Məhkəmə qərarları › İş №e-2(004)-1948/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1948/2022

12.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1948/2022 12.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 2213,90 manat məbləğində zərərin, pozulmuş hüquqlarının bərpası ilə bağlı hüquq şirkətinə çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 45,14 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2559,04 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz" İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 30.04.2020-ci il tarixində 06/394 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz" İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10207 nömrəli abonent kodu verilmişdir. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin və "X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında qanun”unun 6.2-ci bəndinin tələbləri pozularaq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qosulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən "Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki. cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 399,60 manat; 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 14,40 manat; 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 14,40 manat; 30.08.2019cu il tarixli ******* saylı akt əsasında 14,40 manat; 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 14,40 manat; 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 14,40 manat; 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 91,80 manat; 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 151,20 manat; 31.01.2020-ci il tarixli ******* saylı akt əsasında 151,20 manat; 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 151,20 manat; 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 151,20 manat; 30.04.2020-ci il tarixli ******* saylı akt əsasında 151,20 manat; 03/2021-ci il tarixli akt əsasında 885,60 manat; cəmi 2213,90 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda GASREPORT üzrə sistemdən çıxarılmış saldolar üzrə qalıq və debitor borclarla birlikdə ümumi olaraq 2213,90 manat təşkil edir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə nümayəndəsini göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı İB ilə Cavabdeh arasında 30 aprel 2020-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 06/394 saylı müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan Təbii X1nın pozulması haqqında” № ******* saylı, 30 may 2019-cu il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin 30 may 2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 2 ünvanında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün; dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 3996 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı İB-nin 28 iyun 2018-cı il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 2 ünvanında qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 144 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 28 iyun 2019-cu il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin 31 iyul 2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 2 ünvanında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 144 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 31 iyul 2019-cu il tarixli aktdan görünür ki, mənzildə sayğacda kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin 30 avqust 2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 2 ünvanında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 144 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 30 avqust 2019-cu il tarixli aktdan görünür ki, mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 30 sentyabr 2019-cu il tarixli aktdan görünür ki, mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin 30 sentyabr 2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 2 ünvanında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 günqəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 144 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı İB-nin 30 oktyabr 2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 2 ünvanında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 144 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 30 oktyabr 2019-cu il tarixli aktdan görünür ki, mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin 29 noyabr 2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 2 ünvanında qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0.6 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m3/saat , orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 918 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 29 noyabr 2019-cu il tarixli aktdan görünür ki, mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. Akt Cavabdeh tərəfindən imzalanmamışdır. İş materiallarında olan İddiaçı İB-nin 30 dekabr 2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 2 ünvanında qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0.6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1512 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 30 dekabr 2019-cu il tarixli aktdan görünür ki, mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. Akt Cavabdeh tərəfindən imzalanmamışdır. İş materiallarında olan İddiaçı İB-nin 30 yanvar 2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 2 ünvanında qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0.6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1512 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 30 yanvar 2020-ci il tarixli aktdan görünür ki, mənzildə sayğacda kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. Akt Cavabdeh tərəfindən imzalanmamışdır. İş materiallarında olan İddiaçı İB-nin 28 fevral 2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 2 ünvanında qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0.6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1512 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 28 fevral 2020-ci il tarixli aktdan görünür ki, mənzildə sayğacda kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. Akt Cavabdeh tərəfindən imzalanmamışdır. İş materiallarında olan İddiaçı İB-nin 30 mart 2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 2 ünvanında qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0.6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1512 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 30 mart 2020-ci il tarixli aktdan görünür ki, mənzildə sayğacda kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. Akt Cavabdeh tərəfindən imzalanmamışdır. İş materiallarında olan İddiaçı İB-nin 30 aprel 2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 2 ünvanında qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0.6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1512 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” № ******* saylı, 30 aprel 2020-ci il tarixli aktdan görünür ki, mənzildə sayğacda kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. Akt Cavabdeh tərəfindən imzalanmamışdır. İş materiallarında olan **********10207 nömrəli abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh qalıq və aktlar qaz sərfiyyatı üzrə borcu 2021-ci ilin iyul ayı üçün 885,60 manat təşkil edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X1”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında 30 aprel 2020-ci il tarixdə “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı 30 may 2019-cu il tarixdə akt tərtib edilmiş, cavabdehə 399,60 manat məbləğində borc hesablanmışdır. Bundan sonra iddiaçı təşkilatın əməkdaşları mütəmadi olaraq cavabdehin ünvanına gedərək onun sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi barədə aktlar tərtib etmişdir. Hazırda iddiaçı tərəf həmin aktlara görə, habelə onlardan əvvəl hesablanmış borcun ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tərtib edilmiş aktlar cavabdeh tərəfindən imzalanmamış, həmin aktlar iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmişlər. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək cavabdehdən yalnız aşkar edilmiş qeyri-qanuni olaraq qazdan istifadə edilməsi barədə 30 may 2019-cu il tarixli akt üzrə borc tutulmalı, Cavabdeh 399,60 manat məbləğində borc tutularaq İddiaçınə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia ərizəsi qismən təmin edildiyindən dövlət rüsumu olaraq ödənilmiş 45,14 manat məbləğində deyil, 30 manat məbləğində cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia ərizəsi pozulmuş hüquqların bərpası ilə əlaqədar çəkdiyi 300 manat xərcin tutulması hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı həmin tələblə bağlı məhkəməyə heç bir sənəd və ya sübut növünü təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizələrində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh dəymiş zərərə görə 399,60 (üç yüz doxsan doqquz manat altmış qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar