Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1880/2024 01.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, 4244/2023 saylı kredit müqaviləsi üzrə ümumilikdə 3994,22 (üç min doqquz yüz doxsan dörd 22 qəpik) manat, əsas borcu – 2739,28 (iki min yeddi yüz otuz doqqquz manat 28 qəpik) manat, faiz borcu- 630,94 (altı yüz otuz manat 94 qəpik) manat, dəbbə pulu - 624 (altı yüz iyirmi dörd) manat məbləğində borcun və 60 (altmış) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən rəsmi qaydada qeydiyyatda olduğu ünvan üzrə və eləcə də, qeydiyyatda olduğu ünvan üzrə mənzil kommunal təsərrüfatı birliyi vasitəsi ilə bildiriş göndərilmişdir. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində 4244/2023 saylı kredit müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli, 4244/2023 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh illik 36 (otuz altı) faiz hesablanmaq şərti ilə, 18 (on səkkiz) ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 4244/2023 saylı kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilmir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli arayışına əsasən, xx.xx.2023-cü il tarixli, 4244/2023 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borcu - 2739,28 (iki min yeddi yüz otuz doqqquz manat 28 qəpik) manat, faiz borcu – 630,94 (altı yüz otuz manat 94 qəpik) manat, dəbbə borcu 624 (altı yüz iyirmi dörd) manat, ümumilikdə 3994,22 (üç min doqquz yüz doxsan dörd 22 qəpik) manat təşkil edir. Borcluya dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəlikərini icra etməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, 624 (altı yüz iyirmi dörd) manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni 270 (iki yüz yetmiş) manat məbləğində müəyyən edilməlidir. Beləliklə Azərbaycan Respublikasının MM-nin 385.1, 386, 442, 445.1, 462.1 və 739.2-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2739,28 (iki min yeddi yüz otuz doqqquz manat 28 qəpik) manat əsas borc, 630,94 (altı yüz otuz manat 94 qəpik) manat faiz borcu, 270 (iki yüz yetmiş) manat cərimə borcu olmaqla, cəmi 3640,22 (üç min altı yüz qırx manat 22 qəpik) manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumunun 54,68 (əlli dörd manat 68 qəpik) manatı Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, qalan 5,32 (beş manat 32 qəpik) manatı isə iddiaçı "xxxx" MMC-nin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2739,28 (iki min yeddi yüz otuz doqqquz manat 28 qəpik) manat əsas borc, 630,94 (altı yüz otuz manat 94 qəpik) manat faiz borcu, 270 (iki yüz yetmiş) manat cərimə borcu olmaqla, cəmi 3640,22 (üç min altı yüz qırx manat 22 qəpik) manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumunun 54,68 (əlli dörd manat 68 qəpik) manatı Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin, qalan 5,32 (beş manat 32 qəpik) manatı isə iddiaçı "xxxx" MMC-nin özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-1880/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1880/2024
01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver