Məhkəmə qərarları › İş №e-2(004)-1718/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1718/2024

23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1718/2024 23.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, eyni zamanda Cavabdeh3 qanuni nümayəndəsi Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8032,12 (səkkiz min otuz iki manat on iki qəpik) manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 103,32 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Məmmədova Lalə Əli qızının "xxxx" ASC xx.xx.2018-ci il tarixli, BPM**********51 saylı müqavilə üzrə olan borcundan 8032,12 manat məbləğində vəsait İddiaçı məxsus hesablardan silinmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli qərarında göstərilmişdir ki, qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni, zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə tələb edə bilər. İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 mübahisənin məhkəmədən öncə həlli üçün göndərdiyi bildiriş göndərilsə də, onlar, öhdəliklərini icra etməkdən imtina etmişdir. Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli, 175 nömrəli müqavilə və nağd pulun mədaxili üçün qəbzdən də görünür ki, hüquqi yardımın göstərilməsi üçün xidmət haqqı vergilər daxil 300 (üç yüz) manat müəyyən edilmişdir. Hüquqi yardımın göstərilməsinin tərkib hissəsi kimi ilkin olaraq, iddianın əsasını təşkil edə halları sübut edən dəlillərə qiymət verilmiş, işin perspektivi yoxlanılaraq, qiymətləndirilmişdir. Bundan əlavə iddia ərizəsinin hazırlanması, iddianın əsasını təşkil edən halları sübut edən dəlillərin əsaslandırılmaqla qeyd edilməsi həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş edir. Əlavə olaraq bildirir ki, Məmmədova Lalə Əli qızı xx.xx.2021-ci ildə vəfat etmişdir. Məmmədova Lalə Əli qızı vəfat etdikdən sonra "xxxx" ASC İddiaçı "xxxx" ASC-də olan hesablarından Məmmədova Lalə Əli qızının borcunu akseptsiz qaydada silmişdir. Həmin məbləğ 8032 manat təşkil edir. Açılmış vərəsəlik işi üzrə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanun üzrə vərəsə kimi tanınmışlar. Miras əmlaka 11000 manat sığorta ödənişi və 1900 manat son haqq-hesab daxildir. Kredit müqaviləsi üzrə 1800 manat borc qalmış və qətnamə ilə vərəsələrdən və zamindən tutulması ilə bağlı qətnamə qəbul edilmişdir. Həmin məbləğ tələb edilən məbləğə daxil deyildir. Məhkəmə iclasında iştirak edən cavabdeh, eyni zamanda Cavabdeh3 qanuni nümayəndəsi Cavabdeh1 izahat verərək bildirir ki, iddiaçı mərhum həyat yoldaşından 6.000 manat məbləğində pul alaraq ona zamin durmuşdur. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC ilə Məmmədova Lalə Əli qızı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BPM**********51 saylı kredit müqaviləsinə əsasən bank borcalana istehlak məqsədləri üçün 60 ay müddətinə illik 24 % olmaqla 18000 manat məbləğində məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BPM**********51 saylı zaminlik müqaviləsinə əsasən İddiaçı bank qarşısında Məmmədova Lalə Əli qızının xx.xx.2018-ci il tarixli, BPM**********51 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüş və müqavilə öhdəliklərin tam icra olunmasına qədər qüvvədədir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdeh xx.xx.2018-ci il tarixli, BPM**********51 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 1891,33 manat məbləğində əsas borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 19 Notariat Ofisinin xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş Məmmədova Lalə Əli qızının vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 elan edilmişdir və onların hər biri miras əmlakdan 1/3 irs almalıdır. İş materiallarında müəyyən olunur ki, iddiaçı ilə Məmmədova Lalə Əli qızı arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Müqavilə üzrə borclu vəfat etmişdir. Onun miras əmlakı iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən qəbul edilmişdir və onlar borclunun vərəsələridir. Belə ki, iş materiallarında olan Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)- 1444/2020 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı və Məmmədova Lalə Əli qızının vərəsələri cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 (qanuni nümayəndəsi Cavabdeh1 vasitəsilə), müştərək qaydada xx.xx.2018-ci il tarixli, BMP**********51 nömrəli kredit müqaviləsi üzrə 1891,93 manat əsas borc (vərəsələrin hər birinə 1891,93 manat məbləğində borcun 1/3 hissəsi, yəni 630,64 manat olmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 38,92 manat və 0,40 manat bank xidmət haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İş materallarında olan "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məlumata əsasən müəyyən edilir ki, xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən İddiaçı “TanKart” kredit kartına dair hesabından ümumilikdə 1876,62 manat, əmək haqqı hesabından isə ümumilikdə 6155,5 manat tutulmuşdur. İş materiallarında olan xx.xx.2024 il tarixli qəbzə əsasən İddiaçı tərəfindən “Femida” Vəkil Bürosuna 300 manat ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, Şirinov X1 Lalə Əli qızının kredit borcuna zamin durmuşdur. Əsas borclu vaxtında borcunu ödəmədiyindən İddiaçı Azərbaycan Beynəlxalq Bakı ASC-də olan hesablarından cəmi 8032,12 manat tutulmuşdur. Eyni zamanda, Məmmədova Lalə Əli qızı xx.xx.2021-ci il tarixdə vəfat etmiş vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 elan edilmişdir. Hazırda iddiaçı cavabdehlərin əvəzinə borcu və digər xərcləri ödəməsi nəticəsində ona dəymiş zərərin əvəzinin reqres qaydasında cavabdehdlərən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, borca iddiaçının hesabına ödəniş edilmiş, məbləğ iddiaçıdan tutulmuşdur, bununla da ona maddi ziyan dəymişdir. Qanunvericiliyin tələbinə əsasən zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə tələb edə bilər. Hazırki halda isə borcu tam ödəməklə iddiaçının reqres qaydasında tələb hüququ yaranmışdır. Lakin əsas borclu vəfat etdiyindən və onun vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müəyyən edilməklə onlar miras əmlakı qəbul etdiyindən cavabdehlərdən 8032,12 manat dəymiş ziyan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında qeyd olunur ki, qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı həmçinin vəkilə çəkilən xərclərin və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, hüquqi yardım üçün vəkilə ödənilmiş xərcin əvəzi olaraq 300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 103,32 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8032,12 (səkkiz min otuz iki manat on iki qəpik) manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 103,32 (bir yüz üç manat otuz iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8032,12 (səkkiz min otuz iki manat on iki qəpik) manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 103,32 (bir yüz üç manat otuz iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar