Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-192/2024 15.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclasının katibi İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK cəıb edilməklə, kredit borcunun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 246210.49 (iki yüz qırx altı min iki yüz on manat, 49 qəpik) manat, bundan 134553.48 (bir yüz otuz dörd min beş yüz əlli üç manat, 48 qəpik) manat əsas, 108722.68 (bir yüz səkkiz min yeddi yüz iyirmi iki manat, 68 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2934.33 (iki min doqquz yüz otuz dörd manat, 33 qəpik) manat və iş üzrə ödənilmiş 537 (beş yüz otuz yeddi) manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh sərəncamında olan Bakı şəhəri, Şərifzadə küçəsi 100 saylı binanın 11-cı mərtəbəsində yerləşən 150 kv.m ümumi sahədən ibarət olan 4 otaqlı, 50 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə CavabdehValeh oğluarasında bağlanmış xx.xx.2008-ci il tarixli, 017 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 (bir yüz səksən) ay müddətinə illik 12 (on iki) faiz dərəcəsi ilə 177000 (bir yüz yetmiş yeddi min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 74 saylı müqavilə əsasında Cavabdeh sərəncamında olan Bakı şəhəri, Şərifzadə küçəsi 100 saylı binanın 11-cı mərtəbəsində yerləşən 150 kv.m ümumi sahədən ibarət olan 4 otaqlı, 50 saylı mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Şərifzadə küçəsi 100 saylı binanın 11-cı mərtəbəsində yerləşən 150 kv.m ümumi sahədən ibarət olan 4 otaqlı, 50 saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixli, 017/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. CavabdehValeh oğlununxx.xx.2023-cü il tarixə cəmi borcu 246210.49 (iki yüz qırx altı min iki yüz on manat, 49 qəpik) manat təşkil edir. Bundan 134553.48 (bir yüz otuz dörd min beş yüz əlli üç manat, 48 qəpik) manat əsas, 108722.68 (bir yüz səkkiz min yeddi yüz iyirmi iki manat, 68 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2934.33 (iki min doqquz yüz otuz dörd manat, 33 qəpik) manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbinin dəlillərinə uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil AZEMİS vasitəsilə iddiaya qarşı etiraz ərizəsi daxil olmuşdur. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2008 ilində İddiaçı ASCdən (Bakı Şəhəri, Şərifzadə küçəsi 100 saylı binanın 16-cı mərtəbəsində yerləşən 150 kv.m ümümi sahədən ibarət olan 4 otaqlı, 50 saylı )mənzili almaq üçün 177 000.37 AZN pul götürmüşdür, Cavabdeh 2015-ci ilə qədər hər ay təyin olunmuş məbləği ödəmişdir, lakin 2015-ci ildən sonra, krediti ödəyə bilmədiyinə görə aldığı evi banka geri qaytarmış və könüllü olaraq həmin evdən çıxmışdır. Bankla razılığa əsasən İddiaçı həmin evi başqa bir şəxsə satıb cavabdehin öhdəlik götürdüyü krediti tam bağlamaq üçün öhdəlik götürmüşdür. Ev satılmış, lakin borcun ödənmədiyi bildirilmişdir. Cavabdeh xəbəri olmadan qanunazidd şəkildə cavabdehə heç bir xerbardarlıq olmadan, bildiriş göndərilmədən satılmışdır. Cavabdeh sözügedən mənzildən imtina edərək həmin mənzilin satılacağını və kredit borcunun silinəcəyini düşünmüşdür. Lakin, 8 il sonra LPO İddiaçı ASC-nin ləğvedicisi olan ƏSF Cavabdeh qarşı kreditin tam həcmdə ödənilməsi və tələbin yaşayış sahəsinə yönəldilməsi ilə bağlı barədə Yasamal Rayon məhkəməsində iddia qaldırmışdır. Məhkəmə prosesində məhkəmənin təşəbbüsü ilə mühasibatlıq ekspertizası keçirilmiş və ekspert Cavabdeh borcuna dair rəy vermişdir. 1. əsas borc üzrə - 134.553,48 2. faiz borcu üzrə - 108.722,68 3. illik 5 faizlik hesablamaqla - 2934,34 Bundan əlavə olaraq bildir ki, həmin mənzil qanunvericiliyin tələbi pozulmaqla özgəninkiləşdirilmişdir. Amma iddia verən ƏSF-nun heç bir xəbəri yoxdur ki, həmin mənzil cavabdehin mülkiyyətində deyildir. Bundan əlavə olaraq bildirir ki, 3-cü şəxs kimi işə cəlb edilmiş "xxxx" MTK sözügedən mənzilin kimə satıldığına dair hər hansı bir fikir bildirməmişdir. Bundan əlava cavabdehin iddia ərizəsinə baxdıqda məlum olur ki, tələbin yönəldilməsi üçün iddianın digər predmeti olan mənzil hissəsi isə iddia verilmədən öncə Cavabdeh mülkiyyətində və istifadəsində olmamışdır. Kredit və ipoteka müqaviləsi notariat qaydada təsdiq edilməmiş və bank və vətandaş arasında imzalanmışdır. Bu səbəbdən yüklülük haqqında heç bir bildiriş qeydə alınmamışdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK heç bir səbəb göstərmədən məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14 mart 2008-ci il tarixli, 017 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, kreditor borcalana illik 12% olmaqla 180 ay müddətinə qaytarmaq şərti ilə 177000 manat məbləğində kredit verməyi, borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirilməsini öhdəsinə götümüşlər. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kredit borcalana ünvan 1ərtəbəsində 50 saylı mənzil ünvanında yerləşən yaşayış sahəsinin alınmasına verilir. İş materiallarında olan 25 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh LPO "xxxx" ASC-yə 14 mart 2008-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 134553,48 manat əsas, 108722,68 faiz, AR MM-nin 445.7-ci maddəsinə əsasən 2934,33 manat faiz borcu olmaqla, cəmi borcu 246210,49 manat təşkil edir. İş materiallarında olan LPO "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişin surətindən müəyyən olunur ki, cavabdeh 14 mart 2018-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən 243519.13 manat məbləğində borcun ödənilməsinin 3 (üç) gün ərzində təmin edilməsi, əks təqdirdə Bank tərəfindən öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan icraçı "xxxx" MTK ilə alıcı Cavabdeh arasında bağlanmış 14 mart 2008-ci il tarixli 74 saylı müqavilədən görünür ki, müqavilənin predmeti icraçının tikintisini həyata keçirdiyi 16 mərtəbəli çoxmənzilli yaşayış binasındakı mənzillərdən birini tərəflərin razılaşdığı qiymətlə alıcıya satmasından, alıcının isə aldığı mənzilin dəyərini müəyyən edilmiş müddətdə ödəməsindən ibarətdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14 mart 2008-ci il tarixli 017/1 saylı ipoteka müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14 mart 2008-ci il tarixli, 017 nömrəli kredit müqaviləsinə əsasən ipoteka saxlayan tərəfindən Cavabdeh ayrılmış 177 000 manat məbləğində kreditin təminatı üçün ipoteka verən şəxsi mülkiyyətində olan mənzili ipoteka qoyur. Müqavilənin 1.3-cü bəndinə əsaəsn, ipoteka qoyulan Bakı şəhəri, Şərifzadə küçəsi 100 saylı binanın 11-cı mərtəbəsində istifadədə olan 150 kv.m ümumi sahədən ibarət olan 4 otaqlı, 50 saylı mənzil. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2023-cü il tarixli 9/7925 saylı ekpert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 14 mart 2008-ci il tarixdə bağlanmış 017 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh iddiaçıya borcu aşağıdakı kimidir: xx.xx.2023-cü il tarixinə əsas borc üzrə 134.553,48 manat, faiz borcu üzrə 108.722,68 manat, illik 5 faiz hesablanmaqla 2934,33 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 100 manatdır. İş materiallarından eyni zamanda, müəyyən olunur ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ********** saylı qəbzə əsasən 537 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbləri iki hissədən ibarətdir:
1. Cavabdehdən kredit müqaviləsi üzrə cəmi 246210.49 (iki yüz qırx altı min iki yüz on manat, 49 qəpik) manat, bundan 134553.48 (bir yüz otuz dörd min beş yüz əlli üç manat, 48 qəpik) manat əsas, 108722.68 (bir yüz səkkiz min yeddi yüz iyirmi iki manat, 68 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2934.33 (iki min doqquz yüz otuz dörd manat, 33 qəpik) manat və iş üzrə ödənilmiş 537 (beş yüz otuz yeddi) manat dövlət rüsumunun Cavabdeh tutulması;
2. tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh sərəncamında olan Bakı şəhəri, Şərifzadə küçəsi 100 saylı binanın 11-cı mərtəbəsində yerləşən 150 kv.m ümumi sahədən ibarət olan 4 otaqlı, 50 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, alıcıya təhvil verilməsi. Məhkəmə iddia tələblərinin birinci hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından da göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmış, müqavilə üzrə kreditor üzərinə düşən öhdəliyi yerinə yetirsə də, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də iddia tələbi borc hissəsində təmin edilməli, Cavabdeh 14 mart 2008-ci il tarixli, 017 nömrəli kredit müqaviləsi üzrə 134.553,48 manat əsas borc, 108.722,68 manat faiz borcu, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 2934,33 manat borc olmaqla, cəmi 246210,49 (iki yüz qırx altı min iki yüz on manat qırx doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddia tələblərinin ikinci (tutmanın ipoteka predmetinə yönəldilməsi) hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına əsasən istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir... Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir... Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Materiallarda olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 mart 2008-ci il tarixli 017/1 nömrəli ipoteka müqaviləsi sadə yazılı formada bağlanmış, notarial qaydada təsdiq edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsi qanunvericiliyin tələb etdiyi formada bağlanmadığından, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından etibarsızdır. Belə ki, iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir (AR KM-nin xx.xx.2021-ci il tarixli Qərarı). Bu səbəbdən iddia tələbləri ikinci hissədə əsassızdır və təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 14 mart 2008-ci il tarixli, 017 nömrəli kredit müqaviləsi üzrə 134.553,48 manat əsas borc, 108.722,68 manat faiz borcu, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 2934,33 manat borc olmaqla, cəmi 246210,49 (iki yüz qırx altı min iki yüz on manat qırx doqquz qəpik) manat məbləğində pul tutularaq Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki iddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olan 537 (beş yüz otuz yeddi) manat Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 14 mart 2008-ci il tarixli, 017 nömrəli kredit müqaviləsi üzrə 134.553,48 manat əsas borc, 108.722,68 manat faiz borcu, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 2934,33 manat borc olmaqla, cəmi 246210,49 (iki yüz qırx altı min iki yüz on manat qırx doqquz qəpik) manat məbləğində pul tutularaq Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 537 (beş yüz otuz yeddi) manat Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE**********0002088501 hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Gülnar Babazadə