Məhkəmə qərarları › İş №e-2(004)-1737/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1737/2024

12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1737/2024 12.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MTK-ya qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və "xxxx" MTK-ya qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə, iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 Mənzil Tikinti Kooperativindən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2016-cı il tarixli 235-xx-xx-2016-HR-FE nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 81.290,34 manat, faiz borcu üzrə 788,41 manat olmaqla, cəmi 82.078,75 manat borcun tutulması; ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 52,48 manat dövlət rüsumu və xidmət haqqının cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4ndən müştərək qaydada tutulması; xx.xx.2016-cı il tarixli 235xx-xx-2016-HR-FE nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 ilə Bank arasında bağlanan xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 190B, M6, m6 ünvanda yerləşən ümumi sahəsi 66,7 kv.m olan mənzilin (Qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2017-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********12-05301-093032, Seriya RX № 1009126) ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 Mənzil Tikinti Kooperativinin banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi; Cavabdeh3 məxsus ipoteka qoyulmuş Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 190 B, M6, m6 ünvanda yerləşən ümumi sahəsi 66,7 kv.m olan mənzildən (Qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2017-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********12-05301-093032, Seriya RX №1009126) cavabdehlər Cavabdeh3 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməklə onların ən geci bir ay ərzində çıxarılması, mənzili tərk etmədikdə məcburi qaydada çıxarılması və mənzilin boşaldılması; Satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 Mənzil Tikinti Kooperativindən müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi; ödənilmiş 341,67 manat dövlət rüsumu və 0,51 manat xidmət haqqının cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 Mənzil Tikinti Kooperativindən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-1737/2024 nömrəli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MTK-ya qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması müstəqil qiymətləndirici "xxxx" MMC-yə həvalə edilmiş, ekspertizanın rəyi məhkəməyə daxil olanadək, iş üzrə icraat dayandırılmışdır. "xxxx" MMC xx.xx.2024-cü il tarixli LP-083/2024 nömrəli mütəxəssis rəyi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-1737/2024 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada tərəflərə məlumat verilmişdir. Lakin tərəflər məhkəməyə gəlməmişlər, cavabdehlər gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı "xxxx" ASC xx.xx.2024-cü il tarixli ərizə ilə elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinin tələbinə uyğun olaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının iddia ərizəsinin baxılmamış saxlanılmasına dair xx.xx.2024-cü il tarixli ərizəsini və işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 114.1.5, 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MTK-ya qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. “X1” vasitəsilə xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş sənədinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 341,67 (üç yüz qırx bir manat altmış yeddi qəpik) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən iddiaçı "xxxx" ASC-yə (VÖEN: **********) qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar