Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1752/2025 06.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh Buyukdurmuş Sercana qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh Buyukdurmuş Sercana qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Buyukdurmuş Sercandan xx.xx.2023-cü il tarixli MFNPU-09981 saylı kredit müqaviləsi üzrə 26311,80 (iyirmi altı min üç yüz on bir manat səksən qəpik) manat əsas borc, 1348,86 (bir min üç yüz qırx səkkiz manat səksən altı qəpik) manat faiz borcu olmaqla, cəmi 27660,66 (iyirmi yeddi min altı yüz altmış manat altmış altı qəpik) manat pul vəsaitinin və 173 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Mərkəz filial ilə cavabdeh – Cavabdeh Alpaslan oğlu arasında bağlanmış 2 0 Dekabr 2023-cü il tarixli, MFNPU-09981 saylı kredit müqaviləsinə əsasən illik15 % (on beş) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 30000 (otuz min) manat məbləğində cavabdehə kredit verilmişdir. 20 Dekabr 2023-cü il tarixli, MFNPU-09981 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh Alpaslan oğlu kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 20 Dekabr 2023-cü il tarixli, MFNPU-09981 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 20-dan gec olmayaraq hər ay 1454,6 (bir min dörd yüzəlli dörd manat 60 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh Alpaslan oğlunun 20 Dekabr 2023-cü il tarixli, MFNPU-09981 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 26311,8 (iyirmialtı min üç yüz on bir manat 80 qəpik) manat, faiz borcuna görə 1348,86 (bir min üç yüz qırx səkkiz manat 86 qəpik) manat, cəmi 27660,66 (iyirmi yeddi min altı yüz altmış manat 66 qəpik) manat təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə AZEMİS elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Buyukdurmuş Sercana qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə ona məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Buyukdurmuş Sercanın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı ASC ilə cavabdeh Buyukdurmuş Sercan arasında bağlanmış xx.xx.2023-cü il tarixli MFNPU-09981 saylı kredit müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC tərəfindən müştərinin adına olan kartına 5 faiz dərəcəsi ilə 24 ay müddətinə 30.000 (otuz min) manat məbləğində kredit vəsaiti mədaxil etmiş, müştəri isə həmin kredit hesabından təyinatına uyğun istifadə etməklə yaranmış borcu müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Buyukdurmuş Sercanın xx.xx.2025-ci il tarixə 26311,80 manat əsas borc, 1348,86 manat faiz borcu olmaqla, cəmi 27660,66 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin Buyukdurmuş Sercana ünvanladığı xx.xx.2025-ci il tarixli xəbərdalıq məktubunun surətindən görünür ki, xx.xx.2023-cü il tarixli MFNPU-09981 saylı kredit müqaviləsinə əsasən 26311,8 manat əsas borc, 1348,86 manat faiz borcu olmaqla, cəmi 27660,66 manat məbləğində tam borc borcun ödənilməsi, əks təqdirdə, iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Buyukdurmuş Sercan İddiaçı ASC-dən aldığı kredit vəsaitini müvafiq müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh Buyukdurmuş Sercan İddiaçı ASC-dən aldığı kredit müqaviləsi ilə götürülmüş krediti və faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etmir və bu baxımdan İddiaçı ASC-nin iddia tələbi əsaslıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Buyukdurmuş Sercandan xx.xx.2023-cü il tarixli MFNPU-09981 saylı kredit müqaviləsi üzrə 26311,80 (iyirmi altı min üç yüz on bir manat səksən qəpik) manat əsas borc, 1348,86 (bir min üç yüz qırx səkkiz manat səksən altı qəpik) manat faiz borcu olmaqla, cəmi 27660,66 (iyirmi yeddi min altı yüz altmış manat altmış altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edildiyindən İddiaçı ASC tərəfindən ödənilmiş 173 (yüz yetmiş üç manat) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Buyukdurmuş Sercandan xx.xx.2023-cü il tarixli MFNPU-09981 saylı kredit müqaviləsi üzrə 26311,80 (iyirmi altı min üç yüz on bir manat səksən qəpik) manat əsas borc, 1348,86 (bir min üç yüz qırx səkkiz manat səksən altı qəpik) manat faiz borcu olmaqla, cəmi 27660,66 (iyirmi yeddi min altı yüz altmış manat altmış altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 173 (bir yüz yetmiş üç) manat məbləğində pul cavabdeh Buyukdurmuş Sercandan tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-1752/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1752/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver