Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1868/2023 18.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 iyun 2005-ci il təvəllüdlü X4 və 22 dekabr 2006-cı il təvəllüdlü X1 üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5280/2017 nömrəli, 14 iyun 2017-ci il tarixli qətnaməsi ilə hər ay hər uşağa görə Cavabdeh tutulan 110 manat məbləğində alimentin miqdarının artırılaraq 220 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 12 oktyabr 2004-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş və buna dair nikahın bağlanması haqqında akt qeydləri kitabında 2868 saylı qeyd aparılaraq nikah haqqında şəhadətnamə verilmişdir. Birgə nikahdan 11 iyun 2005-ci il təvəllüdlü X4 və 22 dekabr 2006-cı il təvəllüdlü X5 adlı qızları vardır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli 2(004)- 5280/2017 saylı qətnaməsi ilə 11 iyun 2005-ci il təvəllüdlü X4 və 22 dekabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanması üçün Cavabdeh hər ay qazancının (digər gəlirlərinin) üçdə bir hissəsi həcmində və sabit pul məbləğində hər ay hər uşağa 110 (bir yüz on) manat-cəmi 220 (iki yüz iyirmi) manat məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 05 aprel 2018-ci il tarixli 2(004)- 3261/2018 saylı qətnaməsilə Cavabdeh ilə İddiaçı arasında 12 oktyabr 2004-cü il tarixdə Bakı şəhəri Səadət sarayında 2868 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 11 iyun 2005-ci il təvəllüdlü X4 və 22 dekabr 2006-cı il təvəllüdlü X2 İddiaçı yanında qalması qət edilmişdir. Alimentə dair məhkəmə qərarının çıxarılmasından 6 il keçmişdir. Həmin müddət ərzində qızlarımın maddi ehtiyacları artmış, normal təhsil alması və dünyagörüşünün formalaşması üçün zəruri xərclər yaranmışdır. Eyni zamanda ərzaq və qeyri-ərzaq mallarının qiymətləri dəfələrlə artmışdır. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, cavabdeh xx.xx.2016-cı il tarixdən hal-hazıradək “Azərbaycan Kağız və X6” MMC-də operator vəzifəsi daşıyır, istehsalatda baş vermiş bədbəxt hadisə səbəbindən əmək qabiliyyətimi itirmiş və hazırda öz hesabına məzuniyətdədir. Yəni faktiki olaraq heç bir gəliri yoxdur və eyni zamanda əmək fəaliyyəti də məhdudlaşmışdır. İddiaçı iddia tələbində uşaqların xərclərin artığını və yaşayış minimumunu rəhbər tutmuşdur. Məhkəmə qətnaməsi ilə ondan tutulan aliment məbləğini aylar üzrə əmək haqqından tutulmaqla hər zaman qətnamədə müəyyən edilmiş məbləğdən artıq şəkildə ödəmişdir. Lakin hazırda qeyd etdiyi kimi əmək fəaliyyətinin olamaması alimentin nəinki artırılmış məbləğini qətnamə ilə müəyyən edilmiş məbləğinin də ödənilməsində çox ciddi çətinliklər yaratmışdır. Qanunvericiliyə görə uşağa valideynlərinin hər ikisi baxmalı, qayğı göstərməli, maddi tələbatlarını təmin etməlidir. Uşağın saxlanılması üçün maddi xərclərin hamısının yalnız bir tərəfin üzərinə qoyulması ədalətli deyil. Eyni zamanda, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müracət edərkən cavabdehin maddi durumumun yaxşıya doğru dəyişdiyini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmiş iddia ərizəsini sadəcə olaraq minumum yaşayış meyarına münasibətdə əsaslandırmışdır. İddiaçı özü də hazırda əmək fəaliyyəti ilə məşğuldur və "xxxx" MMC də çalışır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə dair etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh ilə xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 11 iyun 2005-ci il təvəllüdlü X4 və 22 dekabr 2006-cı il təvəllüdlü X5 dünyaya gəlmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5280/2017 nömrəli, 14 iyun 2017-ci il tarixli qətnaməsinə əsasən 11 iyun 2005-ci il təvəllüdlü X4 və 22 dekabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 16 may 2017-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (digər gəlirlərinin) üçdə bir hissəsi həcmində və sabit pul məbləğində hər ay hər uşağa 110 (bir yüz on) manat, cəmi 220 (iki yüz iyirmi) manat məbləğində alimentin tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-3261/2018 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 12 oktyabr 2004-cü il tarixdə Bakı şəhəri Səadət Sarayında 2868 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 11 iyun 2005-ci il təvəllüdlü X4 və 22 dekabr 2006-cı il təvəllüdlü X2 İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Kağız və X6 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2023- xx.xx.2023 cü il tarixlərində öz hesabına məzuniyyətdə olduğundan və təqdim olunan xx.xx.2023-xx.xx.2023-cü il tarixlərini əhatə edən, SN 00008/ ******* nömrəli X7 Vərəqəsi üzrə müavinət ilə bağlı müəssisə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinə göndərilmiş sorğuya cavab verilmədiyindən cari ilin yanvar ayı əmək haqqısında heç bir ödəmə almamışdır. İş materiallarında olan İddiaçı barəsində “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatdan görünür ki, İddiaçı hazırda "xxxx" MMC-də işləyir. İş materiallarında olan AZEMİS vasitəsilə əldə edilmiş Cavabdeh gəlir məlumatları barədə çıxarışdan görünür ki, Cavabdeh “Azərbaycan Kağız və X6” MMC-də operator vəzifəsini tutur və əmək haqqısı 751,41 manat təşkil edir. Həmçinin, istehsalat zədəsi almasına görə 220 manat pensiya alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin (bundan sonra – AM) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2023-cü il üçün yaşayış minumumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə, insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də, yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği isə hazırda uşaqların saxlanmaları üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin artırılması barədə qətnamənin qəbul edilməsindən 6 ilə yaxın müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, uşaqlar böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Həmçinin nəzərə alınmalıdır ki, "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2023-cü il üçün yaşayış minumumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Bununla belə, yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, X3 və X1 üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, cavabdehdən uşaqların saxlanılması üçün iddiaçının xeyrinə tutulacaq alimentin miqdarı hər ay hər uşaq üçün 180 manat məbləğində müəyyən edilməlidir. İddia qalan hissədə isə rədd edilməlidir. Çünki, uşaqların saxlanması hər iki valideynin borcudur, iddiaçı əmək qabiliyyətli olmaqla, uşaqların maddi təminatının ödənilməsində cavabdehlə bərabər iştirak etməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Beləliklə məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək, Cavabdeh hər ay hər uşağa görə 110 manat məbləğində alimentin tutulması haqqında Yasamal Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 6 ilə yaxın müddət keçdiyini, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin 2023-cü il üçün uşaqlar üçün yaşayış minimumunun 220 manat təşkil etdiyini və cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Yasamal rayon Məhkəməsinin 13xx.xx.2017-ci il tarixli, 2(004)-5280/2017 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh saxlanılması yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 360 manat manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-5280/2017 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X3 və 22 dekabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. xx.xx.2005-ci il təvəllüdlü X3 və 22 dekabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə 180 (bir yüz səksən) manat, ümumilikdə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-1868/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1868/2023
18.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver