Məhkəmə qərarları › İş №e-2(004)-1702/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1702/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1702/2024 16.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********84 nömrəli xx.xx.2022-ci il tarixli TAM KART çərçivə müqaviləsinə əsasən, Nağd kredit ilə əlaqədar əsas borc üzrə 2300,02 manat; tam kart krediti ilə əlaqədar isə əsas borc üzrə 236,63 manat, faiz borcu üzrə 6,49 manat pulun və iddia ərizəsi üçün cəmi ödənilmiş 45,43 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış BPM**********84 nömrəli xx.xx.2022-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən X3 illik 22 faizlə 41 ay müddətinə 3750 manat məbləğində nağd kredit, 4.1.1.2-ci maddəsinə əsasən isə illik 24 faiz dərəcəsi ilə, 41 ay müddətinə 300 manat məbləğində Tam kart krediti verilmişdir. Kreditin təyinatı borc alanın borc verən qarşısında mövcud olan 3750 manat məbləğində kredit borcunun və 300 manat məbləğində Tam kart kreditinin ödənilməsidir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilən məlumata əsasən X2 vərəsələri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixdə qanun üzrə X9 şəhadətnamə verilmişdir. Yuxarıda adı çəkilən BPM**********84 nömrəli xx.xx.2022-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə cavabdehin TAM KART çərçivə müqaviləsinə əsasən, Nağd kredit ilə əlaqədar əsas borc üzrə 2300,02 manat; tam kart krediti ilə əlaqədar isə əsas borc üzrə 236,63 manat, faiz borcu üzrə 6,49 manat borcu mövcuddur. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 45,43 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddia tələbini qəbul etdiyini və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə X4 arasında bağlanmış BPM**********84 nömrəli xx.xx.2022-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən X3 illik 22 faizlə 41 ay müddətinə 3750 manat məbləğində nağd kredit, 4.1.1.2-ci maddəsinə əsasən isə illik 24 faiz dərəcəsi ilə, 41 ay müddətinə 300 manat məbləğində Tam kart krediti verilmişdir. Kreditin təyinatı borc alanın borc verən qarşısında mövcud olan 3750 manat məbləğində kredit borcunun və 300 manat məbləğində Tam kart kreditinin ödənilməsidir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. İş materiallarına əlavə edilmiş AZ-İİ 320745 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş 3 saylı “ASAN xidmət” mərkəzinin Notariat ofisinin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsələri Cavabdeh1 və Cavabdeh2 3 saylı “ASAN xidmət” mərkəzinin Notariat ofisində xx.xx.2023-cü il tarixdə “Qanun üzrə X9 Şəhadətnamə” verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, reyestrdə V-163 nömrə ilə qeyd edilmiş “Vəsiyyətnamə üzrə X9 Şəhadətnamə” görünür ki, X2 vərəsələri Cavabdeh1 və Cavabdeh2 X9 şəhadətnamə ilə verilən miras əmlak X2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 2, korpus 2, 15 nömrəli mənzildən ibarətdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubda 3 saylı “ASAN xidmət” mərkəzinin Notariat ofisindən verilən məlumata əsasən mirasın qəbul edilməsinə dair Cavabdeh1 X9 şəhadətnamə verilməsinin müəyyən edilməsi qeyd edilmiş və "xxxx" ASC ilə X4 arasında bağlanmış BPM**********84 nömrəli xx.xx.2022-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən mərhum X2 yaranmış borcunun 7 (yeddi) gün müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh şəxs xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən tərtib edilmiş maliyyə arayışlarından görünür ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış BPM**********84 nömrəli xx.xx.2022-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən cavabdehin "xxxx" ASC-yə Nağd kredit ilə əlaqədar olaraq əsas borc üzrə 2300,02 manat borcu; Tam kart krediti ilə əlaqədar isə əsas borc üzrə 236,63 manat, faiz borcu 6,49 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 45,43 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. Məhkəmə araşdırmasında müəyyən olundu ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış BPM**********84 nömrəli xx.xx.2022-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən X3 illik 22 faizlə 41 ay müddətinə 3750 manat məbləğində nağd kredit, 4.1.1.2-ci maddəsinə əsasən isə illik 24 faiz dərəcəsi ilə, 41 ay müddətinə 300 manat məbləğində Tam kart krediti verilmişdir. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir və 3 saylı “ASAN xidmət” mərkəzinin Notariat ofisində barəsində vərəsəlik işi açılmışdır. xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdeh1 3 saylı “ASAN xidmət” mərkəzinin Notariat ofisində xx.xx.2023-cü il tarixdə “Vəsiyyətnamə üzrə X9 Şəhadətnamə” verilmişdir. Cavabdeh1 vəCavabdeh2 kredit alanın hüquqi varisi kimi iddiaçı "xxxx" ASC-dən götürülən kredit vəsaitini müvafiq müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Hal-hazırda X2 vərəsələri Cavabdeh1 və Cavabdeh2 banka Nağd kredit ilə əlaqədar olaraq əsas borc üzrə 2300,02 manat borcu, Tam kart krediti ilə əlaqədar isə əsas borc üzrə 236,63 manat, faiz borcu üzrə 6,49 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Qanunvericiliyin tələbinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göründüyü kimi, cavabdehlər analarından miras qalmış əmlakı qəbul etməklə vəsiyyətnamə üzrə X9 şəhadətnamə almışlar. Eyni zamanda sübuta ehtiyacı olmayan haldır ki, miras əmlak olan mənzilin dəyəri ümumi borcdan, yəni 2543,14 (2300,02+236,63+6,49=2543,14) manatdan artıqdır. Həmçinin, cavabdeh miras qoyanın borclarının mirasdan çox olması ilə bağlı sübutetmə yükünün üzərilərində olmasına baxmayaraq, qəbul etdiyi miras əmlakın dəyərinin mirasın passivindən az olmasına dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcalanın hüquqi varisi olaraq bank qarşısında öhdəlikləri yarandığından, "xxxx" ASC ilə X4 arasında bağlanmış BPM**********84 nömrəli xx.xx.2022-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə borcalanın Nağd kredit ilə əlaqədar olaraq əsas borc üzrə 2300,02 manat borcu, Tam kart krediti ilə əlaqədar isə əsas borc üzrə 236,63 manat, faiz borcu üzə 6,49 manat borcunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmasına dair iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 45,83 (45,43+0,40=45,83) manat da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 BPM**********84 nömrəli xx.xx.2022-ci il tarixli TAM KART çərçivə müqaviləsinə əsasən nağd kredit ilə əlaqədar əsas borc üzrə 2300,02 (iki min üç yüz manat iki qəpik) manat məbləğində pul; tam kart krediti ilə əlaqədar əsas borc üzrə 236,63 (iki yüz otuz altı manat altmış üç qəpik) manat, faiz borcu üzrə 6,49 (altı manat qırx doqquz qəpik) manat olmaqla, cəmi 243,12 (iki yüz qırx üç manat on iki qəpik) məbləğində pul və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi, 45,83 (45,43+0,40=45,83) (qırx beş manat səksən üç qəpik) manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar