Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2032/2024 06.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 10,904 manat, mediasiya xərci üçün ödənilmiş 60 manat və dövlət rüsumu üçün ödənilmiş 73 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021ci il tarixli 637 saylı əmrlə “Administrator” vəzifəsinə keçirilmiş və “X5” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixli 364 saylı əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü ilə) maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, İddiaçı MMC-nin – OBA mağazasında çalışdığı zaman, xx.xx.2022-ci il tarixində aparılmış inventarizasiyalar nəticəsində cavabdehin Cəmiyyətə müvafiq olaraq 13,408 manat 29 qəpik zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlarda da yekun ziyan məbləğlər öz əksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyanın müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 10,904 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, eyni zamanda məhkəmə iclasları barədə bildirişlər cavabdehin elektron kabinetinə yerləşdirilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam və obyektiv araşdıraraq, işdə iştirak edən iddiaçının nümayəndəsini dinləyib, sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Əmək müqaviləsinə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı MMC ilə əmək münasibətlərinə daxil olmuş və satış şöbəsinin satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. - xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əlavəyə əsasən xx.xx.2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilərək, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində administrator vəzifəsinə keçirilmişdir. - xx.xx.2021-ci il tarixli X5 haqqında müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh ilə X5 və kommersiya sirrinin yayılmaması barədə müqavilə bağlamışdır. - xx.xx.2022-ci il tarixli 1510 nömrəli növbədənkənar inventarizasiyanın aparılması haqqında əmrə əsasən “Oba-Binəqədi9” (853) mağazasında administrator işləyən, maddi məsul şəxs Cavabdeh öhdəsində olan maddi ehtiyatların, mağazaya yeni administrator təyin olunmuş maddi məsul şəxs X3 bilavasitə iştirakı ilə faktiki mövcud olan maddi ehtiyatların, xx.xx.2022-ci il tarixinə olan vəziyyətinin (qanun pozuntuları olması ehtimalı ilə əlaqədar) yoxlamasını aparmaq məqsədi ilə daimi fəaliyyətində olan inventarizasiya komissiyası növbədənkənar yoxlamanın aparılması üçün işçi qrupunun yaradılması əmr edilmişdir. - xx.xx.2022-ci il tarixli İddiaçı MMC-nin inventarizasiya komissiyasının iltizamnaməsinə əsasən Cavabdeh inventarizasiya tarixinə kimi öhdəsində olan maddi qiymətlilərə dair mədaxil və məxaric sənədlərinin hamısını mühasibatlığa təqdim etmişdir. Kənara borc, yaxud başqa qaydada saxlanmaq üçün heç nə verməmiş və heç kimdən borc, yaxud başqa qaydada saxlanmaq üçün heçnə almamışdır. Bütün mədaxil və məxaric sənədləri sistemə işlənilmiş və öhdəsində olan bütün mallar yoxlama işçi qrupuna təqdim edilmişdir. - İddiaçı MMC üzrə xx.xx.2022-ci il tarixli 364 saylı əmrdən işdən azad haqqında çıxarışa əsasən Cavabdeh ərizəsi əsasında cəmiyyətin satış departamentinin satış şöbəsinin administratorunun əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” (tərəflərdən birinin təşəbbüsü) bəndinə əsasən xitam verilmişdir. - İddiaçı MMC-nin 24 iyun 2023-cü il tarixli arayışına əsasən Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında, xx.xx.2022-ci il tarixində 13408,29 (on üç min dörd yüz səkkiz manat 29 qəpik) manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskigəlmələrə görə ümumi olaraq 10904,0 (on min doqquz yüz dörd) manat borc qalmışdır. Beləliklə, Cavabdeh 24 iyun 2023-cü il tarixinə İddiaçı MMC-ə olan ümumi borcu 10904,0 (on min doqquz yüz dörd) manat təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200.1-ci maddəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X5 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 203-cü maddəsinin 1-ci bəndisə əsasən, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Həmin Məcəllənin 203-cü maddəsinin 2-ci bəndinə əsasən, araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Həmin Məcəllənin 205.2-ci maddəsinə əsasən, əgər ziyan işçi tərəfindən X5 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Həmin Məcəllənin 296.5-ci maddəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Məhkəmə baxışı zamanı iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, işçi Cavabdeh mağazanın administratoru olaraq müqavilə əsasında X5li şəxs qismində əmək vəzifələrinin icrası ilə bağlı ciddi nöqsanlara yol verərək işəgötürən İddiaçı MMC-yə 10904 (on min doqquz yüz dörd) manat maddi zərər vurmuşdur. Əmək Məcəlləsinin 201-ci maddəsində nəzərdə tutulmuş, işçi Cavabdeh maddi məsuliyyətinin istisna edən hallar aşkar olunmamışdır. Sözügedən zərər məbləği iş materiallarına əsasən öz təsdiqini tapmışdır. 10904 (on min doqquz yüz dörd) manat zərər məbləğinin ödənilməsi ilə bağlı İddiaçı MMC tərəfindən Cavabdeh təklif edilsə də, hər hansı nəticə əldə olunmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 10904 (on min doqquz yüz dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 133 (yüz otuz üç) manat məhkəmə məsrəfi, ondan 60 (altmış) manat məbləğində mediasiya xərci və 73 (yetmiş üç) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10904 (on min doqquz yüz dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İş üzrə ödənilmiş 133 (yüz otuz üç) manat məhkəmə məsrəfi, ondan 60 (altmış) manat məbləğində mediasiya xərci və 73 (yetmiş üç) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-2032/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2032/2024
06.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver