Məhkəmə qərarları › İş №e-2(004)-1751/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1751/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1751/2025 14.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə5, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayədəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Ləğv Prosesində Olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (X3 qanun üzrə vərəsələri) qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 30 sentyabr 2021-ci il tarixli 905/M saylı kredit müqaviləsi üzrə cəmi 63 663,69 (altmış üç min altı yüz altmış üç manat 69 qəpik) manat, bundan 47 934,18 (qırx yeddi min doqquz yüz otuz dörd manat 18 qəpik) manat məbləğində əsas, 10 742, 49 (on min yeddi yüz qırx iki manat 49 qəpik) manat faiz, 4 706,87 (dörd min yeddi yüz altı manat 87 qəpik) manat Azərbaycan Respubikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan illik (5%) faiz borcunun və 280,15 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X8 arasında bağlanmış 30 sentyabr 2021-ci il tarixli,905/M saylı Kredit müqaviləsinə əsasən borcalana şəxsi məqsədlər üçün illik 8 (səkkiz) faiz olmaqla, xx.xx.2022-ci il tarixinə qədər 147 000 (bir yüz qırx yeddi min) manat məbləğində kredit verilmişdir. 27 may 2022-ci il tarixdə kredit müqaviləsinə edilmiş Əlavəyə əsasən, 30 sentyabr 2021-ci il tarixdə verilmiş kreditin qalıq borcunun (əsas məbləğ 47 934,18 manat, faiz məbləğ 1 203,63 manat) istifadə müddəti xx.xx.2022-ci il tarixə kimi, illik faiz dərəcəsi 8 %-dən 12 %-ə faizlər aylıq, əsas məbləğ müddət ərzində ödənilməklə artırılmışdır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən kredit və faizlər ödənilmədikdə və yaxud qismən ödənildikdə Borc alana bu barədə xəbərdarlıq göndərməklə öhdəliyin vaxtından əvvəl icra olunmasını tələb etmək barədə Bankın hüququ vardır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borc öhdəliyini lazımınca icra etmədikdə öhdəliyin icrasının vaxtında əvvəl tələb edilməsi barədə Borc verən Borc alanı xəbərdar etdikdən 3 (üç) iş günü müddətində borc öhdəliyini qeyri-şərtsiz icra etmək Borc alanın vəzifəsidir. X8 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmiş və bunun nəticəsində onun 22 noyabr 2024-cü il tarixinə Banka 47 934,18 (qırx yeddi min doqquz yüz otuz dörd manat 18 qəpik) manat məbləğində əsas borcu və 10 742, 49 (on min yeddi yüz qırx iki manat 49 qəpik) manat faiz borcu, 4 706,87 (dörd min yeddi yüz altı manat 87 qəpik) məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 63 383,54 (altmış üç min üç yüz səksən üç manat 54 qəpik) manat məbləğində borcu qalmışdır. AZ-İİ № 366477, xx.xx.2023-cü il tarixli ölüm qaqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2023-cü ildə ölmüşdür. Bakı şəhəri 8 saylı Notariat Ofisindən bildirilmişdir ki, xx.xx.2024-cü il tarixdə, 2V-47 № ilə rəsmiləşdirilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən xx.xx.2023-cü il tarixdə ölmüş X3 vərəsələri, arvadı Cavabdeh1, oğlu Cavabdeh2, qızı Cavabdeh3dır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən “Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti) 1306.1-ci maddəsinə əsasən Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin məcəllənin 1306.2-ci maddəsinə əsasən “Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar”. Borcla bağlı vəfat etmiş X3 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 xx.xx.2024-cü il tarixli 12-5/2-R-21-5361/2024 saylı xəbərdarlıq məktubu ünvanlanmışdır. Lakin buna baxmayaraq, cavabdehlər banka olan borcu ödəməmişdirlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsa idilər, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 dəftərxana vasitəsilə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, 1. İş üzrə məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini; 2. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiasını iddia müddətinin keçməsi əsası ilə rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X8 ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsi (ona edilmiş əlavə) barədə onun hər hansı məlumatı olmamışdır. Digər tərəfdən, iddiaçı onlara qarşı müvafiq tələbi üzrə iddia müddətini ötürmüş və iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Bu isə iddianın məhkəmə tərəfindən rədd olunmasına hüquqi əsas yaratmışdır. Belə ki, İddiaçı ASC ilə mərhum həyat yoldaşı X8 arasında 30 sentyabr 2021-ci il tarixdə 905/M nömrəli, 30 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 4.2-ci bəndinə görə, borc alan tərəfindən kreditin qaytarılması hesablanmış faizlər aylıq, əsas məbləği müddət ərzində, xx.xx.2022-ci il tarixinə qədər tam ödənilməklə həyata keçiriləcəkdir. Həmin müqaviləyə edilmiş 27 may 2022-ci il tarixli əlavəyə görə, borc verən tərəfindən borc alana “şəxsi məqsədlər üçün”, xx.xx.2022-ci il tarixinə qədər, illik 8% hesablamaq şərti ilə, verilən 147 000 AZN məbləğində olan kreditin qalıq borcunun (əsas məbləğ 47934,18 AZN, faiz məbləği 1203,63 AZN) istifadə müddəti xx.xx.2022-ci il tarixinə kimi, illik faiz dərəcəsi 8 %-dən 12 %-ə, faizlər aylıq, əsas məbləğ müddət ərzində ödənilməklə artırılır. Bağlanmış kredit müqaviləsindən məlum olur ki, müqavilə üzrə ödənişin son müddəti xx.xx.2022-ci il olmuş və iddiaçı həmin müqavilədən irəli gələn tələbini ən geci xx.xx.2023-cü il tarixə kimi irəli sürməli olduğu halda, lakin belə tələblə məhkəməyə müraciət etməmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayədəsi və vəkili Nümayəndə2 elektron kabinet vasitəsilə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddiasını iddia müddətinin keçməsi əsası ilə rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə mərhum X8 arasında bağlanmış kredit müqaviləsi barədə cavabdehlərin hər hansı məlumatı olmamışdır. Bundan başqa, iddiaçı cavabdehlərə münasibətdə hazırki tələb üzrə iddia müddətini ötürmüş və iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Bu isə iddianın məhkəmə tərəfindən rədd olunmasına əsas yaratmışdır. Belə ki, "xxxx" ASC ilə X8 (xx.xx.2023-cü il tarixdə vəfat edib) arasında 30 sentyabr 2021-ci il tarixdə 905/M nömrəli, 30 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 4.2-ci bəndinə görə, borc alan tərəfindən kreditin qaytarılması hesablanmış faizlər aylıq, əsas məbləği müddət ərzində, xx.xx.2022-ci il tarixinə qədər tam ödənilməklə həyata keçiriləcəkdir. Həmin müqaviləyə edilmiş 27 may 2022-ci il tarixli əlavəyə görə, borc verən tərəfindən borc alana "şəxsi məqsədlər üçün", xx.xx.2022-ci il tarixinə qədər, illik 8% hesablamaq şərti ilə, verilən 147 000 AZN məbləğində olan kreditin qalıq borcunun (əsas məbləğ 47934,18 AZN, faiz məbləği 1203,63 AZN) istifadə müddəti xx.xx.2022-ci il tarixinə kimi, illik faiz dərəcəsi 8 %-dən 12 %-ə faizlər aylıq, əsas məbləğ müddət ərzində ödənilməklə artırılır. Göründüyü kimi, "xxxx" ASC ilə X8 arasında bağlanmış 30 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənişin son müddəti xx.xx.2022-ci il olmuş və iddiaçı həmin müqavilədən irəli gələn tələbini vaxtında irəli sürməmişdir. Digər tərəfdən, iddiaçının tələbi üzrə müddətin axımının dayandırılması üçün Mülki Məcəllənin 379-cu maddəsində ifadə olunmuş hər hansı hal baş verməmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayədəsi və vəkili Nümayəndə2 elektron kabinet vasitəsilə iddiaya etirazını məhkəməyə təqdim edərək, iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddiasım iddia müddətinin keçməsi əsası ilə rədd edilməsi xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X8 (xx.xx.2023-cü il tarixdə vəfat edib) arasında 30 sentyabr 2021-ci il tarixdə 905/M nömrəli, 30 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 4.2-ci bəndinə görə, borc alan tərəfindən kreditin qaytarılması hesablanmış faizlər aylıq, əsas məbləği müddət ərzində, xx.xx.2022-ci il tarixinə qədər tam ödənilməklə həyata keçiriləcəkdir. Həmin müqaviləyə edilmiş 27 may 2022-ci il tarixli əlavəyə görə, borc verən tərəfindən borc alana "şəxsi məqsədlər üçün", xx.xx.2022-ci il tarixinə qədər, illik 8% hesablamaq şərti ilə, verilən 147 000 AZN məbləğində olan kreditin qalıq borcunun (əsas məbləğ 47934,18 AZN, faiz məbləği 1203,63 AZN) istifadə müddəti xx.xx.2022-ci il tarixinə kimi, illik faiz dərəcəsi 8 %dən 12 %-ə, faizlər aylıq, əsas məbləğ müddət ərzində ödənilməklə artırılır. "xxxx" ASC ilə mərhum X8 arasında bağlanmış kredit müqaviləsindən cavabdehlərin hər hansı məlumatı olmamış və cavabdehlər bu məlumatı iddiaçının onlara qarşı müvafiq tələblə məhkəməyə müraciət etməsindən sonra əldə etmişlər. Qeyd edirlər ki, mərhum Cavabdeh2 miras şəklində "Mercedes Benz В 180 Minik" markalı, 99SB680 dövlət nömrə nişanlı avtomobil qalmışdır. Bakı şəhəri 8 saylı Notariat ofisinin xüsusi notariusu Məlikov C.B. tərəfindən reyestrdə 2V-47 nömrəsi ilə qeyd edilməklə təsdiq olunmuş xx.xx.2024-cü il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"yə əsasən, Cavabdeh2 miras qalmış avtomobil onun vərəsələrinə - arvadı Cavabdeh1 (1/3 hissə), oğlu Cavabdeh2 (1/3 hissə) və qızı Cavabdeh3 (1/3 hissə) keçmişdir. "Yeni Dövr" Qiymətləndirmə Mərkəzinin məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli hesabatına əsasən, avtomobilin bazar dəyəri yuvarlaq şəkildə 9970 AZN məbləğində müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, sözügedən avtomobil mərhum X8 ilə onun arvadı - Cavabdeh1 birgə nikahı dövründə əldə olunduğuna görə, avtomobilin 1/2 hissəsi Cavabdeh1 mülkiyyətində olmuşdur. Şəhadətnaməyə əsasən, avtomobilə dair vərəsələrin payları bərabər müəyyən olunsa da, lakin avtomobilin 1/2 hissəsi Cavabdeh1 mülkiyyətində olduğuna görə, əslində payların bölgüsü yerdə qalan 1/2 hissənin bölünməsi kimi nəzərə alınmalıdır. Bu halda iddiaçıya münasibətdə cavabdehlərin məsuliyyət həddi onlara çatmış miras payı həcmində, yəni avtomobilin bazar dəyərinin (9970 manat) yarısı (4985 manat) ilə məhdudlaşmış olur. Digər tərəfdən, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, bundan sonra iddiaçının onun vərəsələrinə/cavabdehlərə münasibətdə iddia irəli sürmək hüququ yaranmış və onlara qarşı 1 (bir) il müddətində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmişdir (qeyd: iddiaçı ilə cavabdehlər arasında mübahisəli hüquq münasibəti xx.xx.2023-cü il tarixdən etibarən yaranmışdır). Bu isə hazırda iddianın məhkəmə tərəfindən rədd olunmasına əsas yaratmışdır (cavabdehlər iddia müddətinin tətbiq olunmasına dair məhkəməyə ərizə təqdim etmişlər). Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə5 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayədəsi və vəkili Nümayəndə2 iddianı qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizənin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan İddiaçı ASC ilə X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 905/M nömrəli kredit müqaviləsinə əsasən borc verən İddiaçı ASC borcalan X5 xx.xx.2022-ci il tarixinə qədər, illik 8 % ödəmək şərtilə 147000 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən şəxsi məqsədləri üçün istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 905/M nömrəli kredit müqaviləsinə xx.xx.2022-ci il tarixli əlavəyə əsasən İddiaçı ASC (“Borc verən”) ilə X8 (“Borc alan”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 905/M Kredit Müqaviləsinə bu əlavənin edilməsi haqqında razılaşdılar: Borc verən tərəfdən Borc alana “şəxsi məqsədlər üçün”, xx.xx.2022-ci il tarixinə qədər, illik 8 % hesablamaq şərti ilə, verilən 147 000 AZN məbləğində olan kreditin qalıq borcunun (əsas məbləğ 47 934.18 AZN, faiz məbləğ 1 203.63 AZN) istifadə müddəti xx.xx.2022-ci il tarixinə kimi, illik faiz dərəcəsi 8 % dən 12 %-ə faizlər aylıq, əsas məbləğ müddət ərzində ödənilməklə artırılır. Kreditin istifadə müddətinin artırılmasına görə borcalandan xidmət haqqı tutulmur. Göstərilən müqavilənin qalan şərtləri isə dəyişmir. İş materiallarında olan X3 xx.xx.2021-ci il tarixdən – xx.xx.2024-cü il tarixədək olan hesabdan çıxarışına əsasən xx.xx.2022-ci il tarixdə kredit üzrə borcun ödənilməsinə 2934.18 manat məbləğində pul ödənişi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X3 İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli, 905/M nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 47934,18 manat əsas, 10742,49 faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik 5 % dərəcəsi ilə 4706,87 manat, cəmi 63383,54 manat borcu yaranmışdır. İş materiallarında olan AZ-İİ 168350 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X8 ilə X2 nikahlarını xx.xx.1980-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu qeydiyyat şöbəsində bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 66 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Rəfiyev”, arvada “Rəfiyeva” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İİ 366477 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X8 xx.xx.2023-cü il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 491 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 vərəsələri: arvadı - Cavabdeh1, oğlu – Cavabdeh2, qızı – Cavabdeh3dır. Onların hər biri “Mercedes Benz B 180” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olan miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişə (pretenziya) əsasən İddiaçı ASC-ilə X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 905/M saylı kredit müqaviləsinə əsasən X5 xx.xx.2022-ci il tarixinə qədər illik 8 (səkkiz) faiz dərəcəsi ilə 147 000 (bir yüz qırx yeddi min) manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli “Əlavə”-nə əsasən illik faiz dərəcəsi 8 (səkkiz) faizdən 12 (on iki) faizə və müddəti xx.xx.2022-ci il tarixinə qədər artırılmışdır. X8 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Bakı şəhəri 8 saylı Notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, ünvan 1 ünvanında yaşayan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yaşayan X3 ölümündən sonra mirası rəsmi olaraq qəbul etmişdir. Bank qarşısında xx.xx.2024-cü il tarixə 63.383,54 (altmış üç min üç yüz səksən üç manat 54 qəpik) manat icra edilməmiş borcu mövcuddur. Kreditor borclarını ödəməkdən qəsdən yayındığı üçün məsuliyyətə cəlb edilməyi ilə nəticələnə bilər. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2021-ci il tarixli 905/M saylı kredit müqaviləsi üzrə ümumilikdə 63.383,54 (altmış üç min üç yüz səksən üç manat 54 qəpik) manat gecikmiş borc məbləğinin 3 (üç) gün müddətində banka ödənilməsini tələb olunmuş, əks təqdirdə Bank kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/2225 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlər, təqdim edilmiş iş materiallarında olan ödənişləri özündə əks etdirən maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 905/M saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh X3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan tarixə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunmuşdur: xx.xx.2024-cü il (pretenziya göndərilən) tarixə: əsas borc üzrə - 47.953,90 manat, faiz borcu üzrə - 4.209,29 manat, gecikdirilmiş faiz borcu üzrə (5%-lə hesablanmış) - 4.735,45 manat. İş materiallarında olan “X6 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli, 004-058/2025 nömrəli ekspert rəyinə əsasən aparılmış hesablamalar nəticəsində “Mercedes Benz B 180” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 9970 olaraq müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən,müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-ci maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307.1-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə X8 arasında xx.xx.2021-ci il tarixli, 905/M nömrəli kredit müqaviləsi və xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə Əlavə bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. X8 xx.xx.2023-cü il tarixdə ölmüşdür və xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5 məxsus “Mercedes Benz B 180” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən miras əmlak kimi arvadı - Cavabdeh1 (1/3 hissə), oğlu – Cavabdeh2 (1/3 hissə), qızı – Cavabdeh3 (1/3 hissə) pay almışlar. Kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə X8 öhdəlik götürsə də, bu öhdəlik lazımınca icra edilməmişdir. Öhdəliyin lazımınca icra edilməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə cavabdehlərə qarşı bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə İddiaçı ASC ilə mərhum Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən öhdəliklərin vaxtında icra edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia əsas və faiz borcu hissəsində əsaslıdır. Həmçinin, göründüyü kimi, kredit müqaviləsi üzrə borcun ödənilməsi gecikdirilmiş, bununla da, iddiaçının dəymiş zərərin əvəzini, gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini cavabdehlərdən tələb etmək hüququ yaranmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz kreditorun əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının borcun ödənilməsinin gecikdirilməsinə görə illik beş faizlə hesablanmış borcun tutulması tələbi də əsaslıdır. Məhkəmə iş üzrə tam və obyektiv nəticəyə gəlinməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Ekspert rəyinə əsasən "xxxx" ASC ilə X8 arasında bağlanmış 905/M nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi və həmin kredit müqaviləsinə edilmiş xx.xx.2022-ci il tarixli Əlavəyə əsasən cavabdehlərin İddiaçı ASC-yə əsas borc üzrə - 47.953,90 manat, faiz borcu üzrə - 4.209,29 manat, gecikdirilmiş faiz borcu üzrə (5%-lə hesablanmış) - 4.735,45 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyində göstərilmiş əsas borc üzrə 47953.90 manat, gecikdirilmiş vaxt üçün müəyyən edilən 4.735,45 manat faiz borcuna münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə görə qətnamə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə çıxarılmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsas borc və gecikdirilmiş vaxt üçün faiz borcu hissəsində iddia ərizəsində göstərilən həddə, yəni 47934.18 manat əsas, gecikdirilmiş faiz borcu üzrə 4.706,87 manat məbləğində təmin edilməlidir. Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə, kreditorların vərəsələrə qarşı iddialarında sübutetmə yükü vərəsələrin üzərinə düşür. Cavabdehlər “Mercedes Benz B 180” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən başqa miras əmlakın olmadığını bildirsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mirası qəbul etmiş vərəsə miras qoyanın kreditorlarının mənafelərini tam ödəməyə borcludur. Məhkəmə cavabdehlərin iddia müddətinin tətbiq edilməsi barədə ərizələrinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Göründüyü kimi, "xxxx" ASC ilə X8 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi xx.xx.2022-ci il tarixinə qədər bağlanmış, daha sonra xx.xx.2022-ci il tarixdə tərəflər arasında həmin müqaviləyə Əlavə bağlanmış və Əlavəyə əsasən müqavilənin müddəti xx.xx.2022-ci il tarixinə qədər uzadılmışdır. Bundan başqa, iş materiallarına əsasən müəyyən olunur ki, sözügedən kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə ödəniş həyata keçirilmişdir. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir və fasilədən sonra iddia müddəti yenidən başlanır. Belə olan halda, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddətinin üç il olmasını nəzərə alsaq, iddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizə ilə məhkəməyə müraciət etməklə iddia müddətini ötürməmişdir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, eləcə də kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (X4 qanun üzrə vərəsələri) müştərək qaydada 47934,18 manat əsas, 4209,29 manat faiz, gecikdirilmiş vaxt üçün 4706.87 manat faiz borcu olmaqla, cəmi 56850,34 manat məbləğində pul tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 280.15 manat məbləğində dövlət rüsumunun 260.55 manat məbləği və 150 manat məbləğində məhkəmə-mühasibatlıq ekspertizası xərci cavabdehlərə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (X3 qanun üzrə vərəsələri) müştərək qaydada 47934,18 (qırx yeddi min doqquz yüz otuz dörd manat on səkkiz qəpik) manat əsas, 4209,29 (dörd min iki yüz doqquz manat iyirmi doqquz qəpik) manat faiz, gecikdirilmiş vaxt üçün 4706,87 (dörd min yeddi yüz altı manat səksən yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 56850,34 (əlli altı min səkkiz yüz əlli manat otuz dörd qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 260.55 (iki yüz altmış manat əlli beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı 150 (əlli) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO********************44, S.W.İ.F.T. BİK: CTREAZ22, MEM VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar