Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1958/2023 04.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı "xxxx" BOKT ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" BOKT ASC-nin Cavabdeh qarşı "kredit üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT ASC Cavabdeh qarşı “kredit üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “FİNOKO" BOKT ASC-nin xeyrinə arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00060-01AK saylı kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 24468.74 AZN, faiz borcu üzrə 4002.13 AZN, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 AZN məbləğində dəbbə pulu, cəmi 29470.87 AZN borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 178.4 AZN məbləğində pulun tutulması; tələbin Cavabdeh mülkiyyətindəki marka/model: VOLVO XC-90 MİNİK; tip:UNİVERSAL, buraxılış ili 2019, ban №: YV1LFA3UCL1533947, rəngi: ağ mirvari, mühərrik həcmi: 1969 nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına iddiaçı ˝OKONİF˝ BOKT ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı ˝OKONİF˝ BOKT ASC məhkəməyə müraciət edərək, iddia tələbinin həcminin artırılması, arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00060-01AK saylı kredit müqaviləsinin xx.xx.2023-cü il tarixli borc haqqında arayışına əsasən əsas kredit borcu üzrə 24468.74 AZN məbləğində qalıq, faiz borcu üzrə 4144.90 AZN, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 AZN məbləğində dəbbə pulu, müqavilə müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanan 321.15 AZN məbləğində faiz borcu olmaqla, cəmi 29934.79 AZN borcun və dövlət rüsumu kimi ödənilmiş 178.4 AZN məbləğində pulun iddiaçı ˝OKONİF˝ BOKT ASC-nə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00060-01AK saylı kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə xx.xx.2023-cü il tarixədək illik 30 % hesablanmaq şərtilə 50.000 ( əlli min ) AZN məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli 2021/00060-01AK saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00060-01AK saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan “VOLVO XC-90 MİNİK” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı BOKT ASC-yə təqdim edilmişdir. İpoteka müqaviləsi DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. (Çıxarış seriya AA №141711). Cavabdeh tərəfindən ödəniş qrafiki üzrə dövri olaraq "FİNOKO” BOKT ASC-yə ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh xx.xx.2023-cü il tarixli borc haqqında arayışa əsasən xx.xx.2023-cü il tarixli 2021/00060-01AK saylı kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 24468.74 AZN məbləğində qalıq, faiz borcu üzrə 4144.90 AZN, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 AZN məbləğində dəbbə pulu, müqavilə müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanan 321.15 AZN məbləğində faiz borcu olmaqla, cəmi 29934.79 AZN təşkil edir. xx.xx.2021-ci il tarixli, 2021/00060-01AK saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan “VOLVO XC-90 MİNİK” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli, 2021/00060-01AK saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə Banka ipotekaya qoyulmuş və ipoteka predmeti olan daşınar əmlakın ilkin satış qiyməti ipoteka müqaviləsinin 2.3-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən 100.000 manat məbləğində qiymətləndirilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “FİNOKO" BOKT ASC-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 02 iyun 2023-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini bildirərək izahatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 30 % ödəmək şərtilə 50.000 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq ona məxsus “VOLVO XC-90 MİNİK” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. İlk vaxtlar banka olan aylıq ödənişlərini vaxtında ödəsə də, sonradan ödənişləri vaxtında edə bilməmişdir. Məhkəmədən ödənişlərin edilməsi üçün vaxt verilməsini xahiş etmişdir. Cavabdeh xahişi nəzərə alınmaqla məhkəmə baxış iclası 04 iyul 2023-cü il tarixə, saat 10:00-a kimi təxirə salınmış, məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada cavabdehə məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq olunan: İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00060-01AK nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, kreditor borcluya illik 30 faiz olmaqla 24 ay müddətinə 50.000 manat məbləğində kredit vermişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən, bu kredit müqaviləsi üzrə verilmiş borcun qaytarılması 03 mart 2021-ci il tarixli 2021/00060-01 nömrəli İpoteka müqaviləsində göstərilən ipoteka predmeti olan nəqliyyat vasitəsi ilə təmin olunur. ˝OKONİF˝ BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00060-01AK saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka predmeti ipoteka saxlayanla Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00060- 01AK saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icranın təmin edilməsi üçün ipoteka saxlayanla ipoteka qoyan arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00060- 01AK saylı ipoteka müqaviləsinə əsasən ˝OKONİF˝ BOKT ASC-nə ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı 141711 nömrəli çıxarışdan müəyyən olunur ki, xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsus VOLVO XC-90 MİNİK tip:UNİVERSAL, buraxılış ili 2019, ban №: YV1LFA3UCL1533947, rəngi: ağ mirvari, mühərrik həcmi: 1969 nəqliyyat vasitəsi 24 ay müddətinə İddiaçı BOKT ASC-nin xeyrinə yüklü edilmiş, daşınar əmlakın dövlət reyestrində DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsi xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. ˝OKONİF˝ BOKT ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişin surətindən müəyyən olunur ki, cavabdeh xx.xx.2021-ci il tarixli 2021/00060-01AK saylı kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən borcun ödənilməsi 5 (beş) gün ərzində təmin edilməsi, əks təqdirdə Bank tərəfindən öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli borc haqqında arayışdan görünür ki, Cavabdeh 2021/00060- 01AK saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə olan borcu 24468.74 manat məbləğində qalıq, 4144.90 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat dəbbə pulu, müqavilə müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanan 321.15 manat məbləğində faiz borcu olmaqla, cəmi 29934.79 manat təşkil edir. İddiaçı BOKT ASC-nin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə ünvanladığı 17 fevral 2023-cü il tarixli ərizədən müəyyən olunur ki, bank tərəfindən “ipoteka predmetinə tutma yönədilməsi haqqında” bildirişin qeydiyyata alınması xahiş edilmişdir. xx.xx.2023-cü il tarixli ********** saylı ödəniş qəbzinə əsasən məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 178.40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göründüyü kimi, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında kredit və ipoteka müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı BOKT ASC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. İddiaçı Cavabdeh bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamışdır. Bu səbəbdən iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini və tutmanın ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 24468.74 manat məbləğində əsas borc, 4144.90 manat məbləğində faiz borcu, 1000 manat məbləğində dəbbə pulu və ağlabatan həcmdə Mərkəzi bankın uçot dərəcəsi əsasında hesablanmış 321.15 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödəməlidir. Tutma Cavabdeh mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş “VOLVO XC-90 MİNİK” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, avtomobil açıq hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehdən tutulmalı olan ümumilikdə 29.934,79 manat borc və dövlət rüsumu kimi ödənilmiş 178,4 manat məbləğində pul İddiaçı BOKT ASC-yə ödənilməlidir. Artıq qalan vəsait mülkiyyətçi Cavabdeh qaytarılmalıdı. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən 178.40 (yüz yetmiş səkkiz manat qırx qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “FİNOKO" BOKT ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 2021/00060-01AK saylı kredit müqaviləsi üzrə 24.468,74 (iyirmi dörd min dörd yüz altmış səkkiz manat yetmiş dörd qəpik) manat əsas, 4.144,90 (dörd min yüz qırx dörd manat doxsan qəpik) manat faiz, 1000 (bir min) manat cərimə, müqavilə müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanan 321,15 (üç yüz iyirmi bir manat on beş qəpik) manat faiz borcu olmaqla, cəmi 29.934,79 (iyirmi doqquz min doqquz yüz otuz dörd manat yetmiş doqquz qəpik) manat borc və ödənilmiş 178,40 (bir yüz yetmiş səkkiz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı BOKT ASC-yə ödənilsin. Tutma – Cavabdeh mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş “VOLVO XC-90 MİNİK” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, avtomobil açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehdən tutulmalı olan ümumilikdə 29.934,79 manat borc və dövlət rüsumu kimi ödənilmiş 178,4 manat məbləğində pul İddiaçı BOKT ASC-yə ödənilsin. Artıq qalan vəsait mülkiyyətçi Cavabdeh qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsi ümumi qaydada icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-1958/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1958/2023
04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver