Məhkəmə qərarları › İş №e-2(004)-1984/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1984/2023

16.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1984/2023 16.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** VF *** (k.n.n. ** LE ***) dövlət qeydiyyat nişanlı “Porsche Panamera” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş 11.000 manat maddi zərərin qalıq məbləğinin 6.358,50 manat vəsaitin, 83,59 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat vermişdir. Lakin tərəflər məhkəməyə gəlməmişlər. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, iş üzrə Cavabdeh1 ilə barışıq əldə olunduğunu bildirmişdir. Barışıq sazişini məhkəməyə təqdim edərək, işə tərəflərin iştirakı olmadan baxılmasını, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli barışıq sazişini ərizəsinə əlavə etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən iddiaçının nümayəndəsinin, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi ərizəsini, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişini nəzərdən keçirib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən müəyyən edilir ki, Cavabdeh1 tərəfindən idarə olunan ** MU *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz CLS 500” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** VF *** (k.n.n. ** LE ***) dövlət qeydiyyat nişanlı “Porsche Panamera” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı dəymiş zərər məhkəmə qaydasında Cavabdeh1 tələb olunmuşdur. Hazırda işin məhkəmədən kənar qaydada ödəniləcək məbləği Subroqasiya prosesinin həyata keçirilməsi üzrə təlimata uyğun olaraq 3.358,50 manat şirkət tərəfindən güzəşt olunmuş, qalan tələb olunan məbləğ 3.000,00 manat ilkin ödəniş 2.000,00 manat xx.xx.2023-cü il tarixədək ödənilməli, qalıq 1.000,00 manat isə xx.xx.2023-cü il tarixdən hər ay 200,00 manat olmaqla beş ay ərzində ödənilməsi müəyyən edilir. Cavabdeh1 vurulmuş ziyanın əvəzi olaraq qalıq 3.000,00 (üç min) manat məbləği bu barışıq sazişinin tərkib hissəsi olan 1 saylı Əlavədəki ödəniş cədvəlinə əsasən 06 (altı) ay müddətində köçürmə yolu və ya ödəniş terminalları vasitəsi ilə iddiaçı "xxxx" ASC-yə ödəyir. İddiaçı "xxxx" ASC Cavabdeh1 qarşı irəli sürdüyü qalıq 3.000,00 (üç min) manat tam ödənildikdən sonra Cavabdeh1 qarşı bu subroqasiya hüququ ilə əlaqədar hər hansı bir maddi və qeyri-maddi tələbinin olmadığını bildirir. Cavabdeh şəxs 2 ay müddətində ödəniş etmədiyi təqdirdə güzəşt və müddətli ödəniş razılaşması qüvvədən düşmüş sayılır, barışıq üzrə məhkəmə tərəfindən çıxarılmış qərardad icra olunmadığı üçün birbaşa icraya yönləndirilir. Bu Barışıq sazişi imzalandığı gündən qüvvəyə minir. “Tərəflər” bu protokolun şərtlərinə əməl etmədikləri təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Bu Barışıq sazişi Azərbaycan dilində olmaqla 2 nüsxədə tərtib olunur və hər 2 nüsxəsi eyni hüquqi qüvvəyə malikdir. Barışıq sazişinin bir nüsxəsi “İddiaçı” tərəfdə, digər nüsxəsi “Cavabdeh” tərəfdə qalır. Azərbaycan Respublikası MPM-in 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52.3, 191.1, 191.2, 261, 261.0.5, 262-264, 267-268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması” tələbinə dair mülki iş üzrə - iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin və e- 2(004)-1984/2023 nömrəli mülki iş üzrə icraata xitam verilsin. xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən tərəflərin razılaşdıqları 3.000 (üç min) manat vəsaitin 2.000 (iki min) manatını xx.xx.2023-cü il tarixədək, qalan 1.000 (min) manatı isə xx.xx.2023-cü il tarixdən hər ay 200 (iki yüz) manat olmaqla, bu barışıq sazişinin tərkib hissəsi olan 1 saylı Əlavədəki ödəniş cədvəlinə əsasən 06 (altı) ay müddətində köçürmə yolu və ya ödəniş terminalları vasitəsi ilə iddiaçı "xxxx" ASC-yə ödənilməsi Cavabdeh1 öhdəsinə qoyulsun. Razılaşdırılmış 3.000 (üç min) manatın qəbul edilməsi "xxxx" ASC-nin öhdəsinə qoyulsun. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar