Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1942/2022 01.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı MMC -nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********* saylı, 23.11.2020-ci il tarixli müddətli (Nisyə) alğı-satqı müqaviləsi üzrə 17.02.2022-ci il tarixinə yaranmış 24.4 manat əsas borc, 3.6 manat cərimə, cəmi 28 manat borcun,010729666 saylı, 02.01.2021-ci il tarixli müddətli (Nisyə) alğı-satqı müqaviləsi əsasən 219 manat əsas borc, 32.8 manat cərimə, cəmi 251.8 manat ,ümümilikdə 312.6 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdehdan tutularaq İddiaçı MMC -yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 445, 468, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış ********* saylı, 23.11.2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdeh aldığı Tefal markalı ütüyə görə, 12 ay ödəniş cədvəli üzrə hər ay 8 manat olmaqla cəmi 98.4 manat, 02.01.2021-ci il tarixli ********* saylı (nisyə) alğı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “Samsung A217” markalı mobil telefona və aksesuara görə 12 ay ödəniş cədvəli üzrə 38 manat olmaqla cəmi 448 manat, ümumilikdə iki müqavilə üzrə 546,4 manat ödəməyi oz öhdəliyinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, ********* saylı, 23.11.2020-ci il tarixli müddətli (nisyə) alğısatqı müqaviləsi üzrə sonuncu dəfə 27.06.2021-ci il tarixində 10 manat və 02.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə sonuncu dəfə 17.07.2021-ci il tarixində 38.5 manat ödəniş etmiş və iki müqavilə üzrə qalıq 276.2 manat borcu qaytarmamışdır. Nəticədə Cavabdeh 23.11.2020-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 24.4 manat əsas borcu, 3.6 manat cərimə olmaqla, cəmi 28 manat, ********* saylı, 02.01.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 219 manat əsas borcu, 32.8 manat cərimə olmaqla, cəmi 251.8 manat, ümumilikdə 312.6 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, electron qaydada verildikdə isə electron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və electron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada electron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Mülki Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə Azərbaycan Respublikasının MM-nin 567, 600.1, 601.1, 404.1, 386.1, 385.1, 600.4, 442, 445.1, 462.1 və 467-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 23.11.2020-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 24,4 (iyirmi dörd manat qırx qəpik) manat, cərimə üzrə 03,6 (üç manat altmış qəpik) manat, cəmi 28 (bir iyirmi səkkiz) manat; 02.01.2021-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 219 (iki yüz on doqquz) manat, cərimə üzrə 32,8 (otuz iki manat səksən qəpik) manat, cəmi 251,8 (iki yüz əlli bir manat səksən qəpik) manat olmaqla, ümumilikdə 312,60 (üç yüz on iki manat altmış qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbərtutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 23.11.2020-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 24,4 (iyirmi dörd manat qırx qəpik) manat, cərimə üzrə 03,6 (üç manat altmış qəpik) manat, cəmi 28 (bir iyirmi səkkiz) manat; 02.01.2021-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 219 (iki yüz on doqquz) manat, cərimə üzrə 32,8 (otuz iki manat səksən qəpik) manat, cəmi 251,8 (iki yüz əlli bir manat səksən qəpik) manat olmaqla, ümumilikdə 312,60 (üç yüz on iki manat altmış qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-1942/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1942/2022
01.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver