Məhkəmə qərarları › İş №e-2(004)-1803/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1803/2023

07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1803/2023 07.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, İddiaçı BOKT "xxxx" QSC-nin cavabdeh X2 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" QSC cavabdeh X2 qarşı “borcun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə xx.xx.2023-ci il tarixdə məhkəməyə müraciət edərək, BOKT "xxxx" QSC ilə X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 126-EMB-0281-21 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə yaranmış 200,76 manat əsas borc, ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 231,16 manat pul tutularaq iddiaçı BOKT "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT "xxxx" QSC xx.xx.2023-cü il tarixli 1885/23 nömrəli ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəmənin elektron poçtu vasitəsilə müraciət edərək, borclu X1 iddiaçı BOKT "xxxx" QSC-nin qarşısında borc öhdəliyini tam olaraq icra etdiyini bildirmiş, iddia ərizəsinin və ona əlavə edilmiş sənədləri geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin geri qaytarılmasına dair ərizəsini və işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı BOKT "xxxx" QSC-nin cavabdeh X2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar