Məhkəmə qərarları › İş №e-2(004)-1761/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1761/2022

18.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1761/2022 18.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.08.2020-cu il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, 03.02.2022-ci il tarixinə yaranmış 429 manat əsas, 64,3 manat cərimə, cəmi 493,3 manat, 20.12.2020-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən,141,6 manat əsas, 21,2 cərimə, cəmi 162,8 manat, 02.02.2021-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, 321 manat əsas, 48,1 manat cərimə, cəmi 369,1 manat, 21.08.2020-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, 67 manat əsas, 10 manat cərimə,cəmi 77 manat, 12.06.2020-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, 256,5 manat əsas, 38,4 manat cərimə, cəmi 294,9 manat, 11.05.2020-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, 281,9 manat əsas, 42,2 manat cərimə, cəmi 324,1 manat, 09.11.2020-ci i tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, 106 manat əsas,15,9 manat,cərimə, cəmi 121,9 manat,ümumilikdə 1843,1 manat borcun və 38,43 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, 21.08.2020-cu il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən,sonuncu aldığı “Samsung”markalı paltaryuyana görə 18 ay ödəniş cədvəli üzrə 54 manat olmaqla cəmi 969 manat, 20.12.2020-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqısatqı müqaviləsinə əsasən,sonuncu aldığı “Samsung” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə 36 manat olmaqla 430 manat, 02.02.2021-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən,sonuncu aldığı “Samsung T505” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə 47 manat olmaqla cəmi 556 manat, 21.08.2020-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən,sonuncu aldığı hər iki “Tefal” markalı ütüyə görə 18 ay ödəniş cədvəli üzrə 11 manat olmaqla cəmi 199 manat, 12.06.2020-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqısatqı müqaviləsinə əsasən,sonuncu aldığı “Gree” markalı kondisionerə görə 18 ay ödəniş cədvəli üzrə 45 manat olmaqla cəmi 799 manat, 11.05.2020-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən,sonuncu aldığı “Samsung” markalı paltaryuyana görə 18 ay ödəniş cədvəli üzrə 59 manat olmaqla cəmi 1049 manat, 09.11.2020-ci i tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən,sonuncu aldığı “Samsung A217” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə 36 manat olmaqla cəmi 43 manat,ümumilikdə hər yeddi müqavilə üzrə 4432 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə 21.08.2020-ci il tarixli müqavilə üzrə 23.11.2021-ci il tarixində 54 manat, 20.12.2020ci il tarixli müqavilə üzrə 08.09.2021-ci il tarixində 36 manat, 02.02.2021-ci il tarixli müqavilə üzrə 23.11.2021-ci il tarixində 47 manat, 21.08.2020-ci il tarixli müqavilə üzrə 24.08.2021-ci il tarixində 11 manat,12.06.2020-ci il tarixli müqavilələr üzrə 09.11.2021-ci il tarixində 47 manat,11.05.2020-ci il tarixli müqavilə üzrə 09.11.2020-ci il tarixində 36 manat ödəniş etmiş və yeddi müqavilə üzrə qalıq qalmış 1603 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir.Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu yeddi müqavilə üzrə 2401 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə hesablanmış cərimə məbləğinin miqdarı hər altı müqavilə üzrə 2401 manat təşkil etdiyi humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 240,1 manat İddiaçı MMC-yə ödənilməlidir. Bununla da cavabdeh 03.02.2022-ci il tarixədək İddiaçı MMC-yə olan borcu 21.08.2020-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, 429 manat əsas, 64,3 manat cərimə,cəmi 493,3 manat, 20.12.2020-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, 141,6 manat əsas, 21,2 manat cərimə,cəmi 162,8 manat, 02.02.2021-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqısatqı müqaviləsinə əsasən, 321 manat əsas, 48,1 manat cərimə,cəmi 369,1 manat, 21.08.2020-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, 67 manat əsas,10 manat cərimə,cəmi 77 manat, 12.06.2020-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, 256,5 manat əsas, 38,4 manat cərimə, cəmi 294,9 manat, 11.05.2020-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, 281,9 manat əsas, 42,2 manat cərimə, cəmi 324,1 manat, 09.11.2020-ci i tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, 106 manat əsas, 15,9 manat cərimə, cəmi 121,9 manat, yeddi müqavilə üzrə 1843,1 manat təşkil etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21.08.2020-cu il tarixli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən “Samsung”markalı paltaryuyana görə 18 ay ödəniş cədvəli üzrə 54 manat olmaqla cəmi 969 manat, 20.12.2020-ci il tarixli müqavilə əsasında aldığı “Samsung” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə 36 manat olmaqla cəmi 430 manat, 02.02.2021-ci il tarixli müqavilə əsasında aldığı “Samsung T505” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə 47 manat olmaqla cəmi 556 manat, 21.08.2020-ci il tarixli müqavilə əsasında aldığı hər iki “Tefal” markalı ütüyə görə 18 ay ödəniş cədvəli üzrə 11 manat olmaqla cəmi 199 manat, 12.06.2020-ci il tarixli müqavilə əsasında sonuncu aldığı “Gree” markalı kondisionerə görə 18 ay ödəniş cədvəli üzrə 45 manat olmaqla cəmi 799 manat, 11.05.2020-ci il tarixli müqavilə əsasında aldığı “Samsung” markalı paltaryuyana görə 18 ay ödəniş cədvəli üzrə 59 manat olmaqla cəmi 1049 manat, 09.11.2020-ci i tarixli müqavilə əsasında aldığı “Samsung A217” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə 36 manat olmaqla cəmi 430 manat,ümumilikdə hər yeddi müqavilə üzrə 1843,10 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə 21.08.2020-ci il tarixli müqavilə üzrə 23.11.2021-ci il tarixində 54 manat, 20.12.2020-ci il tarixli müqavilə üzrə 08.09.2021-ci il tarixində 36 manat, 02.02.2021-ci il tarixli müqavilə üzrə 23.11.2021-ci il tarixində 47 manat, 21.08.2020-ci il tarixli müqavilə üzrə 24.08.2021-ci il tarixində 11 manat,12.06.2020-ci il tarixli müqavilələr üzrə 09.11.2021-ci il tarixində 47 manat,11.05.2020-ci il tarixli müqavilə üzrə 09.11.2020-ci il tarixində 36 manat ödəniş etmiş və yeddi müqavilə üzrə qalıq qalmış 1603 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 231 (iki yüz otuz bir) manat təşkil edir. İş materiallarında olan «İrşad-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, 21.08.2020-ci il tarixli, 20.12.2020-ci il tarixli, 02.02.2021-ci il tarixli, 21.08.2020-ci il tarixli, 12.06.2020-ci il tarixli, 11.05.2020-ci il tarixli, 09.11.2020-ci il tarixli müqavilələr üzrə yaranmış borcu qısa zaman ərzində ödəməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarında olan 14.02.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 38,43 (otuz səkkiz manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, «İrşad-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21.08.2020-cu il tarixli ********* saylı müddətli (Nisyə) alqısatqı müqaviləsinə əsasən, 03.02.2022-ci il tarixinə yaranmış 429 manat əsas, 64,3 manat cərimə, cəmi 493,3 manat, 20.12.2020-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən,141,6 manat əsas, 21,2 cərimə, cəmi 162,8 manat, 02.02.2021-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, 321 manat əsas, 48,1 manat cərimə, cəmi 369,1 manat, 21.08.2020-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, 67 manat əsas, 10 manat cərimə, cəmi 77 manat, 12.06.2020-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, 256,5 manat əsas, 38,4 manat cərimə, cəmi 294,9 manat, 11.05.2020-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, 281,9 manat əsas, 42,2 manat cərimə, cəmi 324,1 manat, 09.11.2020-ci i tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, 106 manat əsas, 15,9 manat cərimə olmaqla, cəmi 121,9 manat, ümumilikdə 7 müqavilə üzrə 1843,10 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən hesablanmış 21.08.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 64,3 cərimə borcu cavabdehin hazırda həmin müqavilə üzrə ödənilməmiş əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 40 manat məbləğinədək , 20.12.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 21,2 cərimə borcu cavabdehin hazırda həmin müqavilə üzrə ödənilməmiş əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 14 manat məbləğinədək , 02.02.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 48,1 cərimə borcu cavabdehin hazırda həmin müqavilə üzrə ödənilməmiş əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 30 manat məbləğinədək, 21.08.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 10 cərimə borcu cavabdehin hazırda həmin müqavilə üzrə ödənilməmiş əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 6 manat məbləğinədək, 12.06.2020ci il tarixli ********* saylı müqavilə üzrə 38.4 cərimə borcu cavabdehin hazırda həmin müqavilə üzrə ödənilməmiş əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 25 manat məbləğinədək, 11.05.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 42.2 cərimə borcu cavabdehin hazırda həmin müqavilə üzrə ödənilməmiş əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 28 manat məbləğinədək, 09.11.2020-ci i tarixli ********* saylı müqavilə üzrə 15.9 cərimə borcu cavabdehin hazırda həmin müqavilə üzrə ödənilməmiş əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 10 manat məbləğinədək məbləğinədək azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 21.08.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 429 manat əsas, 40 manat cərimə, 20.12.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 141,6 manat əsas, 14 cərimə, 02.02.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 321 manat əsas, 30 manat cərimə, 21.08.2020-ci il tarixli ********* saylı müqavilə üzrə, 67 manat əsas, 6 manat cərimə, 12.06.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 256,5 manat əsas, 25 manat cərimə, 11.05.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 281,9 manat əsas, 28 manat cərimə, 09.11.2020-ci i tarixli ********* saylı müqavilə üzrə 106 manat əsas, 10 manat cərimə olmaqla, cəmi 1756 manat (min yeddi yüz əlli altı manat) məbləğində borc və 38,43 (otuz səkkiz manat qırx üç qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar