Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1825/2023 05.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi X5 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul tələbi və sazişlərin ləğv edilməsi”nə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" QSC cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul tələbi və sazişlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi iddiaçının iradəsini sərbəst ifadə etməklə məhkəməyə ərizə ünvanlayaraq mübahisənin olmaması səbəbindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı "xxxx" QSC-nin cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul tələbi və sazişlərin ləğv edilməsi”nə dair iddia tələbi üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 36,57 (otuz altı manat əlli yeddi qəpik) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən "xxxx" QSC-yə qaytarılsın. Qərardad Tərəflərə təqdim edildikdən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilərlər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-1825/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1825/2023
05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver