Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1866/2022 10.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və Cavabdeh1 oğunun iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cəmi 10.419,37 (on min dörd yüz on doqquz ABŞ dolları, 37 sent) ABŞ dolları borcun, bundan 5.197,00 (beş min bir yüz doxsan yeddi) ABŞ dolları əsas, 4.205,28 (dörd min iki yüz beş ABŞ dolları, 28 sent) ABŞ dolları faiz, 295,65 (iki yüz doxsan beş ABŞ dolları, 65 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 721,44 (yeddi yüz iyirmi bir ABŞ dolları, 44 sent) ABŞ dolları faiz borcunun və iş üzrə ödənilmiş 144 (bir yüz qırx dörd manat) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) ilə Cavabdeh1 (bundan sonra “Cavabdeh”) arasında bağlanmış 117 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, 36 ay müddətinə, illik 22% (iyirmi iki faiz) ödənilmək şərtilə 6.500 (altı min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir və həmin kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla kreditin qalıq məbləğinin ödəniş müddəti 1 saylı kredit müqaviləsinə əlavə ilə xx.xx.2019cu il tarixədək uzadılmışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəni məhkəmədənkənar qaydada həll etmək məqsədilə Bank tərəfindən Cavabdeh1 borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. xx.xx.2022-ci il tarixə Cavabdeh1 117 nömrəli, xx.xx.2015-ci il tarixli kredit üzrə cəmi borcu 10.419,37 (on min dörd yüz on doqquz ABŞ dolları, 37 sent) ABŞ dolları təşkil edir. Bundan 5.197,00 (beş min bir yüz doxsan yeddi) ABŞ dolları əsas, 4.205,28 (dörd min iki yüz beş ABŞ dolları, 28 sent) ABŞ dolları faiz, 295,65 (iki yüz doxsan beş ABŞ dolları, 65 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 721,44 (yeddi yüz iyirmi bir ABŞ dolları, 44 sent) ABŞ dolları faiz borcu təşkil edir. Bank tərəfindən cavabdehə borcun ödənilməsibarədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********13 saylı xx.xx.2022ci il tarixli bildiriş məktubununu göndərilməsinə baxmayaraq, cavabdeh Bankaheç bir cavab verməmişvə krdit borcununu banka qaytarılmasını təmin etməmişdir. Bank üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş qaydasını pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, eksperetiza rəyi ilə razı olduğunu bildirərək, əsas borc, faiz borcu və cərimənin yüksək hesablandığını və məhkəmənin bu halları nəzərə almasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehlər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli, 117 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin «Uğur» filialı tərəfindən Cavabdeh1 illik 22 faiz olmaqla, 36 ay müddətinə 6500 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli, 117 nömrəli kredit müqaviləsinə 14 iyul 2016-cı il tarixli 1 saylı Əlavədən görünür ki, xx.xx.2015-ci il tarixli, 117 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 verilmiş 6500 ABŞ dolları məbləğində kreditin qalıq məbləği 5277 ABŞ dolları borcun ödəniş müddəti müqavilədə göstərilmiş şərtlər qüvvədə olmaqla 11 aprel 2019-cu il tarixinədək uzadılmış və illik faiz dərəcəsi 22%-dən 16%-ə endirilmişdir. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 11 fevral 2015-ci il tarixli 117 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, zamin Cavabdeh3 11 fevral 2015-ci il tarixli 117 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu Cavabdeh1 ilə birlikdə məsuliyyət daşıyır. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 11 fevral 2015-ci il tarixli 117/1 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, zamin Cavabdeh2 11 fevral 2015-ci il tarixli 117 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu Cavabdeh1 ilə birlikdə məsuliyyət daşıyır. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 oğlu ilə Ləğv prosesində olan,İddiaçı ASC arasında bağlanmış 11 fevral 2015-ci il tarixli 117 nömrəli kredit müqaviləsinə əsasən 5.197 (beş min bir yüz doxsan yeddi) ABŞ dolları əsas borc, 4.205,28 (dörd min iki yüz beş ABŞ dolları, iyirmi səkkiz sent) ABŞ dolları faiz borcu, 295,65 (iki yüz doxsan beş dollar, altmış beş sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 721,44 (yeddi yüz iyirmi bir dollar, qırx dörd sent) ABŞ dolları faiz borcu, cəmi 10.419,37 (on min dörd yüz on doqquz dollar, otuz yeddi sent) ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə 1018,78 ABŞ dolları, yəni 1731,93 manat məbləğində kompensasiya edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 ünvanladığı xx.xx.2022-ci il bildirişdən müəyyən olunur ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış borc məbləğinin tam olaraq 3 (üç) iş günü müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə, bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehlər xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 sentyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuş 9/5438 saylı, 26 sentyabr 2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilir ki, xx.xx.2019-cu il tarixində 4.752,27 (dörd min yeddi yüz əlli iki dollar iyirmi yeddi senti) ABŞ dolları əsas, 2.299,76 (iki min iki doxsan doqquz dollar, yetmiş səkkiz sent) ABŞ dolları faiz borcu müəyyən edilir. Maliyyə arayışında qeyd edilən xx.xx.2022-ci il tarixində illik 5% hesablamaqla 4.752,27 (dörd min yeddi yüz əlli iki dollar iyirmi yeddi sent) ABŞ dolları əsas, 2.950,55 (iki min doqquz yüz əlli dollar, əlli beş sent) ABŞ dolları faiz borcu müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 144(yüz qırx dörd) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən ödəməli olduğu məbləğləri ödəmədiyi və kredit müqaviləsi qüvvədə olduğu müddətdə deyil, müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra iddia müddətini gözləyərək məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 721,44 ABŞ dolları məbləğində faiz məbləğinin cavabdehlərdən tutulmasını xahiş etsə də, hal-hazırda ləğv prosesində olduğu vəziyyətdə, onun kredit vermək (əldən çıxmış faydanı yenidən tədavülə buraxaraq gəlir əldə etmək) imkanı olmadığı halda, əldən çıxmış faydanın nədən ibarət olmasına dair sübutlar təqdim edə bilməmişdir. Bu səbəbdən iddia tələbi gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 721,44 (yeddi yüz iyirmi bir dollar, 44 sent) ABŞ dolları faiz məbləği hissəsində əsassızdır və rədd edilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 fevral 2015-ci il tarixli 117 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 22 ay müddətinə, illik 36 faizlə 6500(altı min beş yüz) USD məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixdə 1018,78 ABŞ dolları, yəni 1731,93 manat məbləğində kompensasiya edilmişdir. İş üzrə iddiaçı qeyd olunan məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş mühasibatlıq ekspertizasına əsasən verilmiş ekspert rəyində göstərilmiş 4.752,27 (dörd min yeddi yüz əlli iki dollar iyirmi yeddi sent) ABŞ dolları əsas, 2.299,76 (iki min iki doxsan doqquz dollar, yetmiş səkkiz sent) ABŞ dolları faiz məbləği Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə borcun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması ilə bağlı qeyd edir ki, zaminlik konkret müddət təyin edilməklə verilmişdir və buna görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Odur ki, iddia tələbi borcun digər cavabdehlər zaminlər Cavabdeh2 və Cavabdeh3 tutulması hissəsində təmin edilməməlidir. Eyni zamanda, iş üzrə aparılmış 100 (yüz) manat məbləğində ekspertiza xərcinin 50 manatı iddiaçı Ləğv prosesində olan “Zaminbank" ASC-dən, 50 (əlli) manatı Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 144 (yüz qırx dörd) manat dövlət rüsumunun 100 (yüz) manatı Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 4752,27 (dörd min yeddi yüz əlli iki dollar iyirmi yeddi sent) ABŞ dolları əsas borc, 2299,76 (iki min iki yüz doxsan doqquz dollar yetmiş altı sent) ABŞ dolları faiz borcu, 295,65 (iki yüz doxsan beş dollar altmış beş sent) ABŞ dolları cərimə olmaqla, cəmi 7347,68 (yeddi min üç yüz qırx yeddi dollar altmış səkkiz sent) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində borc tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nə ödənilsin. Ödənilmiş 144 (yüz qırx dörd) manat dövlət rüsumunun 100 (yüz) manatı Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nə ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat ekspertiza xərcinin 50 (əlli) manatı iddiaçı Ləğv prosesində olan “Zaminbank" ASC-dən, 50 (əlli) manatı Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-1866/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1866/2022
10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver