Məhkəmə qərarları › İş №e-2(004)-173/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-173/2025

07.04.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-173/2025 07.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, qarşı “mənzilə mülkiyyət hüququna pul kompensasiyası verilməklə xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: mənzildən çıxarılma) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, İddiaçının nümayəndəsi X12 Cavabdehlərin nümayəndəsi X4, Cavabdehlərin nümayəndə və vəkili Vəkil2 X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, qarşı “mənzilə mülkiyyət hüququna pul kompensasiyası verilməklə xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı X9 cavabdehlər Cavabdeh1 və Cavabdeh2, qarşı “mənzilə mülkiyyət hüququna pul kompensasiyası verilməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən paylı mülkiyyətində olan 91 nömrəli mənzildə iddiaçı X9 tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus hər birinin 1/12 payı üçün pul kompensasiya verilməklə onların həmin mənzildə mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək iddiaçının İddiaçı ilə əvəz olunmasını həmçinin, ünvan 1 ünvanda yerləşən paylı mülkiyyətində olan 91 nömrəli mənzildə İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinin mənzildə məxsus olan 1/12 payı üçün pul kompensasiya verilməklə onların həmin mənzildə mülkiyyət hüququna, həmçinin istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən 91 saylı mənzil paylı mülkiyyətində iddiaçı X9, onun bacısı X6 və cavabdehlər X11 və Cavabdeh2 məxsusdur. Belə ki, AR ƏMDK yanında DƏDRX-ti tərəfindən seriya RX ******* nömrəli Çıxarışına əsasən ünvan 4 ünvanda yerləşən 91 nömrəli mənzil 13/24 hissədə X9, 7/24 hissədə bacısı İddiaçı, 1/12 hissədə Cavabdeh1 və 1/12 hissədə Cavabdeh2 məxsusdur. Paylı mülkiyyətdə olan mənzilin ümumi sahəsi (kvadrat metrlə) 42,0 kv.m. təşkil edir. Beləliklə, həmin mənzzildə cavabdeh Səbinə Cəbraylovaya məxsus ½ hissəsi 8,33% ya da 3,49 kv.m. təşkil edir, Cavabdeh1 məxsus ½ hissəsi 8,33% ya da 3,49 kv.m. təşkil edir, üçüncü şəxs İddiaçı məxsus 7/24 hissəsi 29,16% ya da 12,24 kv.m. təşkil edir, iddiaçı Şahnaz Cəbrayılovaya məxsus 13/24 hissəsi 54,16% , yəni 22,74 kv.m. təşkil edir. Beləliklə, mübahisəli mənzildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cüzi payın mülkiyyətçisidirlər. Cavabdehlər faktiki olaraq mübahisəli mənzildə yaşamırlar. Onların başqa daimi yaşayış vardır. Cavabdehlər mənzildən istifadə etmirlər. Paylı mülkiyyətdə olan mənzildə iddiaçının cavabdehlərlə birgə yaşaması mümkün deyil. İddiaçı Şahnaz Cəbrayılova mübahisəli mənzildə tək yaşayır. Həmin mənzil onun yeganə yaşayış yeridir. Paylı mülkiyyətdə olan mənzildə iddiaçıyə böyük pay məxsusdur. Bu səbəbdən də iddiaçı Şahnaz Cəbrayılova cavabdehlərə pul kompensasiyası verilməklə onların mübahisəli mənzildə paylı mülkiyyət hüququna xitam verilməsinə qərara gəlmişdir. Bu məqsədlə, Şahnaz Cavabdeh2 və Sabir Cəbraylovaya təklif göndərmişdir. Lakin cavabdehlər mübahisəli mənzildə yaşamadıqları üçün məktub onlara çatdırılmayıb. Hesab edir ki, qanuna əsasən, iddiaçı cavabdehlərə pul kompensasiyası ödəməklə, onların mənzildə paylı mülkiyyət hüququna xitam vermək hüququna malikdir. Qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər Sabinə və Cavabdeh1lara məxsus olan pay naturada bölünmək mümkün deyil. X10 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. 3 saylı "ASAN Xidmət" mərkəzində notariat ofisinin xx.xx.2025-ci il tarixli 317№li məktubu ilə bildirmişlər ki, xx.xx.2024-cü il tarixdə ölmüş X2 miras qalmış əmlaka dair vəsiyyətnamə vərəsəsi İddiaçı ərizəsi əsasında 3 saylı Bakı "ASAN" xidmət mərkəzində V-143/2024 saylı vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən - Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq hərrac mərhələsinə keçməsinə etiraz etdiklərini bildirdi.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq hərrac mərhələsinə keçməsinə etiraz etdiklərini bildirdi.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək bildirmişdir ki, çıxarışlarda cavabdehlərin hər birinin 1/12 hissədə payının olmasını təsdiq olunmuşdur. Onlar paylı mülkiyyətdən ayrılmaq istəmirlər. Nə tələbi, nə də də kompensasiyanı qəbul etmirlər. Bunların heç birini hal-hazırda cavabdeh tərəf qəbul etmir. Cavabdehlər hal-hazırda kirayədə yaşayırlar. Mülkiyyət hüququ toxulmaz olduğuna görə, hesab edir ki, orada yaşayıb-yaşamasından asılı olmayaraq heç kəs onları bu hüquqdan məhrum edə bilməz. Aralarında isti münasibətlər olmadığı üçün hal-hazırda bir yerdə yaşamaları mümkün deyil.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək nümayəndə və vəkilin ifadəsini təsdiqləmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən müəyyən olunur ki, ünvan 6 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 68, 91 saylı mənzilin 1/12 hissəsi Cavabdeh1, 1/12 hissəsi Cavabdeh2 Mirzəməhəmməd qızının adlarına xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən müəyyən olunur ki, ünvan 6 ünvanında yerləşən mənzil 1/12 hissədə Cavabdeh2 xüsusi mülkiyyətindədir.

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən müəyyən olunur ki, ünvan 6 ünvanında yerləşən mənzil 1/12 hissədə Cavabdeh1 xüsusi mülkiyyətindədir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/7516-9/7817 nömrəli ekspert rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, 577-ci məhəllə, Əhməd Cəmil küçəsində yerləşən, 68 saylı evin, 91 saylı mənzilin Cavabdeh1 və Cavabdeh2 hər birinə 1/12 hissədə payına uyğun naturada bölünməsinin AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirilmə Normaları”nın 5.2, 5.5, 5.6, 5.7 və 5.8 bəndlərinin və Məhkəmə Tikinti-X8 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Bakı şəhəri, Yasamal rayonu, 577-ci məhəllə, Əhməd Cəmil küçəsində yerləşən, 68 saylı evin, ümumi sahəsi 42 kv.m olan 91 saylı mənzilinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 119500 manat məbləğində müəyyən edilir. Bakı şəhəri, Yasamal rayonu, 577-ci məhəllə, Əhməd Cəmil küçəsində yerləşən, 68 saylı evin, ümumi sahəsi 42 kv.m olan 91 saylı mənzilin 1/12 hissəsinin bazar dəyərinin təqribən (119500 : 12) 9960 manat məbləğində müəyyən edilir.

14. 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 317 nömrəli məktubuna əsasən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə ölmüş X3 miras qalmış əmlaka dair vəsiyyətnamə üzrə vərəsəsi İddiaçı ərizəsi əsasında 3 saylı Bakı “Asan” Xidmət Mərkəzində V-143/2024 saylı vərəsəlik işi açılmışdır. Hazıradək iş üzrə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.

15. 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, AZ-İİ seriyalı, 456237 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, X9 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir.

16. 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx.xx.2025-ci il tarixli şəhadətnaməyə əsasən müəyyən olunur ki, 3 saylı Bakı “Asan Xidmət” Mərkəzindəki notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilən və reyestrdə 120 nömrəsi ilə qeyd oolunan vəsiyyətnaməyə əsasən xx.xx.2024-cü il tarixdə vəfat etmiş X5 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi İddiaçıdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X7 verilmiş **********76-05101-093020 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 42 kv/m olan mənzilin X7 məxsus 13/24 hissədən ibarətdir.

17. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi rədd olunmalıdır.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

20. Həmin Məcəllənin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

22. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

23. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

24. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

25. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

26. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

27. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadının 17-ci bəndinə əsasən paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir.

29. Həmin qərardadın 18-ci bəndinə əsasən hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi).

30. Həmin qərardadın 37-ci bəndinə əsasən ilk növbədə qeyd olunmalıdır ki, hər bir mülkiyyətçi yalnız özünə məxsus payın ayrılmasını tələb etmək hüququna malikdir. Digər mülkiyyətçinin payının naturada ayrılması və ya kompensasiya ödənilməklə ümumi mülkiyyətdəki payına xitam verilməsi barədə iddia qaldırıla bilməz. Bu qaydanın yeganə istisnası Mülki Məcəllənin 220.4-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

31. Həmin qərardadın 38-ci bəndinə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən maddənin tətbiqi ilə bağlı vurğulamışdır ki, ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllə, 220.4cü maddə). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 4 aprel tarixli qərarı).

32. Həmin qərardadın 47-ci bəndinə əsasən naturada ayrılma mümkün olmadıqda ikinci mərhələnin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 4 aprel tarixli qərarında göstərilmişdir ki, ...mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil.

33. Həmin qərardadın 57-ci bəndinə əsasən məhkəmə araşdırması zamanı cavabdehlərdən heç biri kompensasiya ödəmək istəmədikdə və ya hər hansı səbəbdən ödəyə bilmədikdə iddiaçının tələbi əsasında məhkəmə üçüncü mərhələyə keçid etməklə əşyanın birbaşa açıq hərracdan satılmasını qət etməlidir. İddiaçının əşyanın açıq hərracdan satılmasını tələb etmədiyi halda isə məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və ona gələcəkdə yalnız üçüncü mərhələ üzrə iddia qaldırmaq hüququ izah edilməlidir.

34. Həmin qərardadın 64-ci bəndinə əsasən bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir.

35. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquq və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

36. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, ünvan 6 ünvanında yerləşən mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* saylı Çıxarışa əsasən 7/24 hissədə onun (İddiaçı), 1/12 hissədə Cavabdeh1, 1/12 hissədə Cavabdeh2 paylı mülkiyyətindədir. Həmin paylı mülkiyyətin satılmasına dair aralarında razılıq əldə edilməmişdir. mənzildə İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinin mənzildə məxsus olan 1/12 payı üçün pul kompensasiya verilməklə onların həmin mənzildə mülkiyyət hüququna, həmçinin istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

37. Məhkəmə baxışında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/7516-9/7817 nömrəli ekspert rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, 577-ci məhəllə, Əhməd Cəmil küçəsində yerləşən, 68 saylı evin, 91 saylı mənzilin Cavabdeh1 və Cavabdeh2 hər birinə 1/12 hissədə payına uyğun naturada bölünməsinin AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirilmə Normaları”nın 5.2, 5.5, 5.6, 5.7 və 5.8 bəndlərinin və Məhkəmə Tikinti-X8 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Bakı şəhəri, Yasamal rayonu, 577-ci məhəllə, Əhməd Cəmil küçəsində yerləşən, 68 saylı evin, ümumi sahəsi 42 kv.m olan 91 saylı mənzilinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 119500 manat məbləğində müəyyən edilir. Bakı şəhəri, Yasamal rayonu, 577-ci məhəllə, Əhməd Cəmil küçəsində yerləşən, 68 saylı evin, ümumi sahəsi 42 kv.m olan 91 saylı mənzilin 1/12 hissəsinin bazar dəyərinin təqribən (119500 : 12) 9960 manat məbləğində müəyyən edilir. Lakin məhkəmə iclasında iştirak edən cavabdeh tərəfin mövqeyinə əsasən iddia tələbini və kompensasiya məbləğini qəbul etmədiyini bildirmişlər.

38. Məhkəmə bildirir ki, yuxarıda qeyd olunan normanın tələbindən də göründüyü kimi iddianın Mülki Məcəllənin 220.4-cü maddəsinə görə əsaslı olması üçün mübahisələndirilən pay cüzi olmalı, real surətdə ayrıla bilməməli və payın mülkiyyətçisinin əmlak üzərində mühüm mənafeyi olmamalıdır. Başqa sözlə cüzi pay sahibinin payı digər payçılara nisbətdə hər hansı əhəmiyyətli rol oynamamalı, əmlakın idarə edilməsində hər hansı əhəmiyyət kəsb etməməlidir. Yalnız bütün bu amillərin eyni zamanda mövcud olduğu təqdirdə iddia tələbi 220.4-cü maddə baxımından əsalı ola bilər. Hazırkı işdə isə bu amillərin yalnız biri mövcuddur. Ekspert rəyinə görə payların naturada ayrılması mümkünsüz hesab edilmişdir. Qalan amillər isə mövcud deyildir. Məhkəmə hesab edir ki, cavabdehlərə məxsus 1/12 hissədə payı heç bir halda cüzi hesab etmək olmaz.

39. Bundan başqa iddiaçı tərəfindən cavabdehlərə təklif olunmuş kompensasiya məbləği ilə cavabdehlər razılaşmamış və ümumiyyətlə mülkiyyət hüquqlarına xitam verilməsini tələb etməmişlər. İddiaçı isə əmlakın açıq hərracdan satılmasını tələb etməmişdir.

40. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

41. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

42. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Nəticə:

43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia tələbi təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar