Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1787/2025 12.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə dair iş üzrə (açar sözlər: baxılmamış saxlama, ərizənin geri götürülməsi barədə ərizə) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə, iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 632,56 manat əsas, 81,60 manat hesablanmış və ödənilməmiş faiz borcu, 60,15 manat cərimə borcu, 4,32 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc olmaqla, cəmi 778,63 manat borc məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının хeyrinə tutulması barədə qəbul edilməsini xahiş etmişdir.
2. İş icraata qəbul edilmiş, iş üzə iddia icraatına keçilməklə, məhkəmə hazırlıq iclasları keçirilmiş, məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təxir edilmişdir.
3. xx.xx.2025-ci il tarixdə ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə; Maddə 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; Maddə 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər.
Məhkəmənin mövqeyi
5. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır.
6. Belə ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehin də işə baxılması yönündə iradə ifadəsi mövcud deyil.
7. Göstərilənlərə əsasən və MPM-nin 259, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. **********08 nömrə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ödənilmiş 30 manat məbləğdə dövlət rüsumu “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
HAKİM Aytəkin Əsədzadə