Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-194/2024 28.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 14.43 radələrində qeydiyyat şəhadətnaməsi ilə ona məxsus olan və etibarnamə əsasında X1 tərəfindən idarə olunan «Volkswagen Polo» markalı ** OU *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində ondan əvvəl dayanmış olan “Haval Dargo” markalı ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsində dayanmışdır. Bu zaman onun arxasınca gələn sonradan markasını və dövlət qeydiyyat nişanını bildiyi BMW markalı ** KZ *** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin arxa hissəsindən vurmuşdur. Nəticədə həmin avtomobil dönərək qarşıdakı “Haval Dargo” markalı ** ZA *** qeydiyyat nişanlı avtomobilin arxa sol və arxa nahiyyəsinə çırpılmışdır. Hadisəni törədən avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh olmuşdur. xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Cavabdehin əməlində inzibati xətanın tərkibi olduğundan, cavabdehin Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilmişdir. Paşa Sığorta ASC tərəfindən dəymiş zərərin məbləği 7215 (yeddi min iki yüz on beş) manat müəyyən edilmişdir. Cavabdeh təqsirli hərəkəti nəticəsində vurulmuş 5115 manat maddi zərər, hüququ xidmətə görə 400 manat və dövlət rüsumu olaraq 76 manat olmaqla ümumilikdə 5591 (beş min beş yüz doxsan bir) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 9/7866 nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki, 2012-ci il buraxılışlı «Volkswagen Polo» markalı ** OU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən dövrdə 7215 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarına əsasən müəyyən olunur ki, “Paşa Sığorta “ ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən 2012-ci il buraxılışlı «Volkswagen Polo» markalı ** OU *** dövlət qeydiyyat nişanlı avtomobilin yekun qiymətləndirilmə məbləği 7215 manat təşkil edir. Dəymiş ziyanın yalnız 2099 manat hissəsi "xxxx" ASC tərəfindən ödənilmişdir. İş materiallarında olan X1 tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəyə əsasən müəyyən olunur ki, sərəncamında olan 2012-ci il buraxılışlı «Volkswagen Polo» markalı ** OU *** dövlət qeydiyyat nişanlı avtomobil üzrə xx.xx.2023cü il tarixdə baş vermiş sığorta hadisəsi ilə bağlı Paşa Sığorta” ASC tərəfindən müəyyən olunmuş zərər məbləği ilə razıdır. İş materiallarına əsasən müəyyən olunur ki, 1846 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilə üzrə İddiaçı göstərilmiş hüquqi yardıma görə nümayəndəsi və vəkili Vəkil 400 manat ödəniş etmişdir. İş materiallarına araşdırma zamanı alınmış izahatlar, arayışlar, zərərçəkən qimində müəyyən edilən digər şəxslər barəsində məlumatlar və digər materiallar əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MM-in 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə 40 (qırx) manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsi üzrə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsi mülki işin mübahisəsiz halıdır. Delikt hüquq institutunun əsaslarını nəzərdən keçirdikdən sonra məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan delikt hüquq institutu üzrə dispozitiv şərtlərin hər üçü yerinə yetirilir, mübahisə üzrə MM-in 1108-ci maddəsində göstərilən əsaslar müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə saat 14.43 radələrində qeydiyyat şəhadətnaməsi ilə ona məxsus olan və etibarnamə əsasında X1 tərəfindən idarə olunan «Volkswagen Polo» markalı ** OU *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində ondan əvvəl dayanmış olan “Haval Dargo” markalı ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsində dayanmışdır. Bu zaman onun arxasınca gələn sonradan markasını və dövlət qeydiyyat nişanını bildiyi BMW markalı ** KZ *** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin arxa hissəsindən vurmuşdur. Nəticədə həmin avtomobil dönərək qarşıdakı “Haval Dargo” markalı ** ZA *** qeydiyyat nişanlı avtomobilin arxa sol və arxa nahiyyəsinə çırpılmışdır. Hadisəni törədən avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh olmuşdur. xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Cavabdehin əməlində inzibati xətanın tərkibi olduğundan, cavabdehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilmişdir. Paşa Sığorta ASC tərəfindən dəymiş zərərin məbləği 7215 (yeddi min iki yüz on beş) manat müəyyən edilmişdir. Sözügedən məbləğ aparılmış məhkəmə ekspertizasının nəticəsində də öz təsdiqini tapır. "xxxx" ASC tərəfindən İddiaçı ödənilmiş məbləğ 2099 manat təşkil edir. Nəticə etibarilə, qalıq zərər məbləği 5115 manat təşkil edir. Göstərilən hallar mülki işin mübahisəsiz hallarıdır. Belə ki, Cavabdeh təqsirli hərəkətləri üzrə iddiaçıya maddi zərər dəymişdir. Bu səbəbdən, iddia tələbi Cavabdeh aid olan hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 115.0.1-ci maddəsinə əsasən, ekspertiza xərcləri məhkəmə məsrəflərinə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 76 manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 5115 manat, hüquqi xidmətə ödənilmiş 400 (dörd yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 76 (yetmiş altı) manat olmaqla ümumilikdə 5591 (beş min beş yüz doxsan bir) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İş üzrə aparılmış ekspertiza üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 5115 manat, hüquqi xidmətə ödənilmiş 400 (dörd yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 76 (yetmiş altı) manat olmaqla ümumilikdə 5591 (beş min beş yüz doxsan bir) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İş üzrə aparılmış ekspertiza üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-194/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-194/2024
28.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver