Məhkəmə qərarları › İş №e-2(004)-1870/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1870/2024

01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1870/2024 01.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh "xxxx" ASCnin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********55 saylı nağd kredit müqaviləsi üzrə 2538,74 manat əsas borcu, 38,29 manat faiz, tam kart kredit müqaviləsi üzrə 137,66 manat əsas borcu, 5.53 manat faiz borcu olmaqla, ümumilikdə 2720.22 manat, həmçinin ödənilmiş 47.21 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2020-ci il tarixli, BPM**********55 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 41 ay müddətinə illik 21 faiz ödəmək şərtilə 2900 manat məbləğində nağd kredit verilmişdir. Həmçinin, "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********55 saylı Kredit müqaviləsinə əsasən X3 36 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 300 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. AZ-İİ №329715 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 15 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 1154 saylı məktubuna əsasən X1 mirası qəbul etmiş vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. Miras əmlak, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixdə X3 verilmiş 30/206954 qeydəalma nömrəsi ilə 1378oz nömrəli kitabın 206954-cü səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev (ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69.4kv/m, yaşayış sahəsi 43.5 kv/m olan 2 otaqlı mənzildən və ƏMDK-nın yanında DƏDRXnın Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X3 verilmiş **********27 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 541/1383 ünvanında yerləşən ümumi sahəsi 0.1322 ha olan torpaq sahəsindən ibarətdir. Bankın Abşeron filialı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, X1 nağd kredit müqaviləsi üzrə Banka ödənilməmiş 2538.74 manat əsas borcu və 38.29 manat faiz borcu qalmışdır. Eyni zamanda, bankın Abşeron filialı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, X1 tamkart kredit müqaviləsi üzrə Banka ödənilməmiş 137,66 manat əsas borcu və 5,53 manat faiz borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-2826/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Belə ki, müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İş materiallarında olan "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********55 saylı Kredit müqaviləsinə əsasən X3 41 ay müddətinə illik 21 faiz ödəmək şərtilə 2900 manat məbləğində nağd kredit verilmişdir. Həmçinin, "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********55 saylı Kredit müqaviləsinə əsasən X3 36 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 300 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan AZ-İİ №329715 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi Cavabdehdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak, Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev (ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69.4kv/m, yaşayış sahəsi 43.5 kv/m olan 2 otaqlı mənzildən və Sumqayıt şəhəri, Novxanı bağ massivi, 541/1383 ünvanında yerləşən ümumi sahəsi 0.1322 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X1 xx.xx.2020-ci il tarixli, BPM**********55 saylı nağd kredit müqaviləsi üzrə Banka ödənilməmiş 2538,74 manat əsas borcu və 38,29 manat faiz borcu qalmışdır. Eyni zamanda, X1 xx.xx.2020-ci il tarixli tamkart kredit müqaviləsi üzrə Banka ödənilməmiş 137,66 manat əsas borcu və 5,53 manat faiz borcu qalmışdır. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 47,21 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Qanunvericiliyin tələbinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2020-ci il tarixli, BPM**********55 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 41 ay müddətinə illik 21 faiz ödəmək şərtilə 2900 manat məbləğində nağd kredit verilmişdir. Həmçinin, "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********55 saylı Kredit müqaviləsinə əsasən X3 36 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 300 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Cavabdeh atası X1 qanun üzrə vərəsəsi olaraq ondan miras qalmış əmlakı qəbul etməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev (ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69.4kv/m, yaşayış sahəsi 43.5 kv/m olan 2 otaqlı mənzildən və Sumqayıt şəhəri, Novxanı bağ massivi, 541/1383 ünvanında yerləşən ümumi sahəsi 0.1322 ha olan torpaq sahəsindən ibarətdir. Qanunvericiliyin tələbinə görə Cavabdeh X1 vərəsəsi olaraq onun kreditoru olan "xxxx" ASCyə olan borcunu alınmış aktivdə özünün payına mütənasib surətdə ödəməli olduğu halda, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. Nəticədə cavabdehin xx.xx.2020-ci il tarixli, BPM**********55 saylı nağd kredit müqaviləsi üzrə Banka ödənilməmiş 2538,74 manat əsas borcu və 38,29 manat faiz borcu, eyni zamanda, xx.xx.2020-ci il tarixli tamkart kredit müqaviləsi üzrə Banka ödənilməmiş 137,66 manat əsas borcu və 5,53 manat faiz borcu qalmışdır. Qeyd edilməlidir ki, sübuta ehtiyacı olmayan haldır ki, miras əmlak olan mənzilin və torpaq sahəsinin dəyəri ümumi borcdan artıqdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas və faiz borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun və bank xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********55 saylı nağd kredit müqaviləsi üzrə 2538,74 (iki min beş yüz otuz səkkiz manat yetmiş dörd qəpik) manat əsas borc, 38,29 (otuz səkkiz manat iyirmi doqquz qəpik) manat faiz borcu, xx.xx.2020-ci il tarixli tam kart kredit müqaviləsi üzrə 137,66 (yüz otuz yeddi manat altmış altı qəpik) manat əsas borc, 5,53 (beş manat əlli üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2720,22 (iki min yeddi yüz iyirmi manat iyirmi iki qəpik) manat məbləğində pul, həmçinin ödənilmiş 47,21 (qırx yeddi manat iyirmi bir qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 284-5.3, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********55 saylı nağd kredit müqaviləsi üzrə 2538,74 (iki min beş yüz otuz səkkiz manat yetmiş dörd qəpik) manat əsas borc, 38,29 (otuz səkkiz manat iyirmi doqquz qəpik) manat faiz borcu; xx.xx.2020-ci il tarixli tam kart kredit müqaviləsi üzrə 137,66 (yüz otuz yeddi manat altmış altı qəpik) manat əsas borc, 5,53 (beş manat əlli üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2720,22 (iki min yeddi yüz iyirmi manat iyirmi iki qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 47.61 (qırx yeddi manat altmış bir qəpik) manat pul tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar