Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1998/2024 21.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə içıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli e-2(004)- 10359/2018 nömrəli əmri ilə ərizə təmin edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli etiraz ərizəsi təmin edilmiş və mülki iş iddia icraatına keçirilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı xx.xx.2017ci il tarixli abunə müqaviləsinə əsasən ********* nömrə və “İ phone 9 plus” markalı mobil telefona görə 12 ay müddətinə hər ay Abunə müqaviləsinin əlavəsində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürmüşdür. Abunə Müqaviləsinin 4.1-ci bəndinə əsasən Abunəçi xidmət haqqını, Müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Eyni zamanda, Abunə Müqaviləsinin 12.1-ci maddəsinə uyğun olaraq abunəçi tərəfindən bu müqavilə imzalandıqda və nömrədən istifadə başladıqda müqavilənin bütün müddəalarına və istifadə qaydalarına riayət etmək öhdəliyi qeyd-şərtsiz qəbul etmiş sayılır. Abunə müqaviləsinin əlavəsinin 3-cü bəndinə uyğun olaraq Abunəçi əldə etdiyi cihazın müqabilində 12 ay müddətinə hər ay ƏDV daxil 125 manat ödəməli idi. Hər hansı səbəbdən müvafiq nömrə ilə bağlı münasibətlərə xitam verildikdə və ya Abunə müqaviləsində nəzərdə tutulmuş qaydada xidmət göstərilməsində məhdudiyyət qoyulduqda Əlavədə göstərilən cədvələ uyğun cərimə ödənilməlidir. ********* mobil nömrəsi üzrə 3 faktura üzrə borclar ödənilmədiyindən fakturaya aylıq borcdan başqa cihazın dəyəri də daxil olmaqla 1518,14 manat borcu yaranmışdır. Cavabdehin öz borcunu ödəməsinin son tarixi müəyyən olunsa da, müqavilənin qəbul olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. Göstərilənlərə əsasən, 1518.14 (min beş yüz on səkkiz manat on dörd qəpik) manat məbləğində borc və 20 (iyirmi) manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İş materiallarına "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış Abunə müqavilələri əlavə edilmişdir. Abunə Müqaviləsinin 4.1-ci bəndinə əsasən Abunəçi xidmət haqqını, Müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Abunə Müqaviləsinin 12.1-ci maddəsinə uyğun olaraq abunəçi tərəfindən bu müqavilə imzalandıqda və nömrədən istifadə başladıqda müqavilənin bütün müddəalarına və istifadə qaydalarına riayət etmək öhdəliyi qeyd-şərtsiz qəbul etmiş sayılır. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli cari hesab arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə öhdəlik üzrə 1518.14 (min beş yüz on səkkiz manat on dörd qəpik) manat borcu vardır. Məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı xx.xx.2017-ci il tarixli abunə müqaviləsinə əsasən ********* nömrə və “İ phone 9 plus” markalı mobil telefona görə 12 ay müddətinə hər ay Abunə müqaviləsinin əlavəsində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürmüşdür. Abunə Müqaviləsinin 4.1-ci bəndinə əsasən Abunəçi xidmət haqqını, Müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Eyni zamanda, Abunə Müqaviləsinin 12.1-ci maddəsinə uyğun olaraq abunəçi tərəfindən bu müqavilə imzalandıqda və nömrədən istifadə başladıqda müqavilənin bütün müddəalarına və istifadə qaydalarına riayət etmək öhdəliyi qeyd-şərtsiz qəbul etmiş sayılır. Abunə müqaviləsinin əlavəsinin 3-cü bəndinə uyğun olaraq Abunəçi əldə etdiyi cihazın müqabilində 12 ay müddətinə hər ay ƏDV daxil 125 manat ödəməli idi. Hər hansı səbəbdən müvafiq nömrə ilə bağlı münasibətlərə xitam verildikdə və ya Abunə müqaviləsində nəzərdə tutulmuş qaydada xidmət göstərilməsində məhdudiyyət qoyulduqda Əlavədə göstərilən cədvələ uyğun cərimə ödənilməlidir. ********* mobil nömrəsi üzrə 3 faktura üzrə borclar ödənilmədiyindən fakturaya aylıq borcdan başqa cihazın dəyəri də daxil olmaqla 1518,14 manat borcu yaranmışdır. Cavabdehin öz borcunu ödəməsinin son tarixi müəyyən olunsa da, müqavilənin qəbul olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış Abunə müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4 və 779-cu maddəsi çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 779.2-ci maddəsinə əsasən, vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Məhkəmə hesab edir ki, tərəflər arasındakı müqavilə Xidmət müqaviləsi olduğundan münasibətlərə analogiya üzrə MM-in tapşırıq müqaviləsi üzrə nəzərdə tutulmuş dispozitiv şərtləri tətbiq edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağlandığı Abunə müqaviləsi üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış Abunə müqaviləsinin şərtləri və MM-in 600.4 və 779-cu maddəsinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir (məhkəmə iclaslarının bir neçə dəfə təxirə salınmasına baxmayaraq). Cavabdehə məxsus olan “Elektron məhkəmə” informasiya sistemində qeydə alınmış mobil nömrələrə məhkəmə aparatı əməkdaşları tərəfindən bir neçə dəfə zəng edilsə də, nömrələrə zəng çatmamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli etiraz ərizəsində göstərilən mobil nömrəyə də məhkəmə aparatı əməkdaşları tərəfindən zəng edilərək məhkəmə iclasına dəvət olunsa da, zəngə cavab verən şəxs mobil nömrənin Cavabdeh məxsus olmadığını, onu tanımadığını bildirmişdir. Cavabdeh məhkəmə əmrinin iddia icraatına keçirilməsi barədə etiraz versə də, daha sonra mülki işlə maraqlanmamış, məhkəmə iclaslarında iştirak edərək etirazını əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1518.14 (min beş yüz on səkkiz manat on dörd qəpik) manat məbləğində pul və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 1518.14 (min beş yüz on səkkiz manat on dörd qəpik) manat məbləğində pul və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-1998/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1998/2024
21.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver