Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1717/2024 22.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 mirası qəbul etmiş vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********83 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 499,05 manat əsas borcu, 35,25 manat faiz borcu olmaqla, cəmi 534,3 manat məbləğində vəsaitin, ödənilmiş 30,00 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2020-ci il tarixli, BPM**********83 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 36 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. AZ-İİ №201363 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 03 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 965 saylı məktubuna əsasən X2 mirası qəbul etmiş vərəsələrinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 olduğu müəyyən edilmişdir. Bankın Yasamal filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 499.05 manat əsas borcu, 35.25 manat faiz borcu qalmışdır. Cavabdehlər mərhum X1 qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2-29113/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini ona aid hissədə etiraf etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin hissə-hissə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduqları yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********83 saylı kredit müqaviləsinə əsasən, bank sonuncuya 36 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 500 manat məbləğində kredit vermişdir. X4 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 sonuncunun qanun üzrə vərəsələri kimi tanınaraq onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, sonuncular (həyat yoldaşından və atasından qalan) miras əmlakı qəbul etmişlər. Cavabdehlər müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiklərinə görə bank qarşısında məsuliyyət daşıyıraraq borcu yaranmışdır. İddiaçı, tərəfdən təqdim edilmiş arayışa əsasən borclunun kredit müqaviləsinə əsasən xx.xx.2024cü il tarixinə 499,05 manat əsas borcunun, 35,25 manat faiz borcunun olması müəyyən edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməmişlər. Göründüyü kimi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 X2 qanun üzrə vərəsələri kimi tanınaraq onlara mülkiyyət və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verildiyindən, cavabdehlər miras qoyanın borcunu kreditorlara münasibətdə tam olaraq ödəməyə borclu olduqlarından sözü gedən pul məbləği də, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsələri: Bakı şəhəri, Yasamal rayonu, H/Ş Q.Şərq küçəsi, ev 102, mənzil 24 ünvanında qeydiyyatda olan: arvadı Cavabdeh1 (AA*******, xx.xx.2021 – Asan 3, FİN:xxxxxxx, d/t:xx.xx.1954), ünvan 1 ünvanında qeydiyyatda olan: qızı Cavabdeh2 (AZE********, xx.xx.2018 – Asan-Sumqayıt1, FİN:xxxxxxx, d/t:xx.xx.1983) və ünvan 2 ünvanında qeydiyyatda olan: oğlu Cavabdeh3dur (AA*******, xx.xx.2021 – Asan 3, FİN:xxxxxxx, d/t:xx.xx.1981). Şəhadətnamə verilən miras əmlak: Bakı şəhəri, Yasamal rayonu, H/Ş Q.Şərq küçəsi, ev 102, mənzil 24 ünvanında yerləşən mənzildən ibarətdir. Azərbaycan Respublikasının MM-nin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci madddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Eyni Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 499,05 (dörd yüz doxsan doqquz manat 05 qəpik) əsas borc, 35,25 (otuz beş manat 25 qəpik) faiz borcu, cəmi 534,30 (beş yüz otuz dörd manat 30 qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (40 qəpik) xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 499,05 (dörd yüz doxsan doqquz manat 05 qəpik) əsas borc, 35,25 (otuz beş manat 25 qəpik) faiz borcu, cəmi 534,30 (beş yüz otuz dörd manat 30 qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (40 qəpik) xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-1717/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1717/2024
22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver