Məhkəmə qərarları › İş №e-2(004)-2032/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2032/2025

18.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2032/2025 18.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, Ərizəçi İddiaçı “aliment məbləğinin indeksasiya edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı “aliment məbləğinin indeksasiya edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, hazırki ərizə iddia icraatı (2 indeksi ilə) qaydasında deyil, məhkəmə qərarının icrası qaydasında (8 indeksi) kimi məhkəməyə ünvanlanmalıdır. Ərizəçi tərəfindən “Elektron məhkəmə” informasiya sistemində işin növü “iddia icraatı” kimi müəyyən edildiyindən hazırki ərizənin məhkəmə qərarının icrası formasında qeydiyyata almaq mümkün deyildir. Nəticə etibarilə, ərizə məhkəmə qərarının icrası mərhələsində olduğu kimi 8 indeksi ilə məhkəməyə təqdim edilməlidir. Ərizədə qeyd edilən xüsusatlara əsasən müəyyən edilir ki, aliment məbləği Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(009)-1804/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir. Deməli, icra sənədinə məhkəmə nəzarətini həyata keçirən məhkəmə icra orqanının yerləşdiyi yer üzrə Yasamal rayon Məhkəməsi deyil, icra sənədini vermiş Səbail rayon Məhkəməsidir. Odur ki, aliment məbləğinin indeksasiyası ilə bağlı müvafiq ərizə Bakı şəhəri Səbail rayon Məhkəməsinə ünvanlanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, yenidən, ümumi qaydada ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Eyni Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi İddiaçı “aliment məbləğinin indeksasiya edilməsi” tələbinə ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar