Məhkəmə qərarları › İş №e-2(004)-182/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-182/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-182/2025 28.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və kredit borcunun ipoekaya qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər:kredit müqaviləsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və kredit borcunun ipoekaya qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və kredit borcunun ipoekaya qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə X9 arasında bağlanmış 22 iyul 2016-cı il tarixl1i 42824-CNS-16093/1saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 6579 (altı min beş yüz yetmiş doqquz) ABŞ dolları məbləğində əsas borc, 2663.95 (iki min altı yüz altmış ABŞ dolları üç 95 sent) ABŞ dolları məbləğində faiz borcu, 491.80 (dörd yüz doxsan bir ABŞ dolları 80 sent) manat məbləğində cərimə borcu, ümumilikdə isə 9734.75 (duqquz min yeddi yüz otuz dörd ABŞ dolları 75 sent) ABŞ dolları məbləğində pulun, dövlət rüsumunun 139.65 (yüz otuz doqquz manat, 65 qəpik) manat məbləğində xərcin əvəzinin, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 36 (otuz altı) manat xidmət haqqının müştərək qaydada qanun üzrə vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması; ipoteka predmetinin ilkin satış qiymətini 160000 (yüz altmış min) manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 74.8 kv.m ümumi, 48.3 kv.m yaşayış, 26.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı mənzilə yönəldilməsi, daşınmaz əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, "Bank VTB (Azarbaycan)" ASC ilə X9 arasında bağlanmış 22 iyul 2016-cl il tarixli 142824- CNS-16093/1 saylı kredit müqavilasi üzrə xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 3983,78 АВŞ dоllаrı məbləğində əsas borc, 2663,95 АВŞ dolları məbləğində faiz borcu, 192,24 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə isə 6839,97 ABŞ dolları məbləğində рulun (qətnamənin icra olunduğu günə оlаn manat məzənnəsi ilə), 139,65 manat məbləğində məhkəmə üçün ödənilmiş dövlət rüsumunun, ipoteka рrеdmеtinə tutma yönəldilməsi haqqında bildirişin qeyda alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 36 manat xidmət haqqının müştərək qaydada vərəsələr Cavabdeh1, Cavabdeh3 və Hacıyev Rəhmап Сəlil oğlundan "Bank VTB (Аzərbаусап)" ASC-nin хеуrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətini 160000 manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında уеrləşən 74.8 kv.m. ümumi, 48.3 kv.m. yaşayış, 26.5 kv.m. yardımçı sаhədən ibarət 3 otaqlı mənzilə yönəldilməsi, daşınmaz əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin "Bank VTB (Аzərbаусаn)" АSС-yə ödənilməsi, mənzilə tutma yönəldildikdən və mənzil satıldıqdan sonra ipoteka qoyan və onunla birlikdə уаşауаn аilə üzvləri Hacıyeva Мətаnət İsmət qızı, Cavabdeh3, Cavabdeh2 Сəlil oğlu və Hacıyev Samir Yаşаr oğlu yaşayış sahəsini ən geci bir ау ərziпdə tərk еtmədikdə və yaşayış sahəsindən çıxmadıqda, оnların mənzildən məcburi qaydada və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə X9 (bundan sonra mətndə C.Y.Hacıyev) arasında bağlanmış 23 fevral 2015-ci il tarixli 142824-CNS-16093 saylı“Girovlu istehlak krediti müqaviləsi”nə əsasən C.Y.Hacıyevə illik 25 (iyirmi beş) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 51.000 (əlli bir min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh C.Y.Hacıyev mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 74.8 kv.m ümumi, 48.3 kv.m yaşayış, 26.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı mənzili 23 fevral 2015-ci il tarixli 142824-NEDVİJ- 3535 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Daha sonra, Bank ilə C.Y.Hacıyev arasında bağlanmış “142824-CNS-16093 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə» 22 iyul 2016-cı il tarixli 1 saylı Razılaşmaya əsasən C.Y.Hacıyevin xx.xx.2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 35779 (otuz beş min yeddi yüz yetmiş doqquz) ABŞ dolları məbləğində borcu illik 25 (iyirmi beş) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq, tərəflər arasında “23 fevral 2015-ci il tarixli 142824 CNS 16093 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə” 22 iyul 2016-cı il tarixli 1 saylı Razılaşma bağlanmışdır. Daha sonra, Bank ilə C.Y.Hacıyev arasında bağlanmış “142824- CNS-16093 saylıkredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə» 15 noyabr 2016-cı il tarixli 2 saylı Razılaşmaya əsasənC.Y.Hacıyevin xx.xx.2016-cı il tarixə mövcud olan borcu 35779 (otuz beş min yeddi yüz yetmiş doqquz) ABŞ dolları məbləğində borcu illik 20 (iyirmi) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq, tərəflər arasında “23 fevral 2015-ci il tarixli 142824 CNS 16093 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə” 15 noyabr 2016-cı il tarixli 2 saylı Razılaşma bağlanmışdır. Kredit alan C.Y.Hacıyev 10 oktyabr 2017-ci il tarixdə ürəyin hipertenziv xəstəliyi səbəbindən vəfat etmişdir. Mərhum C.Y.Hacıyevin 22 iyul 2016-cı il tarixli 142824-CNS-16093/1 saylı kredit müqaviləsi üzrə Banka 6579 (altı min beş yüz yetmiş doqquz) ABŞ dolları məbləğində əsas borc, 2663.95 (iki min altı yüz altmış ABŞ dolları üç 95 sent) ABŞ dolları məbləğində faiz borcu, 491.80 (dörd yüz doxsan bir ABŞ dolları 80 sent) manat məbləğində cərimə borcu, ümumilikdə isə9734.75 (duqquz min yeddi yüz otuz dörd ABŞ dolları 75 sent) ABŞ dolları məbləğində borcu qalmışdır. “Qanun üzrə vərəsəlik hüququ haqqında” 12 iyul 2024-cü il tarixli şəhadətnaməyə əsasən xx.xx.2017-ci il tarixdə ölmüş C.Y.Hacıyevin vərəsələri – Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müəyyən olunmuşdur, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 21, mənzil 1 və onların hər biri miras əmlakdan 1/3 irs pay almışdılar.

İİ.Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

5. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

6. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.

İİİ Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ilə X9 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 142824-CNS-16093 nömrəli girovlu istehlak krediti müqaviləsinə əsasən bank X4 60 ay müddətinə 51000 USD məbləğində kredit verməyi, X9 isə verilmiş krediti qəbul edib müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə banka illik 25% ödəməyi öhdəsinə götürür.

9. xx.xx.2016-cı il tarixli 01 nömrəli Əlavə ilə xx.xx.2015-ci il tarixli, 142824-CNS- 16093 nömrəli kredit müqaviləsinə əlavə və dəyişikliklər edilmiş və müqavilənin tərkib hissəsinə çevrilmişdir.

10. xx.xx.2016-cı il tarixli 02 nömrəli Əlavə ilə xx.xx.2015-ci il tarixli, 142824-CNS- 16093 nömrəli kredit müqaviləsinə əlavə və dəyişikliklər edilmiş və müqavilənin tərkib hissəsinə çevrilmişdir.

11. İddiaçı ilə X9 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 142824-NEDVİJ- 3535 nömrəli daşınmaz əmlak ipoteka müqaviləsinə əsasən X2 Bank qarşısında olan pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə ünvan 1 ünvanında yerləşən 74,8 m2 ümumi, 48,3 m2 yaşayış, 26,5 m2 yardımçı sahədən ibarət 3 otaqlı mənzilin Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi və ipoteka ilə təmin olunmuş öhdəliklər X9 tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə bu müqaviə ilə müəyyən edilən digər hallarda bankın X4 qarşı olan pul tələblərinin üstün qaydada ipoteka predmeti hesabına ödənilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrini müəyyən edilmişdir.

12. "xxxx" ASC-nin kredit vəsaitlərinin verilməsi üçün verilmiş xx.xx.2015-ci il tarixli tapşırığıa əsasən müəyyən olunur ki, X9 ilə xx.xx.2015-ci il tarixdə bağlanmış 142824- CNS-16093 saylı kredit müqaviləsinə əsasən və "xxxx" ASC-nin “Girovlu istehlak krediti” bank məhsuluna dair kredit sazişləri ilə iş üzrə təlimatına əsaslanaraq, 51000 USD həcmində kredit vəsaitinin AZ69VTBA**********2824USD001 saylı cari hesaba köçürülməsi və kreditin verilməsi ilə bağlı müvafiq əməliyyatların həyata keçirilməsi zəruridir.

13. 12.07.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, X2 vərəsələri Cavabdeh2, Cavabdeh3, Cavabdeh1dır və onların hər biri miras əmlakdan 1/3 pay alırlar. Miras əmlak ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 74,8 m2-dən ibarət olan mənzildən ibarətdir.

14. 3 saylı Bakı “Asan Xidmət” X7 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İ seriyalı, 904742 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X9 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir.

15. AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışının surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil X3 mülkiyyətindədir və "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

16. 17.07.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehlərə mövcud kredit borcu 3 iş günü ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

17. 17.07.2024-cü il tarixli müraciətin qəbulu və dövlət rüsumunu ödənilməsi barədə təsdiqetmə bildirişinə əsasən müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinə 15 manat məbləğində rüsum ödənilmişdir.

18. Müraciətin qəbulu və dövlət rüsumunu ödənilməsi barədə təsdiqetmə bildirişinə əsasən müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinə 36 manat məbləğində rüsum ödənilmişdir.

19. Cavabdeh1, Cavabdeh2, X10, X5 tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli ərizəyə əsasən müəyyən olunur ki, X4 məxsus olan ünvan 4 ünvanında yerləşən 1 saylı mənzilin "xxxx" ASC-yə ipotekaya qoyulmasına etiraz etmirlər. Borclar ödənilmədiyi təqdirdə tutmanın məhkəməyə müraciət etmədən həmin mənzilə yönəldilməsinə razıdırlar və bu halda bankın tələbinə əsasən mənzili könüllü boşaltmağı öhdələrin götürürlər.

20. “X8 Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli, YDQM № 004-090/2024 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, ünvan 5 ünvanında yerləşən mənzilin hazırki dövrə bazar dəyəri 190000 manat, likvid dəyəri 175000 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri olan 250 manat məbləğində xidmət haqqı iş üzrə iddiaçı "xxxx" ASC tərəfindən “X8 Mərkəzi” MMC-nin hesabına ödənilmişdir.

21. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, X9 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 142824-CNS-16093/1 nömrəli girovlu istehlak krediti müqaviləsi üzrə 3983,78 USD əsas, 2663,95 USD faiz, 192,24 USD cərimə olmaqla, cəmi 6839,97 USD borcu vardır.

22. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

23. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

26. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

28. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

29. Həmin Məcəllənin 448.1 maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2 maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

30. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

31. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

32. Həmin Məcəllənin 740.8-ci maddəsinə əsasasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir.

33. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.

34. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.

35. Həmin Məcəllənin 746.3-cü maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə istehlak krediti müqaviləsinə bu Məcəllənin borc müqaviləsi və kredit müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

36. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

37. “İpoteka haqqında” AR Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

38. Həmin Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

39. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli, 01 saylı qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir.

40. Həmin Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda və ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.

41. Həmin Qanunun 59.4-cü maddəsinin tələbinə görə həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında çıxarılırlar.

42. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

43. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

44. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

45. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

46. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

47. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

48. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

49. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

50. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.

51. Beləliklə, borc alan X9 müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1).

52. İddiaçı və X9 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 142824-CNS-16093 nömrəli girovlu istehlak krediti müqaviləsinə əsasən bank X4 60 ay müddətinə 51000 USD məbləğində kredit verməyi, X9 isə verilmiş krediti qəbul edib müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə banka illik 25% ödəməyi öhdəsinə götürmüşdür. Lakin kredit müqaviləsi üzrə borclu X9 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir və X2 qanun üzrə vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dır. Ona görə də hazırda iddiaçı həmin müqavilə üzrə borcu X2 vərəsələri olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tələb etməkdə haqlıdır.

53. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərdən yaranmış kredit borcu məbləği tutulmalı, eyni zamanda tələb kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi göstərilmiş ipoteka predmetinə yönəldilməli, qanunvericiliyin tələblərinə uyğun olaraq əmlakın açıq hərracda satışı həyata keçirilməli, ipoteka predmetinin ilkin satış qiyməti “X8 Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli, YDQM № 004-090/2024 nömrəli mütəxəssis rəyinə uyğun müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 3983,78 ABŞ dolları əsas, 2663,95 ABŞ dolları faiz borcu, 192,24 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6839,97 (altı min səkkiz yüz otuz doqquz dollar doxsan yeddi sent) (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində borc və ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınmasına dair ümumilikdə ödənilmiş 51 manat vəsait tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, tələb ipoteka predmeti olan məxsus ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməli, həmin ipoteka predmeti ilkin satış qiyməti 175000 manat müəyyən edilməklə açıq hərracdan satılsın və əldə edilmiş vəsait cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 banka olan kredit borcunun ödənilməsinə yönəldilməli, satışdan artıq qalan vəsait cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qaytarılmalı, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, ipoteka predmeti olan mənzil açıq hərracda satıldıqdan sonra bir ay müddətində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən tərk edilmədiyi halda onlar tərəfindən mənzil boşaldılmalı və mənzildən çıxarılmalıdırlar.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

55. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 139,65 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir.

56. Həmçinin iddia təmin edildiyindən keçirilmiş ekspertiza xərcinin əvəzi olan 250 manat məbləğində ekspertiza xərci iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.

V Nəticə:

57. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 3983,78 ABŞ dolları əsas, 2663,95 ABŞ dolları faiz borcu, 192,24 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6839,97 (altı min səkkiz yüz otuz doqquz dollar doxsan yeddi sent) (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində borc və ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınmasına dair ümumilikdə ödənilmiş 51 manat vəsait və ödənilmiş 139,65 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan məxsus ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilsin. Həmin ipoteka predmeti ilkin satış qiyməti 175000 manat müəyyən edilməklə açıq hərracdan satılsın və əldə edilmiş vəsait cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 banka olan kredit borcunun ödənilməsinə yönəldilsin. Satışdan artıq qalan vəsait cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qaytarılsın. Satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İpoteka predmeti olan mənzil açıq hərracda satıldıqdan sonra bir ay müddətində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən tərk edilmədiyi halda onlar tərəfindən mənzil boşaldılsın və mənzildən çıxarılsınlar. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı ümumilikdə 250 (iki yüz əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar