Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1759/2023 25.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması, mənzildən çıxarılma, mənzildən qeyri-qanuni istifadə edilən müddət üçün pul ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması, mənzildən çıxarılma, mənzildən qeyri-qanuni istifadə edilən müddət üçün pul ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 12 nömrəli evin 1 nömrəli mənzilinin boşaldılması, Cavabdeh və onunla birgə mənzildən istifadə edən digər şəxslərin mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi, həmin şəxslərin, mənzildən xx.xx.2022-ci il tarixdən mənzil boşaldığı tarixədək qeyri-qanuni istifadə etdikləri hər ay üçün 500 manat vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2007-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 12 nömrəli evin 1 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İddiaçı Cavabdeh atası Vaqif Zöhrabova xəstə olduğu müddətdə qulluq etmişdir. İddiaçı 2005-ci ildən Cavabdeh ilə faktiki ər-arvad münasibətinə olmuşdur, rəsmi nikah bağlamamışlar və birgə uşaqları yoxdur. İddiaçı bir qədər sonra münasibətləri kəsmək istəsə də, uzun müddət ərzində cavabdeh iddiaçıya müxtəlif hədə qorxular gələrək, münasibətlərin bitməsinə imkan verməmiş və münasibətləri davam etdirməyə məcbur etmişdir. 2020-ci ildə İddiaçı xərçəng xəstəliyi aşkar edilmişdir. Həmin vaxtda cavabdeh iddiaçı ilə əlaqəsini kəsmiş, müalicəsinə köməklik etməmişdir. İddiaçı külli miqdarda borc alaraq müalicə olunmaq üçün Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. Müalicə olunduqdan sonra Azərbaycana qayıtmış və Azərbaycana qayıtdığını eşidən cavabdeh yenə də münasibətlərini əvvəlki kimi bərpa etdirməyə çalışmışdır. Bu mümkün olmadıqda hədə-qorxulara əl atmışdır. İddiaçı tam mülkiyyət hüququ ilə özünə məxsus olan Novxanı qəsəbəsində yerləşən bağ evini 175.000 manata satmış və pulun yarısını, yəni 87.500 manatını Cavabdeh vermişdir ki, cavabdeh ondan əl çəksin. Qalan 87.500 manatı isə müalicəsi üçün borc aldığı şəxslərə olan borclarını qaytarmışdır. Aralarında olan razılaşmaya əsasən Cavabdeh ondan 87.500 manatı almış və İddiaçı qarşı heç bir iddiası və tələbi olmadığına dair xx.xx.2022-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizə vermişdir. Cavabdeh həmin vaxt əşyalarını götürmək üçün Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 12 nömrəli evin 1 nömrəli mənzilinin açarlarını İddiaçı almışdır. İddiaçı əşyalarını götürməsi üçün mənzilin açarlarını Cavabdeh vermişdir. Cavabdeh açarları aldıqdan sonra, əşyalarını götürmək əvəzinə mənzilin qıfılını dəyişdirmiş və İddiaçı öz mənzilini buraxmamışdır. İddiaçının tələbinə baxmayaraq cavabdeh mənzildən çıxmaqdan imtina edir. İddiaçı mənzilinin boşaldılması tələbi yerinə yetirilmədiyi üçün cavabdehdən Azərbaycan Respublikası DİN 102 qaynar xəttinə şikayət vermişdir. Bakı şəhəri Yasamal RPİ 28-ci X1 Anna Petrovnanın şikayəti əsasında araşdırma aparılmış və mülki xarakterli olduğu qeyd edilməklə, xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanılması rədd edilmiş, ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Hesab edir ki, cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının mənzilində yaşamaqla, mənzildən çıxmaqdan imtina etməklə, iddiaçının mülkiyyət hüquqlarını pozur. Həmçinin Cavabdeh iddiaçının mənzilinə tanımadığı digər şəxsləri də köçürməklə, iddiaçının öz mülkiyyətindən sərbəst istifadə etməsinə mane olur. Cavabdehin və digər tanımadığı şəxslərin xx.xx.2022-ci il tarixdən hazırkı vaxta kimi iddiaçının mənzilində qanunsuz yaşamaları nəticəsində iddiaçıya hər ay 500 manat həcmin maddi ziyan dəyir, iddiaçı məcbur olaraq başqa şəxslərə məxsus mənzildə qalır. Hesab edir ki, mənzil boşaldılana kimi cavabdeh iddiaçıya hər ay 500 manat pul ödəməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə rəsmi qaydada məlumat verilmişdir. Lakin cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası DƏDRX-nin verdiyi xx.xx.2007-ci il tarixli MH ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 12 nömrəli evin 1 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Cavabdeh Bakı şəhəri 23 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə 8İ-9561 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizə ilə səlahiyyətli orqanlara müraciət edərək bildirmişdir ki, onun İddiaçı qarşı heç bir iddiası və tələbi yoxdur. Bakı şəhəri Yasamal RPİ 28-ci X1 Anna Petrovnanın şikayəti əsasında araşdırma aparılmış və mülki xarakterli olduğu qeyd edilməklə, xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanılması rədd edilmiş, ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Təhqiqat zamanı aparılmış araşdırma zamanı Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 12 nömrəli evin 1 nömrəli mənzilinə İddiaçı ilə qeyri-rəsmi münasibətdə olduğu üçün daxil olmuşdur. Cavabdeh İddiaçı qarşı heç bir iddiası və tələbi olmayacağına dair xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə vermişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı tam mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 12 nömrəli evin 1 nömrəli mənzilinin üzərində hər hansı bir hüququ yoxdur, o, iddiaçının ailə üzvü deyildir, onlar arasında rəsmi nikah yoxdur, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququnun yaranmasına dair iddiaçı ilə notarial qaydasında təsdiq edilmiş müqavilə yoxdur, kirayə, icarə və sair müqavilələr də bağlanmamışdır. Cavabdehin iddiaçıya məxsus mənzildə yaşaması qanunsuzdur və iddiaçının həmin mənzil üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirməsinə maneə olur. İddiaçı mülkiyyətçi kimi cavabdehin qanunsuz sahibliyindən öz əmlakını (mənzilini) geri tələb etməkdə və mülkiyyətindən istifadə etməkdən məhrum olunduğu müddət ərzində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələb etməkdə haqlıdır. İddiaçı mənzilin boşaldıldığı tarixə kimi hər ay 500 manat ödənilməsini tələb etsə də, məhkəmə bu məbləği yüksək hesab edir və hər ay üçün 300 manat ödənilməsini ağlabatan və yetərli olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən мülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X2rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir”. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh və onunla birgə mənzildən istifadə edən digər şəxslər İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 12 nömrəli evin 1 nömrəli mənzilindən çıxarılmalı, mənzil boşaldılaraq mülkiyyətçisi İddiaçı təhvil verilməlidir. Cavabdeh Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 12 nömrəli evin 1 nömrəli mənzilindən qeyri-qanuni istifadə etdiyinə görə xx.xx.2022-ci il tarixdən başlayaraq mənzil boşaldılacağı tarixədək olan müddət üçün hər ay üçün 300 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh və onunla birgə mənzildən istifadə edən digər şəxslər İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 12 nömrəli evin 1 nömrəli mənzilindən çıxarılsınlar, mənzil boşaldılaraq mülkiyyətçisi İddiaçı təhvil verilsin. Cavabdeh Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 12 nömrəli evin 1 nömrəli mənzilindən qeyri-qanuni istifadə etdiyinə görə xx.xx.2022-ci il tarixdən başlayaraq mənzil boşaldılacağı tarixədək olan müddət üçün hər ay üçün 300 (üç yüz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-1759/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1759/2023
25.04.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver