Məhkəmə qərarları › İş №e-2(004)-1873/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1873/2024

23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1873/2024 23.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********16 nömrəli kredit müqaviləsi üzrə 7007,17 manat əsas, 761,91 manat faiz borcu olmaqla, cəmi 7769,08 manat, xx.xx.2020-ci il tarixli, BPM**********57 nömrəli tam kart çərçivə müqaviləsi əsas borcu üzrə 1977,47 manat, 664,92 manat faiz borcu olmaqla, cəmi 2642,39 manat, EE000121732 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsi əsas borcu üzrə 844,56 manat, 237,15 manat faiz borcu olmaqla, cəmi 1081,71 manat tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 124,48 manat dövlət rüsumunun və 1,60 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Səbail filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********16 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla 9100 manat məbləğində kredit verilmişdir. Bank ilə cavabdeh arasında imzalanmış xx.xx.2020-ci il tarixli, BPM**********57 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 500 manat məbləğində kredit xətti açılmışdır. xx.xx.2021-ci il tarixində kredit xəttinin məbləği müştəri tərəfindən elektron qaydada artırılaraq 2000 AZN məbləğində müəyyən edilmişdir. Həmçinin bank ilə Cavabdeh arasında bağlanmış EE000121732 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh elektron təsdiq vasitəsilə (OTP kod) illik 19.9 faizlə 60 ay müddətinə 900 AZN məbləğində kredit verilmişdir. Borclu Cavabdeh kredit müqavilələri üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilələr ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır. Səbail filialı tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli, BPM**********16 nömrəli kredit müqaviləsi üzrə banka borcu 7007.17 manat əsas, 761.91 manat faiz borcu olmaqla, cəmi 7769.08 manat, xx.xx.2020-ci il tarixli, BPM**********57 nömrəli tam kart çərçivə müqaviləsi üzrə borcu 1977.47 manat əsas, 664.92 manat faiz borcu olmaqla, cəmi 2642.39 manat, EE000121732 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borcu 844.56 manat əsas, 237.15 manat faiz borcu olmaqla, cəmi 1081.71 manat təşkil edir. Beləliklə, Cavabdeh borcun vaxtında qaytarılması haqqında tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Eyni zamanda tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 124.48 AZN dövlət rüsumu və 1.60 AZN bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh sonuncu rəsmi qeydiyyatda olduğu yer üzrə xx.xx.2023-cü il tarixində 6-2-22/2-29410/2023, 6-2-22/2- 29408/2023 və 6-2-22/2-29409/2023 saylı xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ünvanlayaraq, baxış iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), cavabdeh məhkəmə iclasında iştirak etməmiş. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********16 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə, illik 22 faiz ödəmək şərti ilə 9100 manat məbləğində kredit verilmişdir. Bank ilə cavabdeh arasında imzalanmış xx.xx.2020-ci il tarixli, BPM**********57 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 500 manat məbləğində kredit xətti açılmışdır. xx.xx.2021-ci il tarixində kredit xəttinin məbləği müştəri tərəfindən elektron qaydada artırılaraq 2000 AZN məbləğində müəyyən edilmişdir. Həmçinin bank ilə Cavabdeh arasında bağlanmış EE000121732 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh elektron təsdiq vasitəsilə (OTP kod) illik 19.9 faizlə 60 ay müddətinə 900 AZN məbləğində kredit verilmişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyıraraq borcu yaranmışdır. İddiaçı, tərəfdən təqdim edilmiş xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli maliyyə arayışlarına əsasən borclunun xx.xx.2021-ci il tarixli, BPM**********16 nömrəli kredit müqaviləsi üzrə 7007,17 manat əsas, 761,91 manat faiz borcu olmaqla, cəmi 7769,08 manat, xx.xx.2020-ci il tarixli, BPM**********57 nömrəli tam kart çərçivə müqaviləsi üzrə borcu 1977,47 manat əsas, 664,92 manat faiz borcu olmaqla, cəmi 2642,39 manat, EE000121732 nömrəli xx.xx.2022ci il tarixli kredit müqaviləsi üzrə borcu 844,56 manat əsas, 237,15 manat faiz borcu olmaqla, cəmi 1081,71 manat borcunun olması müəyyən edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməmişdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, BPM**********16 nömrəli kredit müqaviləsi üzrə 7007,17 (yeddi min yeddi manat 17 qəpik) manat əsas, 761,91 (yeddi yüz altmış bir manat 91 qəpik) manat faiz borcu olmaqla, cəmi 7769,08 (yeddi min yeddi yüz altmış doqquz manat 08 qəpik) manat; xx.xx.2020-ci il tarixli, BPM**********57 nömrəli tam kart çərçivə müqaviləsi üzrə borcu 1977,47 (bir min doqquz yüz yetmiş yeddi manat 47 qəpik) manat əsas, 664,92 (altı yüz altmış dörd manat 92 qəpik) manat faiz borcu olmaqla, cəmi 2642,39 (iki min altı yüz qırx iki manat 39 qəpik) manat; EE000121732 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borcu 844,56 (səkkiz yüz qırx dörd manat 56 qəpik) manat əsas, 237,15 (iki yüz otuz yeddi manat 15 qəpik) manat faiz borcu olmaqla, cəmi 1081,71 (bir min səksən bir manat 71 qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iş üzrə ödənilmiş 124,48 (yüz iyirmi dörd manat 48 qəpik) manat məbləğində dövlət rüsumu və 1,60 (bir manat 60 qəpik) xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, BPM**********16 nömrəli kredit müqaviləsi üzrə 7007,17 (yeddi min yeddi manat 17 qəpik) manat əsas, 761,91 (yeddi yüz altmış bir manat 91 qəpik) manat faiz borcu olmaqla, cəmi 7769,08 (yeddi min yeddi yüz altmış doqquz manat 08 qəpik) manat; xx.xx.2020-ci il tarixli, BPM**********57 nömrəli tam kart çərçivə müqaviləsi üzrə borcu 1977,47 (bir min doqquz yüz yetmiş yeddi manat 47 qəpik) manat əsas, 664,92 (altı yüz altmış dörd manat 92 qəpik) manat faiz borcu olmaqla, cəmi 2642,39 (iki min altı yüz qırx iki manat 39 qəpik) manat; EE000121732 nömrəli xx.xx.2022ci il tarixli kredit müqaviləsi üzrə borcu 844,56 (səkkiz yüz qırx dörd manat 56 qəpik) manat əsas, 237,15 (iki yüz otuz yeddi manat 15 qəpik) manat faiz borcu olmaqla, cəmi 1081,71 (bir min səksən bir manat 71 qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İş üzrə ödənilmiş 124,48 (yüz iyirmi dörd manat 48 qəpik) manat məbləğində dövlət rüsumu və 1,60 (bir manat 60 qəpik) xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" ASCyə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar