Məhkəmə qərarları › İş №e-2(004)-1855/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1855/2023

16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1855/2023 16.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlu İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında nəzərdən keçirərək, Müəyyən etdi: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı sadələşdirilmiş qaydada kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1992,51 manat pul və ödənilmiş 39,92 manat dövlət rüsumu üzrə xərclərin “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh vəfat etməsi əsası ilə iş üzrə icraatı dayandırmağı və ya baxılmamış saxlanılmasını xahiş etmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Belə ki, iş üzrə Cavabdeh vəfat etdiyindən işə məhkəmə qaydasında baxılmalı deyildir. Qeyd olunan xüsusatlar, Cavabdeh elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən xx.xx.2019-cu il tarixdə vəfat etməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 266-cı maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 39,92 (otuz doqquz manat doxsan iki qəpik) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardad tərəflərə təqdim edildikdən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar