Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2022/2025 19.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş (açar sözlər: kredit müqaviləsi) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xəlil Ülkər Abdurahman qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 20 oktyabr 2022-ci il tarixli,YSKRK- 02212 saylı Kartmane kredit və Debet karta dair Əsas şərtlər-Razılaşmaya əsasən əsas borcuna görə 368.02 (üç yüz altmış səkkiz manat 02 qəpik) manat, faiz borcuna görə 8.53 (səkkiz manat 53 qəpik) manat,dəbbə borcuna görə 0 (sıfır) manat,cəmi 376.55 (üç yüz yetmiş altı manat 55 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə təqdim edərək 20 oktyabr 2022-ci il tarixli,YSKRK-02212 saylı Kartmane kredit və Debet karta dair Əsas şərtlər-Razılaşmaya əsasən əsas borcuna görə 232,31 manat, faiz borcuna görə 1,06 manat,dəbbə borcuna görə 0 manat,cəmi 233,37 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Yasamal filialı ilə cavabdeh – Cavabdeh arasında bağlanmış 20 Oktyabr 2022-ci il tarixli, YSKRK-02212 saylı Kartmane kredit və Debet kartadair Əsas şərtlər - Razılaşmaya əsasən illik 25 % (iyirmi beş) faiz dərəcəsi olmaqla 48 (qırx səkkiz) ay müddətinə 500 (beş yüz) manat məbləği limitində cavabdehə kredit xətti açılmışdır. 20 Oktyabr 2022-ci il tarixli,YSKRK- 02212 saylı Kartmane kredit və Debet karta dair Əsas şərtlər – Razılaşmanın şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 20 Oktyabr 2022-ci il tarixli, YSKRK-02212 saylı Kartmane kredit və Debet karta dair Əsas şərtlər – Razılaşmaya əsasən,cavabdeh öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 20 Oktyabr 2022-ci il tarixli, YSKRK-02212 saylı Kartmane kredit və Debet karta dair Əsas şərtlər – Razılaşmaya əsasən borcunun məbləği əsas borcuna görə 368,02 (üç yüz altmış səkkiz manat 02 qəpik) manat, faiz borcuna görə 8,53 (səkkiz manat 53 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat,cəmi 376,55 (üç yüz yetmiş altı manat 55 qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh 20 Oktyabr 2022-ci il tarixli, YSKRK-02212 saylı Kartmane kredit və Debet karta dair Əsas şərtlər - Razılaşmaya əsasən əsas borcuna görə 368,02 (üç yüzaltmış səkkiz manat 02 qəpik) manat, faiz borcuna görə 8,53 (səkkiz manat 53 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat,cəmi 376,55 (üç yüz yetmiş altı manat 55 qəpik) manat pul tutulmalıdır.
II. Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
5. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli,YSKRK-02212 saylı Fiziki şəxslərə Bank xidmətlərinin göstərilməsinə dair Müştəri ilə Bank arasında bağlanan X1 üzrə Kartmane kredit və debet karta dair Əsas şərtlər-Razılaşmaya əsasən iddiaçı tərəfindən cavabdehə illik 25 faiz dərəcəsi ilə 48 ay müddətinə 500 manat məbləğində kredit xətti açılmışdır.
6. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 645***-******* saylı Fiziki şəxslərə Bank xidmətlərinin göstərilməsinə dair Müştəri ilə Bank arasında bağlanan X1 üzrə Hesab açılmasına dair Əsas şərtlər-Razılaşmaya əsasən müştəri İddiaçı ASC-də xx.xx.2022-ci il tarixində təsdiq edilmiş,müqavilənin hazırki tarixə qüvvədə olan və Bankın internet səhifəsində dərc olunan Ümumi Şərtlərini əldə etdiyini,həmin şərtlərlə diqqətlə tanış olduğunu,onlarla razılaşdığını və qəbul etdiyini bu Razılaşmanı imzalamaqla təsdiq edir və bu Razılaşmanın imzalanması nəticəsində X2 gələcəkdə onunla Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmir.
7. xx.xx.2022-ci il tarixli ərizə-anketə əsasən müəyyən olunur ki,cavabdeh ərizədə göstərilən məlumatların düzgünlüyünə və həqiqiliyinə zəmanət vermiş və onların istənilən mənbədən yoxlanılmasına icazə vermiş, ”Rabitəbank” ASC-nin kredit şərtləri ilə və tarifləri ilə tanış olmuş,bununla razılaşmış və razılığını imzası ilə təsdiq etmişdir.
8. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə iddiaçı cavabdehə xx.xx.2025-ci il tarixinə 368,02 manat əsas, 7,52 manat faiz borcu olmaqla, ümumilikdə 375,54 manat yaranmış borcu 3 iş günü müddətində ödəməyi təklif etmiş, əks təqdirdə kredit müqaviləsini 3 iş günü müddətində ləğv olunacağı və məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
9. İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli,YSKRK-02212 saylı Kartmane kredit və debet karta dair Əsas şərtlər-Razılaşmaya əsasən cavabdehin xx.xx.2025-ci il tarixə olan əsas borcu 368,02 manat, faiz borcu 8,53 manat təşkil edir.
10. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
12. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. - 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
15. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edilmiş gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə təmin edilə bilər. Yəni, öhdəlik müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir.
16. Lakin məhkəmə qeyd edir ki, pretenziya məktubunda cavabdehdən tutulacaq əsas borc 368,02 manat, faiz borcu 7,52 manat müəyyən edilməsinə baxmayaraq, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən ödənişin edilməsini və iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin verilməsini, məhkəmənin iddia tələbindən kənara çıxmağa haqlı olmamasını nəzərə alaraq, cavabdehdən tutulacaq əsas borc 232,31 manat, faiz borcu 1,06 manat müəyyən edilməlidir.
17. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 232,31 manat əsas, 1,06 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
IV. Nəticə:
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 232,31 manat əsas, 1,06 manat faiz borcu, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 263,37 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Xəlil