Məhkəmə qərarları › İş №e-2(004)-1947/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1947/2022

06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1947/2022 06.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********* saylı, 17.03.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 18.02.2022-ci il tarixinə yaranmış 395 manat əsas borc, 59,2 manat cərimə borcu, cəmi 454,2 manat borcun, ********* saylı, 13.06.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 330 manat əsas borc, 49,5 manat cərimə borcu, cəmi 379,5 manat olmaqla, ümumilikdə iki müqavilə üzrə 833,7 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə əsaslandırılmış etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.2.1, 448.1, 449.1, 449.4, 467, 577.1, 577.2, 600.1, 600.2, 600.5-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 17.03.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən sonuncu, aldığı “X1 10” markalı telefon üçün 12 ay ödəniş cədvəli üzrə hər ay 49 manat olmaqla, cəmi 582 manat, ********* saylı, 13.06.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Xiaomi Redmi 9T” markalı mobil telefona və “Honor” markalı qulaqcığa görə 12 ay ödəniş cədvəli üzrə 34 manat olmaqla, cəmi 398 manat, ümumilikdə hər iki müqavilə üzrə 980 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavadeh müqavilənin şərtlərini pozaraq, iki müqavilə üzrə qalıq qalmış 725 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcunu ödəməkdən boyun qaçırmışdır. Cavabdehin hər iki müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1087 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90 faizi bank tərəfindən borcluya güzəşt edilmişdir. 18.02.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh ********* saylı, 17.03.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 395 manat məbləğində əsas, 592 manat məbləğində cərimə borcu (hər gecikdirilmiş gün üçün ödəniş məbləğininn 1%i), cəmi 987 manat borcu, ********* saylı, 13.06.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 330 manat məbləğində əsas, 495 manat məbləğində cərimə borcu (hər gecikdirilmiş gün üçün ödəniş məbləğininn 1%-i), cəmi 825 manat borcu vardır. Lakin cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh ********* saylı, 17.03.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzə 395 manat məbləğində əsas borc, 59,2 manat məbləğində cərimə borcu, ********* saylı, 13.06.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzə 330 manat məbləğində əsas borc, 49,5 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 833,7 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən sadələşmiş qaydada kiçik ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia ərizəsi təmin edilsin. Cavabdeh ********* saylı, 17.03.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzə 395 (üç yüz doxsan beş) manat məbləğində əsas borc, 59,2 (əlli doqquz manat iyirmi qəpik) manat məbləğində cərimə borcu, ********* saylı, 13.06.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzə 330 (üç yüz otuz) manat məbləğində əsas borc, 49,5 (qırx doqquz manat əlli qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 833,7 (səkkiz yüz otuz üç manat yetmiş qəpik) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar