Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1964/2025 12.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə3, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixli 164 saylı kredit müqaviləsi üzrə cəmi 177.231,07 manat, bundan 81.012,68 manat əsas və 96.218,39 manat faiz borcunun, xx.xx.2012-ci il tarixli 163 saylı kredit müqaviləsi üzrə cəmi 241.252,79 manat, bundan 110.920,63 manat əsas və 130.332,16 manat faiz borcunun və ödənilmiş 709 manat dövlət rüsumunun və 3,55 manat xidmət haqqının Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binanın B blokunda 4 və 6 saylı mənzillərə yönəlməsi, yuxarıdakı əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin əmlakların boşaldılaraq, alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 164 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 (bir yüz səksən) ay müddətinə 82.000 (səksən iki min) manat məbləğində kredit verilmişdir. Bundan başqa İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 163 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 (bir yüz səksən) ay müddətinə 114.200 (bir min on dörd min iki yüz) manat məbləğində kredit verilmişdir Tərəflərin razılığına əsasən verilmiş kreditlərin təminatı kimi "xxxx" MTK ilə X6 arasında bağlanmış 201/R və 202/R müqavilələrə əsasında X1 olan və kredit hesabına alınmış Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binanın B blokunda 4 və 6 saylı mənzillər ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binanın B blokunda 4 və 6 saylı mənzillərin ipotekaya qoyulması barədə Bank ilə X6 arasında xx.xx.2009-cu il tarixli 163/1 və 164/1 ipoteka müqavilələri bağlanmışdır. Kredit müqavilələrinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqavilələrinin 4.2- ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə müraciət olunmasına, habelə 12-5/2-A-21-7172/2024 və 12-5/2-A-21-6978/2024 saylı bildiriş məktubların göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh X2 xx.xx.2024-cü il tarixə xx.xx.2012-ci il tarixli 164 saylı kredit müqaviləsi üzrə cəmi borcu 177.231,07 (bir yüz yetmiş yeddi min iki yüz otuz bir manat, 07 qəpik) manat təşkil edir. Bundan 81.012,68 (səksən bir min on iki manat, 68 qəpik) manat əsas və 96.218,39 (doxsan altı min iki yüz on səkkiz manat, 39 qəpik) manat faiz borcu borcu təşkil edir. Cavabdeh X2 xx.xx.2024-cü il tarixə xx.xx.2012-ci il tarixli 163 saylı kredit müqaviləsi üzrə cəmi borcu 241.252,79 (iki yüz qırx bir min iki yüz əlli iki manat, 79 qəpik) manat təşkil edir. Bundan 110.920,63 (bir yüz on min doqquz yüz iyirmi manat, 63 qəpik) manat əsas və 130.332,16 (bir yüz otuz min üç yüz otuz iki manat, 16 qəpik) manat faiz borcu təşkil edir. Borcların qaytarılması məqəsdi ilə iddiaçı tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsnin xx.xx.2025-ci il tarixli, e-2(010)-1381/2025 qərardadı ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə” dair iddia ərizəsi X2 vəfatı ilə bağlı icraata qəbul edilməmişdir. Borclu mərhum X2 vəfatı ilə bağlı vərəsəlik işinin açılıbaçılmaması, açıldığı təqdirdə isə notarial işində olan sənədlərin istənilməsi ilə bağlı tərəflərindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət olunmuşdur. Sorğu ilə tələb olunan məlumatlarla əlaqədar “Elektron Notariat” informasiya sistemində olan məlumatlara əsasən müəyyən edilmişdir ki, mərhum X2 vəfatından sonra vərəsəlik işi açılmışdır və Cavabdeh qanun üzrə vərəsə olması barədə vərəsəlik şəhadətnamələri verilmişdir və bu səbəbdən o bank qarşısında cavabdehlik daşımalıdır. Daha sonra, Cavabdeh iddia ərizəsinə etiraz ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin giriş hissəsinə nəzər yetirdikdə orada iddia tələbinin qısa məzmunu olaraq cavabdeh X2 xx.xx.2024-cü il tarixə xx.xx.2012-ci il tarixli 164 saylı kredit müqaviləsi üzrə cəmi borcu 177.231,07 (bir yüz yetmiş yeddi min iki yüz otuz bir manat, 07 qəpik) manat təşkil edir. Bundan 81.012,68 (səksən bir min on iki manat, 68 qəpik) manat əsas və 96.218,39 (doxsan altı min iki yüz on səkkiz manat, 39 qəpik) manat faiz borcu borcu təşkil edir. Cavabdeh X2 xx.xx.2024-cü il tarixə xx.xx.2012-ci il tarixli 163 saylı kredit müqaviləsi üzrə cəmi borcu 241.252,79 (iki yüz qırx bir min iki yüz əlli iki manat, 79 qəpik) manat təşkil edir. Bundan 110.920,63 (bir yüz on min doqquz yüz iyirmi manat, 63 qəpik) manat əsas və 130.332,16 (bir yüz otuz min üç yüz otuz iki manat, 16 qəpik) manat faiz borcu təşkil etdiyini və mərhum X2 vəfatından sonra vərəsəlik işi açılmışdır və Cavabdeh qanun üzrə vərəsə olması barədə vərəsəlik şəhadətnamələri verilmişdir və bu səbəbdən o bank qarşısında cavabdehlik daşımalıdır hissəsində iddiaçı AR Mülki Məcəlləsinin 470 və 472-ci maddələrinə istinad etsə də, iddia ərizəsinin xahiş etdi hissəsində yalnız tutmanın ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binanın B blokunda 4 və 6 saylı mənzillərə yönəlməsi, - yuxarıdakı əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlaklar açıq hərracda satılması xahiş edilir. Cavabdehin anası X6 30 oktyabr 2020-ci ildə dünyasını dəyişib. Bundan sonra cavabdeh anasının vəfatından sonra qanun üzrə vərəsəsi olmağı ilə bağlı ona vərəsəlik şəhadətnamələri verilmişdir. Bu səbəbdən də hazırda icraatda olan 2(004)-1964/2025 saylı mülki işə cavabdeh qismində cəlb edilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binanın B blokunda 4 və 6 saylı mənzillərə görə cavabdehin anası X7 tərəfindən 2015-ci i) tarixinədək həmin mənzillərin ipotekasına görə İddiaçı ASC- yə ümumilikdə 150.000 (bir yüz əlli min) manat məbləğ ödənilmişdir. Sözügedən mənzillər 2015-ci ilin sonlarında X6 tərəfindən İddiaçı ASC-yə geri qaytarılmış və həmin mənzillər qaytarıldıqdan sonra Vüqar və Rəşad ilyasov adlı şəxslərə satılmışdır. Bu səbəbdən də cavabdeh hesab edir ki, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binanın B blokunda 4 və 6 sayh mənzillərin sahibi olan Vüqar və Rəşad İlyasov adlı şəxslər əsil cavabdeh qismində məhkəməyə cəlb edilməlidirlər. Bundan başqa qeyd edir ki, anası Elmira Azayeva həmin mənzilləri İddiaçı ASC-yə geri qaytardıqda, İddiaçı ASC tərəfindən Elmira Azayevanın ödədiyi 150.000 (bir yüz əlli min) manat pul vəsaitindən heç bir məbləğ ona geri qaytarılmamışdır. Cavabdeh hesab edir ki, vəsait tam şəkildə ona geri qaytarılmalıdır və İddiaçı ASC 3-cü şəxs qismində məhkəməyə cəlb edilməlidir. Yuxanda qeyd olunanlardan da aydın olur ki, X6 2015-ci ilin sonlarında Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binanın B blokunda 4 və 6 saylı mənzilləri iddiaçıya yəni, İddiaçı ASC-yə geri qaytarmış və bunun əvəzində İddiaçı ASC sözügedən mənzillərə görə X6 ilə aralarında bağlanmış ipoteka müqaviləsinə xitam verilməli olduğu halda görünən odur ki, İddiaçı ASC həmin ipoteka müqavilələrinə xitam verməmişdir və sözügedən mənzillər cavabdehin anası tərəfindən qaytarıldıqdan sonra Vüqar və Rəşad İlyasov adlı şəxslərə təkrar satılmışdır. Hal-hazırda iddiaçının iddia ərizəsində qeyd etdiyi Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binanın B blokunda 4 və 6 sayh mənzillərdə Vüqar və Rəşad İlyasov adlı şəxslərin yaşadıqları cavabdehə məlum olmuşdur. Həmçinin cavabdeh qeyd edir ki, onda olan məlumata görə həmin mənzillərdə faktiki yaşayan şəxslər həmin mənzillərə dair dövlət reyestrindən çıxarış almışdırlar. Odur ki, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binanın B blokunda 4 və 6 sayh mənzillərdə Vüqar və Rəşad İlyasov adlı şəxslər əsil cavabdeh qismində məhkəməyə cəlb edilməlidirlər. Həmçinin, Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət edərək, iddia ərizəsinin iddia müddətinin tətbiq edilərək rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh mərhum X6 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 163 və 164 saylı kredit müqavilələrinin müddəti 180 ay olmuşdur. İş materiallarında olan Ölüm haqqında Şəhadətnamədən görünür ki, kredit müqavilələri üzrə borclu X6 30 noyabr 2020-ci il tarixdə vəfat etmişdir və həmin tarixdə onun bütün ailə üzvləri-iki oğlu və həyat yoldaşı cəzaçəkmə müəssisəsində cəza çəkmişlər. X11 2020-ci ilin 30 noyabrında vəfat etdikdən sonra onunla bağlanmış kredit müqavilələri üzrə öhdəlik onun vərəsələrinə keçir, lakin X11nın vərəsələri olan 2 oğlu və həyat yoldaşı həmin vaxt cəzaçəkmə müəssisəsində cəza çəkdikləri üçün mərhum Elmira Azayevanın kredit öhdəliklərinin vərəsələrinə keçməsi və vərəsələri tərəfindən icra edilməsi qeyri-mümkün olmuşdur. Bu səbəbdən hesab edilir ki, borclu X2 xx.xx.2020-ci il tarixdə vəfat etməsi ilə onun tərəfindən bağlanmış kredit müqavilələri üzrə öhdəliklərinə xitam verilməli və borclunun vərəsələri müəyyən edilərək məhkəməyə verilməli idi. İddiaçı 2016-cı il tarixindən "xxxx" ASC-nin ləğv edicisidir, lakin 2013-cü ildən kredit üzrə öhdəliyi icra edilməyən müqavilələr üzrə məhkəmədə mülki iddia qaldırılmamış, 2025-ci ilədək iddiaçı tərəfindən süni şəkildə uzadılmış, borclunun vərəsəsinə əsassız olaraq istifadə faizləri hesablanmışdır. Hesab edilir ki, iddia müddətinin hazırki mülki mübahisə üzrə axımı borclunun ölümü ilə başlandığından və iddia ərizəsi 3 il müddətində verilmədiyindən kredit müqavilələri üzrə iddia müddəti ötürülmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kreditor "xxxx" ASC ilə borcalan X6 arasında bağlanmış 03 may 2012-ci il tarixli 164 nömrəli kredit müqaviləsinə əsasən kreditor borcalana Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, ev 2 ünvanında yerləşən binanın B blokunda 4 saylı mənzilin alınması üçün illik 12% ödəmək şərti ilə 180 ay müddətinə 82200 manat məbləğində kredit vermişdir. İş materiallarında olan borc verən "xxxx" ASC ilə ipoteka qoyan X6 arasında bağlanmış 03 may 2012-ci il tarixli 164/1 nömrəli ipoteka müqaviləsindən görünür ki, X6 03 may 2012-ci il tarixli 164 nömrəli kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, ev 2 ünvanında yerləşən binanın B blokunda 3-cü mərtəbədə istifadədə olan 109 kv.m ümumi sahədən ibarət 2 otaqlı 4 saylı mənzili ipoteka saxlayan "xxxx" ASC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilməmişdir. İş materiallarında olan kreditor "xxxx" ASC ilə borcalan X6 arasında bağlanmış 03 may 2012-ci il tarixli 163 nömrəli kredit müqaviləsinə əsasən kreditor borcalana Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, ev 2 ünvanında yerləşən binanın B blokunda 6 saylı mənzilin alınması üçün illik 12% ödəmək şərti ilə 180 ay müddətinə 114200 manat məbləğində kredit vermişdir. İş materiallarında olan borc verən "xxxx" ASC ilə ipoteka qoyan X6 arasında bağlanmış 03 may 2012-ci il tarixli 163/1 nömrəli ipoteka müqaviləsindən görünür ki, X6 03 may 2012-ci il tarixli 163 nömrəli kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, ev 2 ünvanında yerləşən binanın B blokunda 3-cü mərtəbədə istifadədə olan 149 kv.m ümumi sahədən ibarət 3 otaqlı 6 saylı mənzili ipoteka saxlayan "xxxx" ASC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilməmişdir. İş materiallarında olan LPO ”Zaminbank” ASC-nin 18 dekabr 2024-cü il tarixli maliyyə arayışında göstərilir ki, cavabdeh X2 03 may 2012-ci il tarixli 163 nömrəli kredit müqaviləsi üzrə 10 dekabr 2024-cü il tarixə 110920.63 manat əsas, 130332.16 manat faiz borcu olmaqla, cəmi 241252.79 manat borcu yaranmışdır. İş materiallarında olan LPO ”Zaminbank” ASC-nin 18 dekabr 2024-cü il tarixli maliyyə arayışında göstərilir ki, cavabdeh X2 03 may 2012-ci il tarixli 164 nömrəli kredit müqaviləsi üzrə 10 dekabr 2024-cü il tarixə 81012.68 manat əsas, 96218.39 manat faiz borcu olmaqla, cəmi 177231.07 manat borcu yaranmışdır. İş materiallarında olan LPO ”Zaminbank” ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixli 164 saylı kredit müqaviləsi üzrə cəmi 177231.07 manat, xx.xx.2025-ci il tarixli 163 saylı kredit müqaviləsi üzrə isə cəmi 241252.79 manat borcu yaranmışdır. Həmin pretenziya məktubundan görünür ki, cavabdehdən müqavilə üzrə bütün borc məbləğinin 3 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli 2(010)-1381/2025 nömrəli qərardadına əsasən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi cavabdehin iddia ərizəsi verilməmişdən əvvəl vəfat etdiyinə görə hazırki işdə tərəf statusu əldə etməməsi səbəbindən icraata qəbul edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2V-302 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdehdur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: "xxxx" MTK tərəfindən xx.xx.2020-ci il tarixdə X3 verilmiş müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunan yaşayış binasının zirzəmisində, yəni -1 mərtəbəsində 22 saylı avtodayanacaq (qaraj) sahəsindəki kooperativ paydan ibarətdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2V-301 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdehdur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: "xxxx" MTK tərəfindən xx.xx.2018-ci il tarixdə X3 verilmiş 64 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunan 15 mərtəbəli yaşayış binasının A giriş, 06-cı mərtəbəsində, 3 otaqlı ümumi sahəsi 138.77 kv.m olan 20 nömrəli mənzildəki kooperativ paydan ibarətdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2020-ci ildə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə vəfat etmiş arvadı X2 ölümündən sonra miras qalmış əmlakdan ərə düşən ½ hissə paydan imtina etmişdir və gələcəkdə bununla bağlı məhkəmədə heç bir iddia qaldırmayacaq. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə vəfat etmiş anası X2 ölümündən sonra qalmış miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, qəbul etmək niyyəti yoxdur və gələcəkdə bununla bağlı məhkəmədə heç bir iddia qaldırmayacaq. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2V-298 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdehdur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AD296919 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KMHFH41BXDA158545, mühərrikin nömrəsi G4KECA106343 və buraxılış ili 2012-ci il olan HYUNDAİ AZERA MİNİK markalı 10XO999 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2V-299 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdehdur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AD373658 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KMHFH41B1DA219331, mühərrikin nömrəsi - və buraxılış ili 2012-ci il olan HYUNDAİ AZERA MİNİK markalı 99RX658 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2V-300 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdehdur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AD838765 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi 1G1PC5SB3D7213192, mühərrikin nömrəsi - və buraxılış ili 2013-cü il olan CHEVROLET CRUZE MİNİK markalı 99ZL549 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan satıcı "xxxx" MTK ilə alıcı X6 arasında bağlanmış 13 dekabr 2018-ci il tarixli 64 nömrəli müqaviləyə əsasən satıcı ünvan 2 ünvanında inşa etdiyi 15 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən sahəsi 138.77 kv.m olan 3 otaqlı 20 nömrəli mənzili alıcıya təhvil vermişdir. İş materiallarında olan icraçı "xxxx" MTK ilə sifarişçi X6 arasında bağlanmış 06 mart 2020-ci il tarixli müqaviləyə əsasən icraçı Bakı şəhəri, Nəsimi rayonu, 941-ci məhəllə ünvanında inşa ediləcək yaşayış binasının zirzəmisində, yəni -1 mərtəbəsində 22 saylı avtodayanacağı (qaraj) sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2010-cu il tarixli AD seriyalı 373658 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ban nömrəsi KMHFH41B1DA219331, mühərrikin nömrəsi - və buraxılış ili 2012-ci il olan HYUNDAİ AZERA MİNİK markalı 99RX658 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi X4r. İş materiallarında olan xx.xx.2020-ci il tarixli AD seriyalı 838765 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ban nömrəsi 1G1PC5SB3D7213192, mühərrikin nömrəsi - və buraxılış ili 2013-cü il olan CHEVROLET CRUZE MİNİK markalı 99ZL549 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi X4r. İş materiallarında olan xx.xx.2018-ci il tarixli AD seriyalı 296919 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ban nömrəsi KMHFH41BXDA158545, mühərrikin nömrəsi G4KECA106343 və buraxılış ili 2012-ci il olan HYUNDAİ AZERA MİNİK markalı 10XO999 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi X4r. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2223 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən "xxxx" ASC ilə X6 arasında bağlanmış 03 may 2012-ci il tarixli 163 nömrəli kredit müqaviləsi üzrə kreditora ödənilməli olan kredit borcu xx.xx.2025-ci il tarixə əsas borc üzrə 110960.29 manat, faiz borcu üzrə 160514.35 manat; "xxxx" ASC ilə X6 arasında bağlanmış 03 may 2012-ci il tarixli 164 nömrəli kredit müqaviləsi üzrə isə kreditora ödənilməli olan kredit borcu xx.xx.2025-ci il tarixə əsas borc üzrə 82035 manat, 120555.40 manat müəyyən olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 23 oktyabr 2025-ci il tarixli məlumata əsasən Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, ev 2 mənzil 4 və ünvan 4 ünvanında yerləşən mənzillərin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 03 may 2012-ci il tarixli 164 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən X3 illik 12% ödəmək şərti ilə 180 ay müddətinə 82200 manat məbləğində kredit verilmişdir. 03 may 2012-ci il tarixli 164/1 nömrəli ipoteka müqaviləsi ilə həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, ev 2 ünvanında yerləşən binanın B blokunda 3-cü mərtəbədə istifadədə olan 109 kv.m ümumi sahədən ibarət 2 otaqlı 4 saylı mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin 03 may 2012-ci il tarixli 163 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən X3 illik 12% ödəmək şərti ilə 180 ay müddətinə 114200 manat məbləğində kredit verilmişdir. 03 may 2012-ci il tarixli 163/1 nömrəli ipoteka müqaviləsi ilə bu kredit kredit müqaviləsi üzrə də öhdəliyinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, ev 2 ünvanında yerləşən binanın B blokunda 3-cü mərtəbədə istifadədə olan 149 kv.m ümumi sahədən ibarət 3 otaqlı 6 saylı mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Sözügedən ipoteka müqavilələri notarial qaydada təsdiq edilməmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, kredit müqavilələri üzrə borcalan qismində çıxış edən X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Daha sonra Cavabdeh miras qalmış əmlakı qəbul etməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Cavabdeh kredit alanın hüquqi varisi kimi iddiaçı "xxxx" ASC-dən götürülən kredit vəsaitini müvafiq müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Hal-hazırda X2 vərəsəsi Cavabdeh 03 may 2012-ci il tarixli 164 nömrəli kredit müqaviləsi üzrə 81012.68 manat əsas, 96218.39 manat faiz borcu olmaqla, cəmi 177231.07 manat borcu, 03 may 2012-ci il tarixli 163 nömrəli kredit müqaviləsi üzrə 10 dekabr 2024-cü il tarixə 110920.63 manat əsas, 130332.16 manat faiz borcu olmaqla, cəmi 241252.79 manat borcu, ümumilikdə hər iki müqavilə 418483.86 manat borcu vardır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarında qeyd edilmişdir ki, mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Qanunvericiliyin tələbinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göründüyü kimi, cavabdeh miras qalmış əmlakı qəbul etməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Eyni zamanda sübuta ehtiyacı olmayan haldır ki, miras əmlak olan əmlakların dəyəri ümumi borcdan, yəni 418483.86 manatdan artıqdır. Həmçinin, cavabdeh miras qoyanın borclarının mirasdan çox olması ilə bağlı sübutetmə yükünün üzərilərində olmasına baxmayaraq, qəbul etdiyi miras əmlakın dəyərinin mirasın passivindən az olmasına dair hər hansı sübut təqdim etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış ipoteka müqavilələri notarial qaydada təsdiq edilmədiyindən, tutmanın ipoteka müqavilələrinə əsasən ipoteka ilə yüklü edilmiş mənzillərə yönəldilməsi hissəsində iddia təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.6-ci maddəsinə əsasən, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 307.7-ci maddəsinə əsasən, ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 03 may 2012-ci il tarixli 164/1 nömrəli və 03 may 2012-ci il tarixli 163/1 nömrəli ipoteka müqavilələri əqdin formasına aid edilən şərtə uyğun bağlanmadığından etibarlı əqd hesab edilmir. Bu səbəbdən, tərəflər arasında ipoteka müqavilələri etibarsız olmaqla, hüquqi nəticəyə səbəb olmadığından, onlar arasında ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Həmçinin, məhkəmə xx.xx.2012-ci il tarixli 163 saylı kredit müqaviləsi və xx.xx.2012-ci il tarixli 164 saylı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, iddiaçının yaranmış əsas və faiz borcu tələbi ilə bağlı qeyd edir ki, ekspert tədqiqatı zamanı cavabdehin kredit müqaviləsi üzrə 27 yanvar 2025-ci il tarixə olan əsas və faiz borcu hesablanmış və rəydə göstərilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən cavabdehin 03 may 2012-ci il tarixli 163 nömrəli kredit müqaviləsi üzrə 10 dekabr 2024-cü il tarixə 110920.63 manat əsas, 130332.16 manat faiz borcu olmaqla, cəmi 241252.79 manat borcu, 03 may 2012-ci il tarixli 164 nömrəli kredit müqaviləsi üzrə 10 dekabr 2024-cü il tarixə 81012.68 manat əsas, 96218.39 manat faiz borcu olmaqla, cəmi 177231.07 manat borcu yaranmışdır. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/2223 nömrəli rəyindən görünür ki, 03 may 2012-ci il tarixli 163 nömrəli kredit müqaviləsi üzrə kreditora ödənilməli olan kredit borcu xx.xx.2025-ci il tarixə əsas borc üzrə 110960.29 manat, faiz borcu üzrə 160514.35 manat; 03 may 2012-ci il tarixli 164 nömrəli kredit müqaviləsi üzrə isə kreditora ödənilməli olan kredit borcu xx.xx.2025-ci il tarixə əsas borc üzrə 82035 manat, 120555.40 manat müəyyən edilmişdir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəydə göstərilən məbləğin iddia tələbində göstərilən məbləğdən çox olduğunu müəyyən etdiyindən, hesab edir ki, iddiaya iddiaçı tərəfindən verilən tələb həddində baxılmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2012-ci il tarixli 163 saylı kredit müqaviləsi və xx.xx.2012-ci il tarixli 164 saylı kredit müqaviləsi üzrə borcu müəyyən edilərkən iddia tələbinə göstərilən borc məbləği əsas götürülməli və kredit müqavilələri üzrə ümumilikdə yaranmış 418483.86 borc tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmçinin məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə isə qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir və tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin maddədə qeyd edilən hallardan biri də xüsusi iddia müddətidir ki, mülki qanunvericiliyə əsasən həmin Məcəllənin müvafiq fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Beləliklə, məhkəmə qeyd edir ki, hazırki mülki mübahisə üzrə iddia müddəti ötməmişdir. Belə ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə cavabdehə kredit müqavilələri üzrə borcun ödənilməsi ilə bağlı pretenziya göndərilmişdir. Bununla da məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqavilələri xx.xx.2025-ci il tarixdən ləğv edilmiş hesab edilməlidir. İddiaçı isə iddia ərizəsini 11 fevral 2025-ci il tarixdə vermişdir. Yəni müqavilə ləğv edildiyi tarixdən 15 gün sonra iddia qaldırılmışdır. Bu da belə nəticəyə gəlməyə əsas verir ki, müqavilə tələbləri üzrə müəyyən edilmiş 3 illik iddia müddəti ötürülməmişdir. Həmçinin məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin “borclu X2 xx.xx.2020-ci il tarixdə vəfat etməsi ilə onun tərəfindən bağlanmış kredit müqavilələri üzrə öhdəliklərinə xitam verilməli və borclunun vərəsələri müəyyən edilərək məhkəməyə verilməli idi” arqumentinə münasibət bildirərək qeyd edir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı”ndakı hüquqi mövqeyə əsasən müqavilələrdən yaranan öhdəliklər üzrə borclunun ölümü ilə öhdəlikdə tərəfin dəyişməsi iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olmur. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427-ci maddəsi ilə müəyyən edilmiş icra müddətləri ərzində öhdəlik icra edilməzsə kreditor ölmüş borclunun vərəsələrinə qarşı həmin Məcəllənin 377-ci maddəsi ilə təsbit edilmiş müddətlərdən etibarən iddia irəli sürmək hüququna malik olur. Belə ki, Mülki Məcəllənin 378-ci maddəsinə uyğun olaraq, öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, borclunun ölümü halında Mülki Məcəllənin 427-ci maddəsi ilə müəyyənləşdirilmiş icra müddəti ərzində öhdəlik icra edilməzsə, Mülki Məcəllənin 377.2 və 377.3-cü maddələri ilə nəzərdə tutulmuş müddətdən etibarən kreditorun hüquq varisliyi prinsipinə əsasən borclunun vərəsələrinə qarşı iddia qaldırmaq hüququ yaranmış olur. Müqavilələrdən yaranan öhdəliklər üzrə iddia müddətlərinin mirasdan imtina üçün qanunvericiliklə müəyyənləşdirilmiş 3 aylıq (məhkəmə qaydasında uzadıldıqda isə ən çoxu 5 aylıq) müddətlərə münasibətdə uzun olması nəzərə alınarsa, kreditor borcluya, onun ölümü halında isə mirasdan imtina etməmiş vərəsələrinə qarşı iddia qaldırmaq üçün kifayət qədər zamana malik olur. Mülki Məcəllənin 1312-ci maddəsində də qeyd olunmuşdur ki, əgər kreditor tələbi icra müddəti çatanadək irəli sürmüşdürsə, vərəsə icranı müddət çatanadək təxirə sala bilər. Müddət çatdıqda kreditor ümumi iddia müddəti ərzində icranı tələb edə bilər. Əks yanaşma, yəni borclunun ölümünün iddia müddətinin axımının kəsilməsinə və ya dayandırılmasına səbəb olan hal kimi qəbul edilməsi, iddia müddətinin axımının vərəsələrin müəyyən edilməsindən sonra başlanmış hesab olunması kreditora əsassız üstünlüyün tanınması ilə nəticələnməklə yanaşı, iddia müddətinin məqsəd və mahiyyətinə də uyğun olmazdı. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 712.55 (yeddi yüz on iki manat əlli beş qəpik) manat pul tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" ASC – nin xeyrinə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 50 (əlli) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X5 kod: 210005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2012-ci il tarixli 164 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 81012.68 (səksən bir min on iki manat altmış səkkiz qəpik) manat, faiz borcu üzrə 96218.39 (doxsan altı min iki yüz on səkkiz manat otuz doqquz qəpik) manat olmaqla, cəmi 177231.07 (bir yüz yetmiş yeddi min iki yüz otuz bir manat yeddi qəpik) manat; xx.xx.2012-ci il tarixli 163 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 110920.63 (bir yüz on min doqquz yüz iyirmi manat altmış üç qəpik) manat, faiz borcu üzrə 130332.16 (bir yüz otuz min üç yüz otuz iki manat on altı qəpik) manat olmaqla, cəmi 241252.79 (iki yüz qırx bir min iki yüz əlli iki manat yetmiş doqquz qəpik) manat, ümumilikdə hər iki müqavilə üzrə 418483.86 (dörd yüz on səkkiz min dörd yüz səksən üç manat səksən altı qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 712.55 (yeddi yüz on iki manat əlli beş qəpik) manat pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2012-ci il tarixli 164 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 81012.68 (səksən bir min on iki manat altmış səkkiz qəpik) manat, faiz borcu üzrə 96218.39 (doxsan altı min iki yüz on səkkiz manat otuz doqquz qəpik) manat olmaqla, cəmi 177231.07 (bir yüz yetmiş yeddi min iki yüz otuz bir manat yeddi qəpik) manat; xx.xx.2012-ci il tarixli 163 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 110920.63 (bir yüz on min doqquz yüz iyirmi manat altmış üç qəpik) manat, faiz borcu üzrə 130332.16 (bir yüz otuz min üç yüz otuz iki manat on altı qəpik) manat olmaqla, cəmi 241252.79 (iki yüz qırx bir min iki yüz əlli iki manat yetmiş doqquz qəpik) manat, ümumilikdə hər iki müqavilə üzrə 418483.86 (dörd yüz on səkkiz min dörd yüz səksən üç manat səksən altı qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 712.55 (yeddi yüz on iki manat əlli beş qəpik) manat pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 50 (əlli) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X5 kod: 210005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-1964/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1964/2025
12.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver