Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1922/2023 20.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3, Cavabdeh, eyni zamanda Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 vərəsələri Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə istehlak krediti üzrə ödənilməmiş 1957,65 manat əsas borc, 655,90 manat faiz borcu olmaqla, cəmi 2613,55 manat; kredit kartı üzrə 799,81 manat əsas borc, 258,04 manat faiz borcu olmaqla, cəmi 1057,85 manat kredit borcu və ödənilmiş 56,72 manat dövlət rüsumunun, habelə 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Nizami filialı ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********26 saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə Bank tərəfindən 2900 manat məbləğində istehlak krediti və eyni müqaviləyə əsasən 36 ay müddətinə 800 manat məbləğındə kredit kartı verilmişdir. Kredit müqaviləsinə əsasən X4 müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. Borc alan X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 3 saylı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 1991 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X2 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh1 və Cavabdeh2 qanun üzrə X5 şəhadətnamə verilmişdir. Bank tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, X2 istehlak krediti üzrə Banka ödənilməmiş 1957,65 manat əsas borc, 655,90 manat faiz borcu olmaqla, cəmi 2613,55 manat, kredit kartı üzrə 799,81 manat əsas borc, 258,04 manat faiz borcu olmaqla, cəmi 1057,85 manat borcu qalmışdır. Cavabdehlər mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh, eyni zamanda Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, işləmir və heç bir gəliri yoxdur. Tələb edilən məbləği ödəməyə maddi imkanı yoxdur. Odur ki, məhkəmədən ona kömək göstərilməsini və faiz borcunun silinməsini xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: "xxxx" ASC-nin Nizami filialı ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********26 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən X3 48 ay müddətinə 2900 manat məbləğində istehlak krediti və eyni müqaviləyə əsasən 36 ay müddətinə 800 manat məbləğındə kredit kartı verilmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş maliyyə arayışlarından görünür ki, X4 ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən borclunun xx.xx.2023-cü il tarixə 1957,65 manat əsas borc, 655,9 manat faiz borcu, cəmi 2613,55 manat məbləğində və kredit kartı üzrə 799,81 manat əsas borc, 258,04 manat faiz borcu, cəmi 1057,85 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmazlığı xəstəliyi səbəbindən ölmüşdür. 3 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisinin "xxxx" ASC-yə ünvanladığı sorğuya cavab məktubundan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsələrinə qızı -Cavabdeh1 və oğlu- Cavabdeh2 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat ofisində xx.xx.2022-ci il tarixdə “Qanun üzrə X5 Şəhadətnamə” verilmişdir. İş materiallarına əlavə edilmiş açılmış vərəsəlik işləri ilə bağlı məlumata dair elektron çıxarışlardan görünür ki, Cavabdeh1 və Cavabdeh2 X5 şəhadətnamə verilən əmlak X2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi yerləşən 51 nömrəli evdən ibarətdir. "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubda 3 saylı “ASAM xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2022-ci il tarixli 1991 nömrəli məktubu ilə mirasın qəbul edilməsinə dair Cavabdeh2 və Cavabdeh1 X5 şəhadətnamə verilməsinin müəyyən eidlməsi qeyd edilmiş və kredit müqaviləsi üzrə yaranmış borcun 5 (beş) gün müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh şəxs xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 56,72 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. Məhkəmə araşdırmasında müəyyən olundu ki, "xxxx" ASC-nin Nizami filialı ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********26 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən X3 48 ay müddətinə 2900 manat məbləğində istehlak krediti və eyni müqaviləyə əsasən 36 ay müddətinə 800 manat məbləğındə kredit kartı verilmişdir. X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir və 3 saylı “ASAM xidmət” mərkəzinin notariat ofisində barəsində vərəsəlik işi açılmışdır. X2 vərəsələrinə qızı -Cavabdeh1 və oğlu- Cavabdeh2 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat ofisində xx.xx.2022-ci il tarixdə “Qanun üzrə X5 Şəhadətnamə” verilmişdir. Cavabdehlər kredit alanın hüquqi varisi kimi iddiaçı "xxxx" ASC-dən götürülən kredit vəsaitini müvafiq müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Hal-hazırda X2 hüquqi varisi Cavabdeh1 və Cavabdeh2 banka istehlak krediti üzrə Banka 1957,65 manat əsas borc, 655,90 manat faiz borcu olmaqla, cəmi 2613,55 manat, kredit kartı üzrə 799,81 manat əsas borc, 258,04 manat faiz borcu olmaqla, cəmi 1057,85 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Qanunvericiliyin tələbinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göründüyü kimi, cavabdehlər analarından miras qalmış əmlakı qəbul etməklə qanun üzrə X5 şəhadətnamə almışlar. Eyni zamanda sübuta ehtiyacı olmayan haldır ki, miras əmlak olan mənzilin dəyəri ümumi borcdan, yəni 3728,52 manatdan artıqdır. Həmçinin, cavabdehlər miras qoyanın borclarının mirasdan çox olması ilə bağlı sübutetmə yükünün üzərilərində olmasına baxmayaraq, qəbul etdikləri miras əmlakın dəyərinin mirasın passivindən az olmasına dair hər hansı sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 borcalanın hüquqi varisi olaraq bank qarşısında öhdəlikləri yarandığından, "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********26 saylı kredit müqaviləsi üzrə borcalanın istehlak krediti üzrə 1957,65 manat əsas borc, 655,90 manat faiz borcu olmaqla, cəmi 2613,55 manat və kredit kartı üzrə 799,81 manat əsas borc, 258,04 manat faiz borcu olmaqla, cəmi 1057,85 manat kredit borcunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmasına dair iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 57,12 (56,72+0,40=57,12) manat da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada istehlak krediti üzrə 1957,65 (bir min doqquz yüz əlli yeddi manat altmış beş qəpik) manat məbləğində əsas borc və 655,90 (altı yüz əlli beş manat doxsan qəpik) manat faiz borcu olmaqla, cəmi 2613,55 (iki min altı yüz on üç manat əlli beş qəpik) manat pul; kredit kartı üzrə 799,81 (yeddi yüz doxsan doqquz manat səksən bir qəpik) manat əsas borc və 258,04 (iki yüz əlli səkkiz manat dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 1057,85 (bir min əlli yeddi manat səksən beş qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 57,12 (56,72+0,40=57,12) (əlli yeddi manat on iki qəpik) manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-1922/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1922/2023
20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver