ipoteka predmeti» adlandırılacaq): ünvan 1 ünvanında yerləşən 178.4 kv.m ümumi, 92.8 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı mənzil. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişə (xəbərdarlıq məktubu) əsasən "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh2 arasında bağlanmış DAG- 002 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 16 faiz olmaqla, 54 (əlli dörd) ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit ayrıldığını, DAG-002 nömrəli xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə Bank arasında bağlanan xx.xx.2023-cü il tarixli, DAG-002 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, ev 25, mənzil 143 (Qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi: xx.xx.2023-cü il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********88-05301-093120); (Qeydiyyat tarixi: xx.xx.2018, daşınmaz əmlakın reyestr nömrəsi: **********88-05301-093120, qeydiyyat nömrəsi: **********, Seriya RX № 1435947) ipoteka ilə yüklü edildiyini, kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər ödənilmədiyini, banka DAG-002 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 44650.24 manat əsas və buna müvafiq olaraq hesablanmış 4269.25 manat faiz, eyni zamanda 0.02 manat cərimə borcunun mövcud olduğunu bildirərək, borc məbləğini 5 günü ərzində ödəməyi təklif etmiş, əks təqdirdə tələbin ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli poçt göndərişlərinə əsasən X5, Allahyarov Zakir Ayxan oğlu, X7, X4, Cavabdeh1 və Cavabdeh2 ünvanlarına (ünvan 2ndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 "xxxx" ASC-yə 120CKLM230180001 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 44650.24 (qırx dörd min altı yüz əlli manat 24 qəpik) manat əsas, 4269.25 (dörd min iki yüz altmış docquz manat 25 qəpik) manat faiz, 0.02 (manat 2 qəpik) manat cərimə borcu olmaqla, cəmi 48919.51 (qırx səkkiz min doqquz yüz on doqquz qəpik) manat borcu yaranmışdır. İş materiallarında olan X7 tərəfindən notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, ev 25, mənzil 143 ünvanında yerləşən ümumi sahəsi 178.4 kv.m olan yaşayış mənzilinin “Beynəlxalq Bank" ASC-dən götürülən kreditin təminatı kimi həmin banka ipotekaya (girova) qoyulmasına razılıq verir, ipoteka müqaviləsinin şərtləri ilə tanış olduğunu və banka olan əsas faiz və digər borclar ödənilmədiyi təqdirdə tutmanın həmin daşınar əmlaka yönəldilməsinə razı olduğunu bildirmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, ev 25, mənzil 143 ünvanında yerləşən mənzilinin “Azərbaycan Beynəlxalq Bank" ASC-yə ipotekaya qoyulmasına razılıq verir, borc öhdəliyi yerinə yetirilməzsə və bununla əlaqədar İpoteka predmetinə tutma yönəldilərsə, (notariusun icra qeydi vasitəsilə əmlakın iki ay müddətində açıq bazarda, bu baş tutmadıqda hərracda, habelə məhkəmə qərarının icrası çərçivəsində özgəninkiləşdirilməsi) hər hansı şərtsiz əmlakı tərk edəcəyini və həmin əmlaka qarşı hüquqlarından imtina edəcəyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqsadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 529, ev 25, mənzil 143 ünvanında yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alındığı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, ev 25, mənzil 143 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət kimi Cavabdeh1 adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, ev 25, mənzil 143 ünvanında yerləşən mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daşınmaz əmlak dövlət reyestrində 1891 nömrəli reyestr kitabının 174326 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan “Elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışa əsasən Cavabdeh1 ünvanı ünvan 4 İş materiallarında olan “Elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışa əsasən Cavabdeh2 ünvanı ünvan 4 İş materiallarında olan “Elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışa əsasən X4, X5, X7 və X2 ünvanları ünvan 4 İş materiallarında olan AZ-İ 636309 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh2 ilə X9 nikahlarını xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu qeydiyyat şöbəsində bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 174 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Allahyarov”, arvada “Allahyarova” soyadı verilmişdir. İş materiallarında olan “X10 Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli, 004-088/2024 nömrəli ekspert rəyinə əsasən aparılan təhlil və hesablamalar nəticəsində, Cavabdeh1 məxsus, ünvan 5 ünvanın qiymətləndirmə tarixinə: bazar dəyəri: 484 000 AZN (dörd yüz səksən dörd min manat), likvid dəyəri 470.000 AZN (dörd yüz yetmiş min manat). Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdehlərin iddianı etiraf etməsini nəzərə alıb, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 34.1 və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hal hesab edilir. 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “22” iyun 2023-cü il tarixli, 02/2023 nömrəli “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə qərardadına əsasən tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DAG-002 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC Cavabdeh2 54 ay müddətinə, illik 16% ödəmək şərtilə 50000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı olaraq ipoteka saxlayan "xxxx" ASC, ipoteka qoyan Cavabdeh1, borc alan Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən ipoteka qoyan Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 5 ünvanında yerləşən, 178.4 kv.m ümumi, 92.8 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı mənzilini ipoteka saxlayan "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh2 kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada icra etməmiş, müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Hazırda iddiaçı "xxxx" ASC cavabdehin öhdəliklərini lazımınca icra etməməsi, ödənişləri tam həyata keçirməməsi səbəbindən tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrinə əsaslanaraq və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə Cavabdeh2 DAG-002 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 44650.24 AZN, faiz borcu üzrə 7693.6 AZN, cərimə borcu üzrə 0.01 AZN olmaqla, cəmi 52343.85 AZN borc məbləğinin, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 52.48 AZN dövlət rüsumu və xidmət haqqının tutulması, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, ev 25, mənzil 143-ün ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh2 banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, ödənilmiş 247.03 AZN dövlət rüsumu və 0.80 AZN xidmət haqqının Cavabdeh2 tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının əsas borc üzrə 44650.24 AZN, faiz borcu üzrə 7693.6 AZN, cərimə borcu üzrə 0.01 AZN olmaqla, cəmi 52343.85 AZN borc məbləğinin Cavabdeh2 tutulması tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edildiyi gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə, yəni müvafiq pretenziya məktubunda göstərilən həddə (44650.24 manat əsas, 4269.25 manat) təmin edilməlidir. Məhkəmə iddia tələbinin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Göründüyü kimi, cavabdeh borc alan Cavabdeh2 kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada icra etməmiş, əsas öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, tələb cavabdeh ipoteka qoyan Cavabdeh1 məxsus ünvan 5 ünvanında yerləşən mənzilə yönəldilməli, ipoteka predmeti olan mənzil açıq hərrac yolu ilə satılmalı, satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməlidir. İpoteka predmeti olan əmlakın satış qiymətinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İpoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, “X10 Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli, 004-088/2024 nömrəli ekspert rəyinə əsasən Cavabdeh1 məxsus ünvan 6 ünvanında yerləşən mənzilin likvid qiyməti 470.000 manat müəyyən edilmişdir. Bundan başqa, məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 247.03 manat dövlət rüsumu və 0.80 manat xidmət haqqının 236.76 manat və 0.40 manat məbləği, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 52.48 manat və iş üzrə aparılmış 200 manat məbləğində məhkəməəmtəəşünaslıq ekspertizası xərci cavabdehlərə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh2 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini və cavabdehlərin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 xx.xx.2023-cü il tarixli, DAG-002 nömrəli kredit müqaviləsi üzrə 44650.24 (qırx dörd min altı yüz əlli manat iyirmi dörd qəpik) manat əsas, 4269.25 (dörd min iki yüz altmış doqquz manat iyirmi beş qəpik) manat faiz, 0.01 (bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 48919.5 (qırx səkkiz min doqquz yüz on doqquz manat əlli qəpik) manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 52.48 (əlli iki manat qırx səkkiz qəpik) manat, dövlət rüsumu olaraq ödənilmiş 236.76 (iki yüz otuz altı manat yetmiş altı qəpik) manat və xidmət haqqı olaraq ödənilmiş 0.40 (qırx qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, tutma likvid (ilkin satış) qiyməti 470000 manat müəyyən edilməklə cavabdeh Kürdova (Allahyarova) Vüsalə Əhməd qızının mülkiyyətində olan ipoteka predmeti ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 178.4 kv.m olan mənzilə yönəldilməli, ipoteka predmeti açıq hərrac yolu ilə satılmalı, satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməli və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı 200 manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Kürdova (Allahyarova) Vüsalə Əhməd qızından müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2023-cü il tarixli, DAG-002 nömrəli kredit müqaviləsi üzrə 44650.24 (qırx dörd min altı yüz əlli manat iyirmi dörd qəpik) manat əsas, 4269.25 (dörd min iki yüz altmış doqquz manat iyirmi beş qəpik) manat faiz, 0.01 (bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 48919.5 (qırx səkkiz min doqquz yüz on doqquz manat əlli qəpik) manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 52.48 (əlli iki manat qırx səkkiz qəpik) manat, dövlət rüsumu olaraq ödənilmiş 236.76 (iki yüz otuz altı manat yetmiş altı qəpik) manat və xidmət haqqı olaraq ödənilmiş 0.40 (qırx qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Tutma likvid (ilkin satış) qiyməti 470000 (dörd yüz yetmiş min manat) manat müəyyən edilməklə cavabdeh Kürdova (Allahyarova) Vüsalə Əhməd qızının mülkiyyətində olan ipoteka predmeti ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 178.4 kv.m olan mənzilə yönəldilsin. İpoteka predmeti açıq hərrac yolu ilə satılsın, satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı 200 (iki yüz) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Kürdova (Allahyarova) Vüsalə Əhməd qızından müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-170/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-170/2025
15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver