Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1909/2024 22.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 10 oktyabr 2023-cü il saat 16:00radələrində iddiaçı özünə məxsus BMW 530 markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Sumqayıt yolunda Sumqayıt istiqamətinə hərəkətdə olan zaman **-BO- *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, iddiaçının idarə etdiyi avtombilindən arxada gələn HYUNDAİ Accent markalı **-XP-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, zərbənin təsirindən həmin avtomobil iddiaçının idarə etdiyi avtomobillə toqquşmu, iddiaçı da idarəetməni itirərək qarşıdakı Jeep markalı **-SB-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. **-BO-*** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobili idarə edən Cavabdeh2 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində xx.xx.2023-cü il tarixli inzibati tənbeh barədə qərar qəbul edilmişdir. Hadisədən bir qədər sonra sığorta şirkətinin əməkdaşları hadisə yerinə gəlmiş, avtomobilin fotoşəkillərini çəkmiş və iddiaçıya hadisə tənzimləməsi üzrə məlumat vərəqəsi verərək hadisə yerindən getmişlər. Daha sonra SMS xidməti vasitəsilə iddiaçıya avtomobilini Autocolor təmir müəssisəsinə təqdim etməli olduğum bildirilmiş, Autocolor təmir müəssisəsində təkrar avtomobilin fotoşəkilləri çəkilmiş və sığorta şirkətinin əməkdaş tərəfindən avtomobilə dəyən ziyanın 2930 (iki min doqquz yüz otuz) manat olduğu, lakin, 5000 manatlıq icbari sığortanın 3 avtomobil arasında nisbət götürülməklə bölündüyü bildirilmiş və iddiaçıya 1942,97 (bir min doqquz yüz qırx ikimanat doxsan yeddi qəpik) manat sığorta ödənişi edilmişdir. **-BO-*** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobilin sürücüsü cavabdehin yol hərəkəti qaydalarını kobud şəkildə pozması səbəbindən iddiaçıya məxsus olan avtomobilə ciddi ziyan dəymiş, həmin avtomobilin təmirinə 3900 (üç min doqquz yüz) manat xərc çəkilmişdir. Odur ki, vurulmuş zərərin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi xahiş edilir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərara əsasən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sürücü Cavabdeh2 təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinin tələblərinə əsasən cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, **-BO-*** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobilin mülkiyyətçisi Cavabdeh1 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən təqdim edilmiş arayışa əsasən müəyyən edilir ki, Cavabdeh2**-BO-*** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobili etibarnamə əsasında idarə etmişdir. Etibarnamənin qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədəkdir. İş materiallarına BMW 530 markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəzadan sonra çəkilmiş fotoşəkilləri əlavə edilmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı 1942,97 (bir min doqquz yüz qırx ikimanat doxsan yeddi qəpik) manat sığorta ödənişi edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən tərtib edilmiş avtomobilə dəymiş zərərin qiymətləndirilməsi haqqında hesabata əsasən müəyyən edilir ki, BMW 530 markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci 2930 manat təşkil edir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/3898 nömrəli xx.xx.2024-cü il tarixli tərkar ekspertiza rəyinə əsasən müəyyən olunur ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixində tərtib olunmuş qüsur aktına əsasən BMW 530 markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təmir-bərpa xərci 2700 (iki min yeddi yüz) manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Belə ki, MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. MM-in 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. MM-in 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MM-in 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə 40 (qırx) manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Delikt hüquq institutunun əsaslarını nəzərdən keçirdikdən sonra məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan dispozitiv şərtlərin hər üçü sürücü Cavabdeh2 münasibətdə yerinə yetirilir (inzibati məsuliyyyətə cəlb edilmə barədə qərarın preyudisiallığı əsas götürülməklə), mübahisə üzrə MM-in 1108-ci maddəsində göstərilən əsaslar müəyyən edilir. Lakin, avtomobilin mülkiyyətçisi Cavabdeh1 məsuliyyətinin hüquqi və faktiki əsası müəyyən edilmir. Məhkəmə qərar qəbul edərkən subroqasiya tələbləri üzrə mübahisələr (həm icbari (müvafiq Qanunun 25.1.3-cü maddəsi), həm kasko sığorta (Bakı Apellyasiya Məhkəməsinin sonuncu hüquqi mövqeyinə əsasən) növü üzrə) üzrə məhkəmə təcrübəsini əsas götürür. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099, 1108-ci maddələrinin əlaqəli şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında sərgilənin hüquqi mövqeyin hazırki mübahisəyə tətbiq edilməsini əsaslı və ədalətli hesab etmir. Yəni, həmin qərarın əsaslandırma və qəbul edilmə motivləri, situasiyası hazırki mübahisədən əsaslı şəkildə fərqlidir. Ədalət nöqteyi-nəzərdən də sürücünün vurduğu zərərə görə mülkiyyətçinin məsuliyyətə cəlb edilməsi əsaslı hesab edilmir. Nəzərə alınmalıdır ki, qəza zərcirvari formada baş vermişdir, həmçinin, sürücü avtomobili etibarnamə əsasında (qanuni əsaslarla) idarə etmişdir. Vurulmuş zərərlə bağlı məhkəmə müvafiq ekspertiza rəyini əsas götürür. Belə ki, ekspert rəyi ilə "xxxx" ASC tərəfindən tərtib edilmiş sığorta aktında vurulmuş zərərin məbləği ilə bağlı müəyyən fərq vardır. Lakin, məhkəmə hesab edir ki, xüsusi biliklərə malik şəxslər olan ekspertin müəyyən etdiyini rəy daha əsaslı və mötəbərdir. Yəni, iddiaçıya məxsus BMW 530 markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təmir-bərpa xərcinin 2700 (iki min yeddi yüz) manat təşkil etməsi xüsusatını məhkəmə qəbul edir (ağlabatanlıq prinsipinə əsasən avtomobilin fotoşəkilləri də nəzərə alınmaqla). Ödənilmiş sığorta ödənişi nəzərə alınmaqla, iddia tələbi yalnız 757,03 (yeddi yüz əlli yeddi manat üç qəpik) manat hissədə (2700-1942.97=757.03 manat) təmin edilə bilər. İddia ərizəsində tələb edilən məbləğin isə faktiki və hüquqi əsasları mövcud deyildir, bu barədə əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qərar qəbul edərkən formal əsaslarla deyil, mahiyyəti üzrə ədalətli qərar qəbul etməyi zəruri hesab edir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən, ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun 30 (otuz) manat hissəsi cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 757,03 (yeddi yüz əlli yeddi manat üç qəpik) manat pul və ödənilmiş 40 manat dövlət rüsumunun 30 (otuz) manat hissəsi tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə aparılmış ekspertiza üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh2 757,03 (yeddi yüz əlli yeddi manat üç qəpik) manat pul və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun 30 (otuz) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-1909/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1909/2024
22.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver