Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1837/2021 16.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli BBLK1486948A103 nömrəli kredit kartına dair müqavilə üzrə yaranmış 2.800 manat əsas borc, 636,56 manat faiz olmaqla, cəmi 3.436,56 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli kredit kartına dair müqavilə üzrə “xxxx” ASC borcalan Cavabdeh illik 25 faiz olmaqla 36 ay müddətinə 2.800 manat kredit vermişdir. Borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini lazımınca icra etməkdən imtina edir. Cavabdeh banka xx.xx.2021-ci il tarixə 2.800 manat əsas, 636,56 manat faiz, cəmi 3.436,56 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcunu ödəməkdən boyun qaçırır. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmişdir, lakin iddiaçının nümayəndəsi məhkəməyə gəlməmişdir. İddiaçı ASC xx.xx.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, xx.xx.2019cu il tarixli kredit kartına dair müqaviləyə əsasən 2.800 manat kredit götürmüşdür. Covid-19 pandemiyası ilə əlaqədər maddi imkanı olmamış və borcu ödəyə bilməmişdir. Hazırda 2.800 manat əsas borcu ödəməyə razıdır, hesablanmış 636,56 manat faiz borcu ilə razı deyildir. Odur ki, faizə aid hissədə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının nümayəndəsinin iddianı müdafiə etməsinə dair ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli BBLK1486948A103 nömrəli kredit kartına dair müqaviləyə əsasən İddiaçı ASC borcalan Cavabdeh 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 2.800 manat kredit vermişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit kartı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Əsas borcun və hesablanmış faizlərin məbləği, müqavilənin şərtlərinə uyğun olaraq düzgün müəyyən edilmişdir. İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixli 135000/60 nömrəli maliyyə arayışdan müəyən edilir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixə 2.800 manat əsas borc, 636.56 manat faiz olmaqla, cəmi 3.436,56 manat borcu yaranmışdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit kartına dair müqavilə üzrə yaranmış 2.800 manat əsas borc, 636,56 manat faiz və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.466,56 manat pul tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli BBLK1486948A103 nömrəli kredit kartına dair müqavilə üzrə yaranmış 2.800 manat əsas borc, 636,56 manat faiz və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.466,56 (üç min dörd yüz altmış altı manat əlli altı qəpik) manat pul tutularaq “xxxx” ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-1837/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1837/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver