Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1732/2024 23.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli "Kredit müqaviləsi" üzrə əsas borc məbləği üzrə 25.000 (iyirmi beş min) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 165 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında19 dekabr 2022-ci il tarixdə 25.000 manat məbləğində "Kredit müqaviləsi" bağlanmışdır. Kredit müqaviləsinə əsasən "Borc alan" krediti 19 dekabr 2023-cü il tarixədək "Borc verənə" qaytarmağı öhdəsinə götürmüşdür. Aradan uzun müddət keçməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Daha sonra isə iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdə cavabdehə borcun qaytarılması barədə bildiriş göndərmişdir. Lakin, cavabdeh bildirişi aldıqdan sonra iddiaçıya borcu qaytarmaqla əlaqədar müraciət etməmişdir. Bu səbəbdən İddiaçı ilə Cavabdeh arasında 19 dekabr 2022-ci il tarixli "Kredit müqaviləsi" üzrə borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o İddiaçı oğlu X1 vasitəsilə tanıyıb. X5 İddiaçılə necə tanış olduğundan xəbəri olmayıb. 2022-ci il tarixində (gün yadında qalmayıb) onun şəxsi mobil telefonuna zəng gəlib. Məlum olub ki,İddiaçı və onun qardaşı Nicatla iş birliyi görüblər. Nizami metrosu ətrafında yeni tikilmiş yaşayış binalarının birində Nəsirov qardaşların iki ədəd mənzili olub. Nicatla öz aralarında sövdələşmələri olub və Nicata 43000 manat nağd pul veriblər ki, mənzillərini təmir etsin. O, telefonda İddiaçı bildirib ki, oğlunun görəcəyi işlərinə qarışmır. Böyüdüb, oxudub, toyunu edib və ev alıb verib. Artıq 35-36 yaşında etdiyi səhvlərə cavabdeh deyil. Bir neçə telefon zəngindən sonra görüşəsi olublar. Məlum olub ki, Nicata 43000 manat nağd pul veriblər ki, onların mənzilini təmir etsin. Mənzilə baxış keçiriblər. Təxmini hesaba görə 43000 manat ödənilməsinə baxmayaraq mənzillərdə 18000-20000 manatlıq iş görülüb. O, mənzil sahibinə sual verib ki, nə üçün onlar mənzillərində iş tamamlanmamış Nicata artıq pul ödəyiblər. Cavablarında bildiriblər ki, gəlib yalvarıb və.s. O, bu sözlərlə razılaşmayıb. Rövşən ustalara borclu qaldığını deyib. O, da üzərindəki 1000 manatı Rövşənə borcu bağlaması üçün verib və Nicatla bu məsələni aydınlaşdıracağını deyib. Oğlunu yanına çağıraraq məsələni aydınlaşdırmağa çalışıb. Nicatın cavabı o olub ki, təmiri ucuz qiymətə götürüb. Pandemiya dövrünə təsadüf edib. Bazarda qiymətlər qalxıb və.s. Oğluna o yoldaşlarla məsələni bitirməyi tapşırıq verib. Oğlu da razılaşıb. Bir müddət sonra oğlu Rövşəngilin onu Xətai Rayon Məhkəməsinə verdiyini deyib. Məhkəmənin təyin edildiyi gün o və oğlunun yoldaşı tərəfdən qohumu Allahverdi məhkəməyə gediblər. Orada Rövşənə bildirib ki,onlar və oğlu-hər iki tərəf bu işdə günahkardırlar. Pulu evlərindəki təmir bitməmiş Nicata verməli deyildilər. Rövşən də razılaşıb. Belə qərara gəliblər ki, Rövşənlə notarial qaydada müqavilə bağlasınlar və arxayın olsun ki,pulu qaytaracaqlar. Oğlu Nicatın şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanının vaxtı bitdiyi üçün özü müqavilə bağlayası olub. Xətai Məhkəməsindən qayıdandan sonra Q.Qarayev notarial şöbəyə gediblər. Heç birində nağd pul olmayıb. Rövşən Bakıxanovda bir tanışı ilə telefonla danışaraq bir neçə saatlığa 25000 manat borc pul verməsini xahiş edib. Birlikdə Rövşənin maşını ilə Rövşənin dostunun evinə gediblər və 25000 manat pulu götürüb notarial şöbəyə qayıdıblar və pulu oradakı bank filialına yatırıblar. Bəzi xərcləri də özü çəkib. Hər iki tərəf arasında müqavilə bağlanıb. Guya o Rövşəndən 25000 manat borc pul alıb. Rövşən bankdan pulu geri qayıdandan sonra pulu ondan alıb sahibinə qaytarıb. Həmin gündən sonra yaşadığı evi satılığa çıxarıb. Evi bazar qiymətindən iki dəfə ucuza satsa da,alıcı olmadığı üçün bu günə qədər satılmayıb.X2 ona məlum və ona aid olmayan borcu ödəməyə imkanı olmayıb.Bütün bunları deməsindəki məqsəd o deyil ki, oğlunun Rövşənə olan borcunu qaytarmağa fikri yoxdur. Sadəcə onu bildirmək istəyir ki, Rövşəni oğlu Nicatın vasitəsilə tanıyıb. O, Rövşəndən borc pul almayıb və o qardaşlarla Nicatla aralarında olan pul söhbətindən sonra tanış olub. Övladı təmirdə qiymətlərdə yanlışlıqlara yol verib və cavabdehdir. Ancaq onu qeyd edib ki, Rövşən və Nicat təmir işlərini görmək üçün öz aralarında qanunauyğun müqavilə bağlamalı idi. Bunu etmədikləri üçün hər ikisini günahkar hesab edir. Satışa çıxardığı evini satıb oğlu Nicatın Nəzərov qardaşlarına olan borcunu ödəyəcək.Ərizəsində yazdıqlarını nəzərə alıb onun günahkar olub-olmadığına düzgün qərar verilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 50 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsindən görünür ki, "borc verən" İddiaçı "borc alan" Cavabdeh 25000 manat məbləğində pulu xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə faizsiz olaraq borc vermişdir. Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 165 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıdan aldığı məbləği müəyyən edilmiş müddətdə qaytarmamış və bununla da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan borcunu ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 25000 (iyirmi beş min) manat məbləğində pul və ödənilmiş 165 (bir yüz altmış beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 25000 (iyirmi beş min) manat məbləğində pul və ödənilmiş 165 (bir yüz altmış beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-1732/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1732/2024
23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver