Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1862/2023 07.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı “kredit borcunun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı “kredit borcunun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Şirvan Şəhər Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(032)742/2021 saylı qətnaməsinə əsasən adında olan 6166,47 manat kredit borcunun kredit təşkilatının əməliyyat sistemindən və Mərkəzləşdirilmiş Kredit Reyestri sistemindən silinməsi öhdəliyinin Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatı həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(032)742/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatının ona qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi iddiaçı tərəfindən iddia müddəti ötürüldüyü üçün təmin edilməmişdir. O, cavabdeh təşkilata müraciət edərək iddia tələbi təmin edilmədiyi üçün kredit borcunun adından silinməsini xahiş etsə də, ona ünvanlanmış 06 yanvar 2023-cü il tarixli məktubda onun adından borcun silinməsinin mümkün olmaması və tərəfindən kredit borcunun ödənilməsinin tələb edildiyi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, MKR-dən çıxarış var. Çıxarışda kreditin olması görünür. Onlar öz cavab məktublarında da iddiaçının adına kreditin olmasını bildirmişlər. Qeyd etmək istəyir ki, bu iş onlara Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il tarixli fərmanı əsasında keçib. 2017-ci ildə iş Cavabdehə təhvil verilib. Burada iş yükü çox olduğuna görə, həmçinin Maliyyə Nazirliyi pul verərək kreditləri aldığına görə onlar krediti sistemdən silə bilməzlər. Çünki onlar kreditlərin yığılması ilə bağlı məsuliyyət götürmüşlər. Şirvan Şəhər Məhkəməsinin qətnaməsindən şikayətin verilib-verilməməsi ilə bağlı məlumatı yoxdur. Məhkəmə qətnaməsində kreditin silinməsi ilə bağlı göstəriş yoxdur, onların üzərinə elə bir öhdəlik qoyulmayıb. Ona görə də onlar krediti silə bilməzlər. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, sosial yardım almaq istəyir. Sistemdə onun adında kreditin olması göründüyü üçün sosial yardım ala bilmir. Kredit borcunun sistemdən silinməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 2(032)-2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh QSC BOKT cavabdeh İddiaçı qarşı 5594,57 manat əsas borc, 571,90 manat faiz borcu, cəmi 6166,47 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin iddia tələbinin məhz iddia müddəti tətbiq olunmaqla təmin olunmaması qət edilmişdir. İş materiallarında olan Cavabdeh QSC BOKT-un İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 13-7/3-12/28 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC-nin Şirvan filialı ilə İddiaçı arasında bağlanmış 24 iyun 2013-cü il tarixli 2567 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədilə ona 36 ay müddətinə illik 10 faizlə 8000 manat kredit verilmiş və həmin kredit vaxtında ödənilməmişdir. Cavabdeh QSC tərəfindən borcun ödənilməsi barədə dəfələrlə müraciət edilməsinə baxmayaraq həmin borcun ödənilməsi təmin olunmamışdır. Cavabdeh QSC ondan kredit borcunun tutulmasına dair iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət etmiş və sözügedən məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(032)- 742/2021 saylı qətnaməsi ilə 3 illik iddia müddətinin ötürülməsi səbəbindən Cavabdeh QSC-nin iddiası təmin edilməmişdir. Məhkəmə qətnaməsi ilə təmin olunmayan 5594,57 manat əsas borc, 571,90 manat faiz borcu, cəmi 6166,47 manat məbləğində kredit borcu ödənilmədiyi üçün Cavabdeh QSC-nin balansında hal-hazırda qalmaqdadır. Qeyd edilən borcun Cavabdeh QSC tərəfindən onun adından silinməsi ilə bağlı Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-742/2021 saylı qətnaməsində hər hansı bir göstəriş nəzərdə tutulmamışdır. Odur ki, Cavabdeh QSC-yə kredit borcunun olmaması barədə ona müvafiq arayışın verilməsi üçün ilk növbədə həmin borcun ödənilməsi tələb olunur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh QSC BOKT cavabdeh İddiaçı qarşı 5594,57 manat əsas borc, 571,90 manat faiz borcu, cəmi 6166,47 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş lakin iddiaçı tərəfindən 3 illik iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin təmin olunmaması qət edilmişdir. Hazırda İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı “kredit borcunun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Şirvan Şəhər Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(032)742/2021 saylı qətnaməsinə əsasən adında olan 6166,47 manat kredit borcunun kredit təşkilatının əməliyyat sistemindən və Mərkəzləşdirilmiş Kredit Reyestri sistemindən silinməsi öhdəliyinin Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatı həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən “iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Məlum olduğu kimi, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir”. Belə olduğu halda, məhkəmə hesab edir ki, Şirvan Şəhər Məhkəməsinin qətnaməsi ilə iddiaçı Cavabdeh QSC BOKT-un cavabdeh İddiaçı qarşı təmin olunmayan 5594,57 manat əsas borc, 571,90 manat faiz borcu, cəmi 6166,47 manat məbləğində kredit borcuna dair iddia tələbinin 3 illik iddia müddətinin ötürülməsi səbəbindən təmin olunmaması həmin öhdəliyin xitamına və ya kredit borcunun kredit təşkilatının əməliyyat sistemindən və Mərkəzləşdirilmiş Kredit Reyestri sistemindən silinməsinə əsas deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Plenum Qərarında da qeyd edildiyi kimi iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı “kredit borcunun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia ərizəsi təmin olunmasın. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-1862/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1862/2023
07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver