Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1994/2022 26.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X8 oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı QSC Bank Standard KB-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı QSC Bank Standard KB nin cavabdehlər Cavabdeh4, X2, Cavabdeh3, Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 mart 2014-cü il tarixli 1xx/xx/62779/14 saylı kredit müqaviləsi üzrə 165504,35 (yüz almış beş min beş yüz dörd manat, 35 qəpik) manat məbləğində əsas borc, 17311,47 (on yeddi min üç yüz on bir manat, 47 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, ümumilikdə isə 182815,82 (yüz səksən iki min səkkiz yüz on beş manat 82 qəpik) manat məbləğində pul, 473 (dörd yüz yetmiş üç) manat dövlət rüsümu və 60 (altmış) manat ipotekaların qeydə alınması üçün ödənilmiş, cəmi 533 manat pulun müştərək qaydada Cavabdeh4, X1, Cavabdeh3, Cavabdeh1 ləğv prosesində olan QSC X5 Bankının xeyrinə tutulmasına, tutmanın Cavabdeh1 məxsus ilkin satış qiyməti 258300 manat müəyyən edilməklə ünvan 1 ünvanında mülkiyyətində olan 47 saylı mənzilə və ipoteka predmetinin ilkin satış qiymətinin 476000 manat müəyyən edilməklə tutmanın Cavabdeh3 məxsus ünvan 1 ünvanında mülkiyyətində olan olan 42 saylı mənzilə yönəldilməsi və həmin mənzillərin açıq hərracdan satılmasına, mənzillərə tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvləri ünvan 1 ünvanında olan 47 saylı mənzili, Cavabdeh3 və onunla birlikdə yaşayan ailə üzvləri ünvan 1 ünvanında olan 42 saylı mənzili ən gec bir ay ərzində tərk etmədikdə, mənzildən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına və həmin mənzillərin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək 17 mart 2014-cü il tarixli 1xx/xx/62779/14 saylı kredit müqaviləsi üzrə 165504,35 (yüz almış beş min beş yüz dörd manat, 35 qəpik) manat məbləğində əsas borc, 17311,47 (on yeddi min üç yüz on bir manat, 47 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, ümumilikdə isə 182815,82 (yüz səksən iki min səkkiz yüz on beş manat 82 qəpik) manat məbləğində pul, 473 (dörd yüz yetmiş üç) manat dövlət rüsümu və 60 (altmış) manat ipotekaların qeydə alınması üçün ödənilmiş, cəmi 533 manat pulun müştərək qaydada Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 ləğv prosesində olan QSC X5 Bankının xeyrinə tutulmasına, tutmanın Cavabdeh1 məxsus ilkin satış qiyməti 258300 manat müəyyən edilməklə ünvan 1 ünvanında mülkiyyətində olan 47 saylı mənzilə və ipoteka predmetinin ilkin satış iymətinin 476000 manat müəyyən edilməklə tutmanın Cavabdeh3 məxsus ünvan 1 ünvanında mülkiyyətində olan olan 42 saylı mənzilə yönəldilməsi və həmin mənzillərin açıq hərracdan satılmasına, mənzillərə tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvləri ünvan 1 ünvanında olan 47 saylı mənzili, Cavabdeh3 və onunla birlikdə yaşayan ailə üzvləri ünvan 1 ünvanında olan 42 saylı mənzili ən gec bir ay ərzində tərk etmədikdə, mənzildən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına və həmin mənzillərin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan QSC Bank Standard KB ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/62779/14 saylı kredit müqaviləsinə əsasən müəyyən olunur ki, borcverən istehlak məqsədilə 490000 manat məbləğində krediti 60 ay müddətinə, illik faiz dərəcəsi 17% olmaqla borcalana verməyi, borcalan isə əsas borc və ona hesablanacaq faizləri bu müqaviləyə əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, Cavabdeh4 60 müddətinə, sonuncu ay xx.xx.2019-cu il tarixdə 12177,78 manat, hər ay 12177,76 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh4 481225 manat məbləğində pulu QSC Bank Standard KB-dən almışdır. İş materiallarında olan ipoteka saxlayan QSC Bank Standard KB ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən müəyyən olunur ki, QSC Bank Standard KB ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/62779/14 saylı “kredit müqaviləsi üzrə borc alanın öhdəliyinin icrasını təmin etmək məqsədilə ipoteka qoyan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 79 nömrəli binada 138,4 kv m ümumi, 79,6 kv m yaşayış və 58,8 kv m yardımçı sahədən ibarət 3 otaqlı 47 nömrəli mənzili ipoteka saxlayan qarşısında yüklü etmişdir. İpoteka predmetinin likvid dəyəri “X7” qiymətləndirmə şirkətinin xx.xx.2014-cü il tarixli aktına əsasən 258300 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan ipoteka saxlayan QSC Bank Standard KB ilə ipoteka qoyan Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən müəyyən olunur ki, QSC Bank Standard KB ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/62779/14 saylı “kredit müqaviləsi üzrə borc alanın öhdəliyinin icrasını təmin etmək məqsədilə ipoteka qoyan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 79 nömrəli binada 104, kv m ümumi, 62 kv m yaşayış və 42 kv m yardımçı sahədən ibarət 2 otaqlı 41 nömrəli və Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 79 nömrəli binada 167,3 kv m ümumi, 101,6 kv m yaşayış və 65,7 kv m yardımçı sahədən ibarət 4 otaqlı 42 nömrəli mənzilləri ipoteka saxlayan qarşısında yüklü etmişdir. İpoteka predmetinin likvid dəyəri “X7” qiymətləndirmə şirkətinin xx.xx.2014-cü il tarixli aktına əsasən 476000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında olan 47 saylı mənzil xx.xx.2014-cü il tarixdə QSC Bank Standard KBnin xeyrinə 60 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. Hüququ yüklü edilən şəxs Cavabdeh1dır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında olan 42 saylı mənzil xx.xx.2014-cü il tarixdə QSC Bank Standard KBnin xeyrinə 60 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. Hüququ yüklü edilən şəxs Cavabdeh3dır. İş materiallarında olan QSC Bank Standard KB tərəfindən ƏMDK yanında DƏDRXin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, QSC Bank Standard KB “Kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınması barədə müraciət etmişdir. İş materiallarında olan QSC Bank Standard KB tərəfindən ƏMDK yanında DƏDRXin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, QSC Bank Standard KB “Kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınması barədə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli “Müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildiriş”lərindən görünür ki, 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2021-ci il tarixli “Müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildiriş”lərindən görünür ki, 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh4 xx.xx.2021-ci il tarixinə 165504,35 manat əsas, 17311,47 manat gecikdirilmiş günlər üçün hesablanmış faiz borcu olmaqla, cəmi 182815,82 manat borcu vardır. İş materiallarında olan Legal Prime MMC tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli rəydən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 79 nömrəli binada yerləşən 41-42 saylı mənzilin hazırki bazar qiyməti 607 min manat, likvid dəyəri isə 592000 manat, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 79 nömrəli binada yerləşən 47 saylı mənzilin hazırki bazar qiyməti 284000 manat likvid dəyəri isə 277000 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildirişlərdən görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, izahatları dinləyərək, iş üzrə təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, QSC Bank Standard KB tərəfindən Cavabdeh4 490000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq QSC Bank Standard KB ilə ipoteka qoyan Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 79 nömrəli binada 104, kv m ümumi, 62 kv m yaşayış və 42 kv m yardımçı sahədən ibarət 2 otaqlı 41 nömrəli və Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 79 nömrəli binada 167,3 kv m ümumi, 101,6 kv m yaşayış və 65,7 kv m yardımçı sahədən ibarət 4 otaqlı 42 nömrəli mənzillər və Bank Standard KB ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 79 nömrəli binada 138,4 kv m ümumi, 79,6 kv m yaşayış və 58,8 kv m yardımçı sahədən ibarət 3 otaqlı 47 nömrəli mənzil ipoteka ilə yüklü etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı QSC Bank Standard KB Cavabdeh4 müqavilə üzrə razılaşdırılmış məbləğdə və şərtlərlə kredit verərək öhdəliyini yerinə yetirmiş, Cavabdeh4 isə müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməyərək borcunu tam ödəməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin edilməli, 17 mart 2014-cü il tarixli 1xx/xx/62779/14 saylı kredit müqaviləsi üzrə 165504,35 (yüz almış beş min beş yüz dörd manat, 35 qəpik) manat məbləğində əsas borc, 17311,47 (on yeddi min üç yüz on bir manat, 47 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, ümumilikdə isə 182815,82 (yüz səksən iki min səkkiz yüz on beş manat 82 qəpik) manat məbləğində pul, 473 (dörd yüz yetmiş üç) manat dövlət rüsümu və 60 (altmış) manat ipotekaların qeydə alınması üçün ödənilmiş rüsum Cavabdeh4 tutularaq Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankına ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 3 ünvanında olan 47 saylı mənzilə və Cavabdeh3 məxsus ünvan 1 ünvanında olan 42 saylı mənzilə yönəldilməli, Cavabdeh1 məxsus ünvan 1 ünvanında olan 47 saylı mənzilin ilkin likvid dəyəri 277000 manat, Cavabdeh3 məxsus ünvan 1 ünvanında olan 42 saylı mənzilin ilkin likvid dəyəri 592000 manat müəyyən edilməklə açıq hərracda satılmalı, mənzillərə tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 ünvan 1 ünvanında olan 47 saylı mənzili, Cavabdeh3 ünvan 1 ünvanında olan 42 saylı mənzili ən gec bir ay ərzində tərk etmədikdə, mənzildən çıxmadıqda həmin şəxslər mənzildən məcburi qaydada çıxarılmalı və həmin mənzillər boşaldılmalıdır. Məhkəmə qeyd edir ki, Legal Prime tərəfindən təqdim olunmuş rəyə müvafiq olaraq Cavabdeh1 məxsus ünvan 1 ünvanında olan 47 saylı mənzilin ilkin likvid dəyəri 277000 manat, Cavabdeh3 məxsus ünvan 1 ünvanında olan 42 saylı mənzilin ilkin likvid dəyəri 592000 manat müəyyən edilməlidir. Məhkəmə borc məbləğinin Cavabdeh1 və Cavabdeh3 tutulması barədə iddia tələbi ilə bağlı qeyd edir ki, kredit müqaviləsi Cavabdeh4 ilə QSC Bank Standard KB ilə bağlanıldığından, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddiaçı qarşısında borc öhdəliyi olmadığından iddia tələbi həmin hissədə əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin “həmin mənzillərin açıq hərracdan satılması, mənzillərə tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 ilə birlikdə yaşayan ailə üzvləri ünvan 1 ünvanında olan 47 saylı mənzili, Cavabdeh3 ilə birlikdə yaşayan ailə üzvləri ünvan 1 ünvanında olan 42 saylı mənzili ən gec bir ay ərzində tərk etmədikdə, mənzildən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları” hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh1 ilə və Cavabdeh3 ilə birlikdə yaşayan ailə üzvləri cavabdeh qismində qeyd edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən hesab edir ki, 473 (dörd yüz yetmiş üç) manat dövlət rüsümu və 60 (altmış) manat ipotekaların qeydə alınması üçün ödənilmiş rüsumu Cavabdeh4 tutularaq iddiaçıya, həmçinin əmlakların qiymətləndirilməsi üzrə aparılmış 300 manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin maddənin 6-cı bəndinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3.1-ci maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 17 mart 2014-cü il tarixli 1xx/xx/62779/14 saylı kredit müqaviləsi üzrə 165504,35 (yüz almış beş min beş yüz dörd manat, 35 qəpik) manat məbləğində əsas borc, 17311,47 (on yeddi min üç yüz on bir manat, 47 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, ümumilikdə isə 182815,82 (yüz səksən iki min səkkiz yüz on beş manat 82 qəpik) manat məbləğində pul, 473 (dörd yüz yetmiş üç) manat dövlət rüsümu və 60 (altmış) manat ipotekaların qeydə alınması üçün ödənilmiş rüsumu Cavabdeh4 tutularaq Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankına ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 1 ünvanında olan 47 saylı mənzilə və Cavabdeh3 məxsus ünvan 1 ünvanında olan 42 saylı mənzilə yönəldilsin. Cavabdeh1 məxsus ünvan 1 ünvanında olan 47 saylı mənzilin ilkin likvid dəyəri 277000 manat, Cavabdeh3 məxsus ünvan 1 ünvanında olan 42 saylı mənzilin ilkin likvid dəyəri 592000 manat müəyyən edilməklə açıq hərracda satılsın. Mənzillərə tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 ünvan 1 ünvanında olan 47 saylı mənzili, Cavabdeh3 ünvan 1 ünvanında olan 42 saylı mənzili ən gec bir ay ərzində tərk etmədikdə, mənzildən çıxmadıqda həmin şəxslər mənzildən məcburi qaydada çıxarılsın və həmin mənzillər boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 əmlakın qiymətləndirilməsi üzrə aparılmış 300 manat məbləğində ekspertiza xərci tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-1994/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1994/2022
26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver