Məhkəmə qərarları › İş №e-2(004)-2001/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2001/2022

04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2001/2022 04.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Nəsimi filailı ilə borclu Cavabdeh arasında bağlanmış 04.11.2021-ci il tarixli, NSNPU-07256 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona 24 ay müddətinə illik 16.44 faiz dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. 04.11.2021-ci il tarixli, NSNPU-07256 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır.Tərəflər arasında bağlanmış 04.11.2021-ci il tarixli, NSNPU-07256 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 4-dən gec olmayaraq hər ay 98.35 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 04.11.2021-ci il tarixli, NSNPU-07256 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 2000 manat, faiz borcuna görə 99.51 manat, dəbbə borcuna görə 142.99 manat, borcun cəmi məbləği 2242.5 manat təşkil edir. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2000 manat əsas, 99.51 manat faiz, 142.99 manat dəbbə, cəmi 2242.5 manat məbləğində pul vəsaitinin və ödənilmiş 42.43 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılıb iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh 04.11.2021-ci il tarixli, NSNPU-07256 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 16.44 faiz dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. Cavabdehin 24.02.2022-ci il tarixə İddiaçı ASC-yə 2000 manat əsas, 99.51 manat faiz, 142.99 manat cərimə, cəmi 2242.5 manat borcu yaranmışdır. Borcluya dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq o, müqavidən irəli gələn öhdəliklərini icra etməmişdir. Beləliklə Azərbaycan Respublikasının MM-nin 385.1, 386, 442, 445.1, 462.1 və 739.2-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, 04.11.2021-ci il tarixli, NSNPU-07256 saylı kredit müqaviləsi üzrə 2000 (iki min) manat əsas borc, 99 (doxsan doqquz) manat 51 (əlli bir) qəpik faiz borcu, 142 (bir yüz qırx iki) manat 99 (doxsan doqquz) qəpik cərimə borcu olmaqla, cəmi 2242 (iki min iki yüz qırx iki) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 42 (qırx iki) manat 43 (qırx üç) qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 04.11.2021-ci il tarixli, NSNPU-07256 saylı kredit müqaviləsi üzrə 2000 (iki min) manat əsas borc, 99 (doxsan doqquz) manat 51 (əlli bir) qəpik faiz borcu, 142 (bir yüz qırx iki) manat 99 (doxsan doqquz) qəpik cərimə borcu olmaqla, cəmi 2242 (iki min iki yüz qırx iki) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. İş üzrə ödənilmiş 42 (qırx iki) manat 43 (qırx üç) qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar