Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2009/2024 03.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli GTKR4712142A299 saylı kredit müqaviləsinə əsasən 14906,96 AZN əsas; 1044,52 AZN faiz;cəmi 15951,48 AZN borcu, xx.xx.2022-ci il tarixli BRED4724591A299 saylı kredit müqaviləsinə əsasən 1329,57 AZN əsas; 208,02 AZN faiz; cəmi 1537,59 AZN borcun və ödənilmiş 142,47 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli GTKR4712142A299 saylı kredit müqaviləsinə əsasən ona 60 ay, illik 15 faiz dərəcəsi ilə 20000 AZN kredit verilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli BRED4724591A299 saylı kredit müqaviləsinə əsasən illik 25 faiz dərəcəsi ilə 15000 AZN onun kartına mədaxil edilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı, hesabdan çıxarış və kassa məxaric qəbzidir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-nə xx.xx.2022-ci il tarixli GTKR4712142A299 saylı kredit müqaviləsinə əsasən 14906,96 AZN əsas; 1044,52 AZN faiz; cəmi 15951,48 AZN borcu, xx.xx.2022-ci il tarixli BRED4724591A299 saylı kredit müqaviləsinə əsasən 1329,57 AZN əsas; 208,02 AZN faiz; cəmi 1537,59 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılıb iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək və bu barədə yazılı ərizə təqdim edərək, iddianın hissə-hissə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli GTKR4712142A299 saylı kredit müqaviləsinə əsasən ona 60 ay, illik 15 faiz dərəcəsi ilə 20000 AZN kredit verilmiş, xx.xx.2022-ci il tarixli BRED4724591A299 saylı elekton qaydada bağlanılmış kredit müqaviləsinə əsasən isə illik 25 faiz dərəcəsi ilə 15000 AZN onun kartına mədaxil edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli GTKR4712142A299 saylı kredit müqaviləsinə əsasən 14906,96 AZN əsas; 1044,52 AZN faiz; cəmi 15951,48 AZN borcu, xx.xx.2022-ci il tarixli BRED4724591A299 saylı kredit müqaviləsinə əsasən 1329,57 AZN əsas; 208,02 AZN faiz; cəmi 1537,59 AZN borcu yaranmışdır. Borcluya dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq o, müqavidən irəli gələn öhdəliklərini icra etməmişdir. Beləliklə Azərbaycan Respublikasının MM-nin 385.1, 386, 442, 445.1 və 739.2-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli GTKR4712142A299 saylı kredit müqaviləsinə əsasən 14906,96 (on dörd min doqquz yüz altı manat 96 qəpik) manat əsas borc, 1044,52 (bir min qırx dörd manat 52 qəpik) manat faiz borcu; xx.xx.2022-ci il tarixli BRED4724591A299 saylı kredit müqaviləsinə əsasən 1329,57 (bir min üç yüz iyirmi doqquz manat 57 qəpik) manat əsas borc, 208,02 (iki yüz səkkiz manat 02 qəpik) manat faiz borcu, cəmi 17489,07 (on yeddi min dörd yüz səksən doqquz manat 07 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 142,47 (yüz qırx iki manat 47 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli GTKR4712142A299 saylı kredit müqaviləsinə əsasən 14906,96 (on dörd min doqquz yüz altı manat 96 qəpik) manat əsas borc, 1044,52 (bir min qırx dörd manat 52 qəpik) manat faiz borcu; xx.xx.2022-ci il tarixli BRED4724591A299 saylı kredit müqaviləsinə əsasən 1329,57 (bir min üç yüz iyirmi doqquz manat 57 qəpik) manat əsas borc, 208,02 (iki yüz səkkiz manat 02 qəpik) manat faiz borcu, hır iki müqavilə üzrə cəmi 17489,07 (on yeddi min dörd yüz səksən doqquz manat 07 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. İş üzrə ödənilmiş 142,47 (yüz qırx iki manat 47 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-2009/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2009/2024
03.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver