Məhkəmə qərarları › İş №e-2(004)-1880/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1880/2022

10.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1880/2022 10.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi nümayəndəsi X2, Cavabdeh və onun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin (Ləğv prosesindədir) Cavabdeh qarşı kredit borcunun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC (Ləğv prosesindədir) Cavabdeh qarşı kredit borcunun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, - Cavabdeh 450,60 (dörd yüz əlli ABŞ dolları 60 sent) ABŞ dolları əsas borc,171,80 (bir yüz yetmiş bir ABŞ dolları 80 sent) ABŞ dolları faiz, 3,49 (üç ABŞ dolları 49 sent) cərimə borc, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 56,10 (əlli altı ABŞ dolları 10 sent) ABŞ dolları, məbəğində faiz (5%) borcu, cəmi 681,99 (altı yüz səksən bir ABŞ dolları 99 sent) ABŞ dollar borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi, ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan 2006-cı il buraxılışlı, sedan tipli, “Lexus GS 300” minik markalı, qırmızı metallik, **-DA-*** dövlət nömrə nişanlı avtomobilə tutmanın yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışından əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC-nin “Uğur” filialı arasında xx.xx.2015-ci il tarixli, 284 saylı kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 3.400 (üç min dörd yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh ilə xx.xx.2015-ci il tarixli, 284 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona məxsus “Lexus GS 300” markalı, gümüşü metalik, buraxılış ili 2006-cı il olan, **-DA-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 2.1-ci maddəsinə əsasən borcalan bankdan aldığı kredit üzrə tam və vaxtında hesablanmış faizləri və əsas borc məbləğini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqavilənin 3.1.7-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. İpoteka müqaviləsinin 5.2-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına əsas verir. Lakin borclu müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərə lazımınca əməl etməmiş, götürdüyü krediti və ona hesablanmış faizləri vaxtında qaytarmamışdır. Dəfələrlə bank tərəfindən yazılı və şifahi xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə borclunun xx.xx.2022-ci il tarixinə 450,60 (dörd yüz əlli ABŞ dolları 60 sent) ABŞ dolları əsas borc,171,80 (bir yüz yetmiş bir ABŞ dolları 80 sent) ABŞ dolları faiz, 03,49 (üç ABŞ dolları 49 sent) cərimə borc, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 56,10 (əlli altı ABŞ dolları 10 sent) ABŞ dolları, məbəğində faiz (5%) borcu, cəmi 681,99 (altı yüz səksən bir ABŞ dolları 99 sent) ABŞ dolları borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında göstərmişdir ki, iddia tələbini rəydə qeyd olunan məbləğlə razılaşır. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında xx.xx.2015-ci il tarixli, 284 saylı kredit müqaviləsi bağlanmışdır. Eyni zamanda kreditin təminatı kimi mənimlə eyni tarixdə 284 saylı ipoteka müqaviləsi bağlanaraq ona məxus “Lexus GS 300” markalı, qırmızı metallik, buraxılış ili 2006-cı il olan, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Lakin bu müqavilə bağlanan zaman onunla eyni gündə ikinci bir müqavilənin bağlandığından xəbərsiz olmuşdur, yəni bankla aralarında olan razılaşmanın bir müqavilə əsasında həyata keçirildiyini düşünmüşdür. Qeyd etmək istəyir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ipoteka predmeti olan ona məxus “Lexus GS 300” markalı avtomobil onun istifadəsində deyil, həmin maşın artıq etibarnamə əsasında başqa şəxsə satılmışdır. Həmin şəxslə aralarında İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənişlərin onun tərəfindən həyata keçirilməsi barədə razılıq əldə olunsa da, həmin şəxs öhdəliyini yerinə yetirməkdən boyun qaçırmışdır. Hal-hazırda həmin avtomobil onun istifadəsində deyil və düşünür ki, borcu o avtomobilə istifadə hüququnu həyata keçirən şəxs ödəməlidir. Ekspertiza rəyində göstərilən borc məbləği ilə razıdır və həmin borcun “Lexus GS 300” markalı avtomobilə yönləndirilməsinə heç bir etirazı yoxdur. Bank tərəfindən hesablanan faiz məbləği isə həddindən artıq şişirdilmişdir və əsas borc məbləğinə mütənasib deyildir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 cavabdeh ilə oxşar məzmunlu izahat vermişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli, 284 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin «Uğur» filialı tərəfindən Cavabdeh illik 22 faiz olmaqla, 24 ay müddətinə 3400 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli, 284 nömrəli kredit müqaviləsinə 17 mart 2016-cı il tarixli 1 saylı Əlavədən görünür ki, xx.xx.2015-ci il tarixli, 284 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh verilmiş 3400 ABŞ dolları məbləğində kreditin qalıq məbləği 3395,62 ABŞ dolları borcun ödəniş müddəti müqavilədə göstərilmiş şərtlər qüvvədə olmaqla 17 iyun 2019-cu il tarixinədək uzadılmış və illik faiz dərəcəsi 22%dən 16%-ə endirilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Uğur” filialı ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2015-ci il tarixli, 284 nömrəli ipoteka müqaviləsindən görünür ki, verilmiş kreditin təminatı olaraq Cavabdeh məxsus 2006-cı il buraxılışlı, sedan tipli, “Lexus GS 300” minik markalı, qırmızı metallik rəngli, JTHCH96S860019048 ban nömrəli, **-DA-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı Açıq Səhmdar Cəmiyyətində ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 5.2-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına əsas verir. İş materiallarına əlavə olunmuş 17 iyun 2015-ci il tarixli, 284 nömrəli ipoteka müqaviləsinə 17 mart 2016-cı il tarixli 1 saylı Əlavədən görünür ki, xx.xx.2015-ci il tarixli, 284 nömrəli ipoteka müqaviləsinin müddəti 17 iyun 2019-cu il tarixinədək uzadılmış və illik faiz dərəcəsi 22%-dən 16%-ə endirilmişdir. İş materiallarına əlavə edilmiş 19 yanvar 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 17 iyun 2015-ci il tarixli, 284 nömrəli kredit müqaviləsinə əsasən 07 yanvar 2022-ci il tarixə kredit öhdəliyi üzrə 450,60 ABŞ dolları əsas borc, 171.80 ABŞ dolları faiz borcu, 03.49 ABŞ dolları cərimə olmaqla, cəmi 681.99 ABŞ dolları borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3356 nömrəli ekspert rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 284 nömrəli kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2019-cu il tarixə 87.55 ABŞ dolları, faiz borcu 9.34 ABŞ dolları təşkil edir. İş materiallarından aydın olur ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün AsanPay vasitəsilə 32 manat məbləğində dövlət rüsumu ödəmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Uğur” filialından aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə xx.xx.2015-ci il tarixli, 284 nömrəli kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq cavabdehin bank qarşısında əsas öhdəliklərinin yerinə yetirilməməsinə görə mülki-hüquqi məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunıı ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinin tələbinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqaviləilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Məhkəmə xx.xx.2015-ci il tarixli, 284 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib keçirilmiş ekspertizanın rəyi ilə razılaşır və onu mötəbər sübut kimi qəbul edir və hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, 87.55 (səksən yeddi dollar əlli beş sent) ABŞ dolları məbləğində əsas borc və 9.34 (doqquz dollar otuz dörd sent) ABŞ dolları məbləğində faiz borcu, 3,49 (üç dollar qırx doqquz sent) cərimə olmaqla, cəmi 100,38 (yüz dollar otuz səkkiz sent) ABŞ dolları məbləğində borc Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Cavabdeh 03,49 (üç dollar qırx doqquz sent) cərimə tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə eyni zamanda iddianın tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələblərinin bu hissəsi də əsaslıdır. Bu səbəbdən iddianın həmin hissəsi də təmin edilməlidir. Azərbaycan Rеspublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra elmədikdə yönəldilə bilər. Göstərilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, tələb girov ilə yüklü edilmiş avtomobilə yönəldilməli, Ələkbərov Elnur Qurban oğlunun kredit borcu həmin nəqliyyat vasitəsinin hesabına ödənilməlidir. İddia tələbi - müqavilənin müddəti bitdikdən sonrakı dövr üçün hesablanmış 325,50 manat faiz tutulması hissəsində əsassız olduğundan rədd edilməlidir.Çünki, borclunun pul məbləğinin ödənilməsini gecikdirməklə, ondan fayda götürməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən ödəməli olduğu məbləğləri ödəmədiyi və kredit müqaviləsi qüvvədə olduğu müddətdə deyil, müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra iddia müddətini gözləyərək məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla hesablanan 56,10 (əlli altı ABŞ dolları 10 sent) ABŞ dolları məbləğində faiz məbləğinin cavabdehlərdən tutulmasını xahiş etsə də, hal-hazırda ləğv prosesində olduğu vəziyyətdə, onun kredit vermək (əldən çıxmış faydanı yenidən tədavülə buraxaraq gəlir əldə etmək) imkanı olmadığı halda, əldən çıxmış faydanın nədən ibarət olmasına dair sübutlar təqdim edə bilməmişdir. Bu səbəbdən iddia tələbi gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 56,10 (əlli altı ABŞ dolları 10 sent) ABŞ dolları məbləğində faiz məbləği hissəsində əsassızdır və rədd edilməlidir. Eyni zamanda, iş üzrə aparılmış 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 32 (otuz iki) manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 87,55 (səksən yeddi dollar əlli beş) ABŞ dolları əsas borc, 09,34 (doqquz dollar otuz dörd sent) ABŞ dolları faiz, 3,49 (üç dollar qırx doqquz sent) cərimə olmaqla, cəmi 100,38 (yüz dollar otuz səkkiz sent) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində borc və ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilsin. Cavabdehdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi Ləğv prosesində olan İddiaçı ASC qarşısında girov ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan 2006-cı il buraxılışlı, sedan tipli, “Lexus GS 300” minik markalı, qırmızı metallik rəngli, JTHCH96S860019048 ban nömrəli, **-DA-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilsin. Avtomobil açıq hərrac yolu ilə realizə edilsin. Avtomobilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ekspertiza xərcinə görə 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar