Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-171/2025 13.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: maddi zərər) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 7590 manat və tərəfindən ödənilmiş 96 manat dövlət rüsumunun, cəmi 7686 manat pul vəsaitinin cavabdeh AFB Bank ASC-dən tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə mən, e-gov.az internet protalı vasitəsi ilə AFB Bank ASC-dən Dövlət vəsaiti hesabına 74000,00 AZN ipoteka kreditinin alınması ilə bağlı müraciət etdi . AFB BankASC onun müraciətini xx.xx.2024-cü il tarixdə aktivləşdirib və onun sahibkarlıq fəaliyyəti ilə bağlı tələb olunan sənədlər banka təhvil verdikdən sonra xx.xx.2024-ci il tarixdə bank ipoteka kreditinin ayrılması ilə bağlı ilkin razılıq vermişdir. İlkin razılıq verildiyi gündən xx.xx.2024-cü il tarixədək o və ailəsi (qardaşı, anası və həyat yoldaşı) öz-iş güclərindən olaraq ev axtarmışlar. Tapdıqları evin sahibi ilə Azərbaycan reallığına uyğun olaraq 2000 AZN məbləğində behləşmişlər. Behin qarşı tərəfdən çox tələb olunmasına səbəb, satılan ev böyük məbləğdə kreditdə olduğu üçün ev sahibi 40000 AZN-dən çox borc tapıb krediti bağlamalı idi, ona görədə işin dəqiq biz tərəfdən pozulmayacağına əmin olmağı üçün Dövlət rüsumunun ödənilməsi haqqında məlumat 2000AZN ev sahibinin kapital bankdakı kart hesabına köçürdüm və makler vasitəsi ilə behləşmə ilə əlaqədar üçümüzarasında (makler, mən və ev sahibi) sənəd imzaladlar. Bundan sonra o, xx.xx.2024-çü il tarixində banka ev tapdığını bildirmək üçün yaxınlaşdı. Elxan adlı kredit mütəxəssisi onu onun telefonunun votsap proqramına evin yerləşdiyi ünvanı göndərməyini və qiymətləndirmə şirkəti üçün 200 AZN vəsait hazırlamağını bildirdi və xx.xx.2024- cü il tarixində axşam saat 16:00 radələrindən sonra evi qiymətləndirmə üçün gələcəyini bildirdi. Lakin həmin gün gəlmədi. Sabahı gün o, makler və ev sahibi ilə birgə Banka yaxınlaşdılar və Elxan bəy ona kredit verilməsinə bankın daxili komitəsi tərəfindən imtina veriləcəyini bildirdi. Səbəb isə onun sahibkarlıq fəaliyyətilə bağlı idi. Və ümumən onda heç bir problemin olmadığını bildirdi və sənədlərinin tam qaydasında olduğunu bildirdi. Sadəcə bildirdi ki, əvvəllər hansısa sahibkarlar saxtakarlıq edərək kredit alıblar bu səbəbdən ümumi olaraq sahibkarlara ipoteka kreditinin verilməsindən imtina edilib. O bildirdi ki, siz bunu ondan ilkin razılıq verməmişdən əvvəl bildirməli idiniz. O işindən olub ev axtarışlarında olmuşdur. Dedi bilirəm səndə heç bir günah yoxdur. Sadəcə rəhbərlik belə qərar verib. xx.xx.2024-cü il tarixində bank tərəfindən imtina verildi. Səbəb göstərildi ki, gəlirləri bəs etmir. Amma onlar onun gəlirlərini rəsmi sənədlərlə yoxladıqdan sonra ona ilkin razılıq vermişdirlər. Və o, ev axtarışı müddətində öz işlərilə də məşqul ola bilmədiyi üçün 5590 AZN maddi ziyana düşmüşdür. Bu ziyan Dövlət Vergi Xidmətinin Arayış hesabatına əsasən hesablanıb. Əlavə olaraqda 2000 AZN beh verdiyi üçün ümumi olaraq 7590 AZN maddi ziyana düşmüşdür. AFB Bankın etdiyi pozuntular həm də Respublikada sahibkarlığın inkişafına qarşı atdılmış addımdır. Bu addımlar isə öz növbəsinə Respublika Prezidentinin apardığı siyasətin əksidir. AFB Bank ASC Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"-nın 4.6-cı və 4.7-ci bəndlərində qeyd edilmiş halları pozaraq mənə kredit verilməsi ilə bağlı, Qərarda müəyyən edilməyən dövrdə imtina verdiyi üçün Prezidentin təsdiqlədiyi fərmanına qarşı hörmətsizlik edərək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, öz sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmədiyi üçün 5590 manat və əlavə olaraq 2000 AZN beh, ümumi olaraq 7590 manat maddi ziyana görə pul vəsaiti AFB Bank ASC-dən tutularaq ona ödənilməlidir.
İİ.Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçının beh qismində ödəmiş olduğu pulun ona geri qaytarıldığını, bundan başqa ev axtararkən müqaviləsi olduğu sahibkarlar ödənişlərinin tam ödədiyini bildirdirdiyindən iddianın tam əsassız olduğunun sübut olunduğu, işə onların iştirakı ilə baxılıb iddianın təmin edilməməsini xahiş etmişdir.
İİİ Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına mənzil almaq məqsədilə Cavabdeh-a ərizə ilə müraciət etmişdir. Banka Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu barədə məlumat verildiyinə görə kredit üzrə sifarişin təhlil edilməsi üçün ondan təsdiqedici sənədlər, o cümlədən vergi bəyənnamələri, bank hesabından çıxarışlar, vergi ödəyicisinin uçot məlumatları və dövriyyəsi haqqında arayış, habelə gəlir və xərclərin əsaslandırılmış təhlili üçün digər sənədlərin təqdim edilməsi tələb olunmuşdur.
7. Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-ci il tarixdə İpoteka və Kredit Zəmanəti Fondunun vəsaiti hesabına mənzil almaq məqsədilə, AFB Bank-a ərizə ilə müraciət etmişdir. Banka sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu barədə məlumat verdiyinə görə kredit üzrə sifarişin təhlil edilməsi üçün ondan təsdiqedici sənədlər, o cümlədən vergi bəyannamələri, bank hesabından çıxarışlar, vergi ödəyicisinin uçot məlumatları və dövriyyəsi haqqında arayış, habelə gəlir və xərclərin əsaslandırılmış təhlili üçün digər sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən ipoteka krediti üzrə (borcalanların) aylıq məcmu gəlirinin hesabıanması Qaydası”na əsasən sahibkarlıq fəaliyyətdən əldə olunan gəlirlərin hesablanmasında sadələşdirilmiş vergi ödəyiciləri üzrə nəzərə alınan aylıq məcmu gəlirin məbləği, gəlir və xərclərin əsaslandırılmış təhlili əlavə olunmaqla, ticarət və istehsal sahələri üzrə orta aylıq dövriyyənin 20 faizindən, xidmət sahələri üzrə isə 70 faizindən çox ola bilməz. Onun sahibkarlıq fəaliyyətdən əldə etdiyi gəliri müəyyən edib təhlil etmək üçün xərclər barədə tələb olunan təsdiqedici sənədlər, habelə xidmət göstərilən subyektlərlə bağlanmış müqavilələr tərəfindən Banka təqdim edilməmişdir. Bundan başqa, istər banka ilkin müraciət zamanı, istərsə də, kreditin verilməsindən imtina edildikdən sonra davranışları müsbət tərəfdən xarakter edilməmişdir. Belə ki, sifarişin baxılması zamanı kreditin verilməsindən imtina edildiyi təqdirdə Bank barəsində müxtəlif ünvanlara şikayət edəcəyi ilə təhdidlər, habelə ayrı-ayrı şəxslər tərəfindən Bankın vəzifəli şəxslərinə təsir məqsədilə telefon zəngləri təşkil etməyi, eyni zamanda hazırki şikayətində Bank barəsində “şərəfsizlik” ifadəsi işlətməyi onun dürüstlüyü, etibarlığı və məsuliyyəti barədə nəticə çıxarmağa əsas verən amillərdəndir. Yuxarıda göstərilənlər Bankın ona uzunmüddətli kredit öhdəliyi yaradılmasında risk faktorunun yüksək olduğu qənaətinə gəlməyə səbəb olmuşdur.
8. 03 oktyabr 2024-cü il tarixli vergi ödəyicisinin uçot məlumatı və dövriyyəsi haqqında Arayışa əsasən müəyyən edilir ki, İddiaçı 9 saylı Ərazi Vergilər İdarəsində xx.xx.2016-cı il tarixindən vergi uçotuna alınmış və xx.xx.2023-xx.xx.2024-cü il tarix aralığında təqdim edilən elektrok qaimə-fakturalar və Gəlir vergisi bəyannaməsinə əsasən 107110.57 manat dövriyyəsi olmuşdur.
9. xx.xx.2024-cü il tarixli çıxarışa əsasən müəyyən olunur ki, elektron müraciət qeydiyyata alınmışdır və banka təqdim edilməli olan zəruri sənədlərin siyahısı göstərilmişdir.
10. xx.xx.2024-cü il tarixli çıxarışa əsasən müəyyən olunur ki, müraciət bank tərəfindən aktivləşdirilmişdir.
11. xx.xx.2024-cü il tarixli çıxarışa əsasən müəyyən olunurki, ipoteka krediti üzrə müraciətə müvəkkil bank tərəfindən 74000 manat məbləğində kreditin verilməsinə ilkin razılıq verilmişdir. İpoteka krediti hesabına almaq ipoteka krediti hesabına almaq istədiyi yaşayış sahəsinin tapılmasını, tapılmış yaşayış sahəsinə dair müvəkkil bankın məlumatlandırılmasını və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil qiymətləndiricilərinin siyahısına daxil olan şirkət tərəfindən qimətləndirilməsini xx.xx.2024 tarixinədək təmin edərək Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 206/466 ünvanda yerləşən Cavabdeh ASC baş ofis bölümünə təqdim etməyiniz tələb olunur. Əks təqdirdə ipoteka kreditinin verilməsinə elektron sistem vasitəsilə avtomatik şəkildə imtina ediləcəkdir.
12. xx.xx.2024-cü il tarixli çıxarışa əsasən müəyyən olunur ki, vətəndaşın müraciətinə borcalanın gəlirləri kreditin götürülməsinə kifayət etmədiyinə görə imtina edilmişdir.
13. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd olunmalıdır.
14. Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
15. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
16. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
17. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
18. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
19. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
20. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
21. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
22. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydalarının:
23. 4.1-ci bəndinə əsasən Fondun vəsaiti hesabına ipoteka kreditini, bu Qaydanın 3-cü hissəsində müəyyən edilmiş tələblərə müvafiq olaraq, müvəkkil banklar verir.
24. 4.2-ci bəndinə əsasən ipoteka kreditinin verilməsi “Elektron hökumət” portalında olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə həyata keçirilir.
25. 4.3-cü bəndinə əsasən ipoteka kreditinin verilməsi üçün ipoteka krediti almaq istəyən şəxs tərəfindən birbaşa və ya onun müraciət etdiyi müvəkkil bank tərəfindən həmin şəxsin adından elektron sistem vasitəsilə müraciət edilir. Müraciətlər növbəlik əsasında qeydiyyata alınır və baxılır. Müraciət etmiş şəxsə qeydiyyat nömrəsi elektron sistem vasitəsilə verilir.
26. 4.4-cü bəndinə əsasən ipoteka krediti aşağıdakı sənədlər əsasında verilir: şəxsin şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti;nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;şəxsin yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;şəxsin iş yerini və gəlirlərini təsdiq edən sənədlər; şəxs fərdi sahibkar olduqda: sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti;vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi; şəxsin güzəştli kateqoriyaya aid olduğunu təsdiq edən sənəd (şəxs güzəştli kateqoriyaya aid olduqda).
27. 4.5-ci bəndinə əsasən bu Qaydanın 4.4-cü bəndində nəzərdə tutulmuş hər hansı sənədin elektron sistem vasitəsilə alınması mümkün olmadıqda, ipoteka krediti almaq istəyən şəxs həmin sənədi müvəkkil banka təqdim etməlidir. Müvəkkil bank təqdim olunmuş sənədi elektron sistemdə həmin gün yerləşdirməlidir.
28. 4.6-cü bəndinə əsasən müvəkkil bank elektron sistem vasitəsilə əldə olunan sənədlər və həmin sistem vasitəsilə əldə edilməsi mümkün olmadığı üçün şəxsin təqdim etdiyi sənədlər əsasında 3 iş günü müddətində ipoteka krediti almaq istəyən şəxsə ipoteka kreditinin verilməsinə dair ilkin razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul etməlidir. Həmin qərar qəbul edildiyi gün, ipoteka krediti almaq istəyən şəxsə bildirilməklə, elektron sistemdə yerləşdirilməlidir.
29. 4.7-ci bəndinə əsasən ipoteka krediti almaq istəyən şəxs, Azərbaycan Respublikası Prezidentinin aktları ilə ayrı müddət nəzərdə tutulmayıbsa müvəkkil bank tərəfindən kreditin verilməsinə dair ilkin razılıq qərarı elektron sistemdə yerləşdirildiyi gündən 45 gün müddətində ipoteka krediti hesabına almaq istədiyi yaşayış sahəsini müəyyənləşdirməklə, müvəkkil edilmiş istənilən qiymətləndirici tərəfindən həmin yaşayış sahəsinin qiymətləndirilməsini aparmalıdır. Qiymətləndirici ipoteka krediti almaq istəyən şəxsin müraciət etdiyi gündən 3 iş günü müddətində qiymətləndirməni apararaq, qiymətləndirmə aktını müraciət edən şəxsə təqdim etməli və elektron sistemdə yerləşdirməlidir.
30. 4.8-ci bəndinə əsasən qiymətləndirmə aktı elektron sistemdə yerləşdirildikdən sonra müvəkkil bank 5 iş günü müddətində kreditin verilməsinə dair qərar (razılıq və ya əsaslandırılmış imtina) qəbul etməlidir.
31. 4.10-cu bəndinə əsasən ipoteka kreditinin verilməsi zamanı bu Qaydanın 4.7-ci və 4.9-cu bəndlərində nəzərdə tutulmuş müddətlərə ipoteka krediti almaq istəyən şəxs tərəfindən riayət edilmədikdə (qiymətləndirici tərəfindən bu Qaydanın 4.7-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddətin ötürülməsi istisna olmaqla), ipoteka kreditinin verilməsindən elektron sistem vasitəsilə avtomatik şəkildə imtina edilir.
32. 4.11-ci bəndinə əsasən bu Qaydada nəzərdə tutulmamış əsaslara görə ipoteka kreditinin verilməsindən imtina edilə bilməz.
33. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydasının 3.1-ci bəndinə əsasən borcalanın (borcalanların) aylıq məcmu gəliri bu Qaydanın 4.1-ci bəndində göstərilən və sənədlə təsdiq edilən sabit gəlirlər əsasında müəyyən edilir.
34. Həmin Qaydaların 4.4-cü bəndinə əsasən borcalanın (borcalanların) aylıq məcmu gəliri hesablanarkən nəzərə alınan muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərdən ibarətdir.
35. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Bu zaman borcalan (borcalanlar) ən azı son 12 (on iki) ay müddətində sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdır. Sadələşdirilmiş vergi ödəyiciləri üzrə nəzərə alınan aylıq məcmu gəlirin məbləği, gəlir və xərclərin əsaslandırılmış təhlili əlavə olunmaqla, ticarət və istehsal sahələri üzrə orta aylıq dövriyyənin 20 faizindən, xidmət sahələri üzrə isə 70 faizindən çox ola bilməz.
36. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ipoteka krediti almaq üçün elektron sistem vasitəsi ilə müraciət etmiş və müvəkkil bank olaraq Cavabdeh ASC seçmişdir. İddiaçının elektron müraciəti xx.xx.2024-cü il tarixdə qeydə alınmış, xx.xx.2024-cü il tarixdə cavabdeh bank tərəfindən müraciət aktivləşdirilmiş, xx.xx.2024-cü il tarixdə cavabdeh bank tərəfindən iddiaçıya ilkin razılıq verilmiş, xx.xx.2024-cü il tarixdə isə iddiaçının gəlirləri kreditin götürülməsinə kifayət etmədiyindən ipoteka kreditinin verilməsindən imtina edilmişdir. Cavabdeh bank tərəfindən ona ilkin razılıq verildikdən sonra ev axtarmağa başladığını, bütün vaxtını evin axtarışlarına sərf etdiyini, həmçinin ev tapdıqdan sonra ev sahibi ilə behləşdiyini əsas gətirərək bank tərəfindən ipoteka kreditinin verilməsindən imtina edilməsi nəticəsində ona maddi zərər dəydiyini bildirir.
37. Məhkəmə icraatı dövründə iddiaçı 2000 manat məbləğində verdiyi behin ev sahibi tərəfindən ona geri qaytarıldığını, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün ev axtardığı müddət ərzində müştəriləri tərəfindən ona ev axtarışlarına şərait yaradıldığını və onunla razılaşdığı məbləğlərin ödənildiyini qeyd etmişdir.
38. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Məhkəmə iclasında iddiaçının izahatından görünür ki, ona verilmiş beh qaytarılmış, digər müştəriləri tərəfindən ona olan ödənişləri ödənilmişdir. Belə olan halda ona maddi zərər dəyməsi sübut olunmur.
39. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
40. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
41. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.
V Nəticə:
42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil