Məhkəmə qərarları › İş №e-2(004)-2035/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2035/2023

28.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2035/2023 28.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə pul˝ tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X3” ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “X3” ASC-nin xeyrinə 9301.45 manat əsas, 889.55 manat faiz, 25.68 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 10216.68 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 120.66 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ˝knabinU˝ KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 19% ödəmək şərtilə 9398 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1ci maddəsinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı ödəsinə götürüb. Lakin cavabdeh Müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 15 mart 2023, çərşənbə tarixinə ˝knabinU˝ KB ASC-yə 9301.45 manat əsas, 889.55 manat faiz, 25.68 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 10216.68 manat borcu yaranmışdır. İddiaçı qeyd edir ki, tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll ediləsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişd ir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 60 ay müddətinə illik 19% ödəmək şərtilə 9398 manat məbləğində kredit verilmişdir. İlk vaxtlar banka olan aylıq ödənişlərini vaxtında ödəsə də, sonrada maddi vəziyyəti ilə əlaqədar ödənişləri vaxtında edə bilməmişdir. Bank tərəfindən hesablanmış faiz məbləği ilə razılaşmır. Maddi vəziyyəti borcu birdəfəlik ödəməyə imkan vermir. Hazırda rəsmi iş yeri yoxdur, evlərdə qaynaqçı işləyir, aylıq gəliri yoxdur. Himayəsində xəstə anası və körpə övladı var. Bank tərəfindən faiz dondurularsa, əsas borcdan aylıq maksimum 50-100 manat məbləğində ödəniş edə bilər. Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materillarında olan və məhkəmə baxışında tədqiq olunmuş: "xxxx" KB ASC-nin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1099nkSUM/22 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, kreditor borcluya verilmiş 9398 manat məbləğini illik maksimum 19 faiz olmaqla, maksimum 60 ay müddətində xx.xx.2027-ci il tarixinədək borcun bağlanması şərti ilə kredit verilmişdir. "xxxx" KB ASC-nin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1099nkSUM/22 saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, kreditor borcluya verilmiş 9398 manat məbləğini illik 19 faiz olmaqla, 60 ay müddətində xx.xx.2027-ci il tarixinədək borcun bağlanması şərti ilə kredit verilmişdir. Kredit məbləği bank qarşısındakı xx.xx.2022-ci il tarixli 1099nkSUM/22 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönələcək. Unibank KB ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişin surətindən müəyyən olunur ki, cavabdeh xx.xx.2022-ci il tarixli 1099nkSUM/22 saylı kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən xx.xx.2023-cü il tarixinə əsas kredit borcu üzrə 9301.45 AZN, faiz borcu üzrə 648.61 AZN, cərimə borcu üzrə 12.53 AZN, cəmi 9962.59 AZN məbləğində borcun ödənilməsi 3 (üç) gün ərzində təmin edilməsi, əks təqdirdə Bank tərəfindən öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli, BANK/PİKMD/1090090 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 1099nkSUM/22 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə borcu 9301.45 manat əsas, 889.55 manat faiz borcu, 25.68 manat cərimə olmaqla, cəmi 10216.68 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/3414 nömrəli, 12 iyun 2023-cü il tarixli rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh banka ödənilməmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2022-ci il tarixli 1099nkSUM/22 saylı əlavə kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh xx.xx.2023-cü il tarixdə banka olan əsas və faiz borcu 10.195,25 manat məbləğində müəyyən edilir, o cümlədən xx.xx.2023-cü il tarixə əsas borc üzrə 9.301,76 manat, faiz borcu üzrə 893,49 manat təşkil edir. Ekspert tədqiqatının dəyəri 100 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzinə əsasən məhkəmədə iddia qaldırılması üçün 120.66 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" KB ASC-nin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1099nkSUM/22 saylı kredit müqaviləsi əsasında kreditor borcluya verilmiş 9398 manat məbləğini illik 19 faiz olmaqla, 60 ay müddətində xx.xx.2027-ci il tarixinədək borcun bağlanması şərti ilə kredit verilmişdir. Kredit məbləği bank qarşısındakı xx.xx.2022-ci il tarixli 1099nkSUM/22 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönələcək. Borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəmək barədə öhdəlik götürmüşdür. Lakin Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərdən yayınmışdır. Nəticədə Cavabdeh 9301.45 manat əsas, 889.55 manat faiz borcu, 25.68 manat cərimə olmaqla cəmi 10216.68 manat kredit borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə bildiriş göndərilməklə kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələb edilmiş və məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də iddia tələbi əsas borc hissəsində 9301.45 manat borcun tutulması, faiz borcu hissəsində 889.55 manatın tutulması və ağlabatan həcmdə hesablanmış 25.68 manat cərimə borcunun tutulması hissəsində tam təmin edilməli və Cavabdeh tutularaq iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən 120.66 (yüz iyirmi manat altmış altı qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “Unibank" KB ASC-nin xeyrinə ödənilməlidir. İş üzrə aparılmış məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində olan ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 9301.45 (doqquz min üç yüz bir manat qırx beş qəpik) manat əsas, 889.55 (səkkiz yüz səksən doqquz manat əlli beş qəpik) manat faiz borcu, 25.68 (iyirmi beş manat altmış səkkiz qəpik) manat cərimə olmaqla, cəmi 10.216,68 (on min iki yüz on altı manat altmış səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş 120.66 (yüz iyirmi manat altmış altı qəpik) məbləğində dövlət rüsumu tutularaq iddiaçı “Unibank" KB ASC-nin xeyrinə ödənilsin. Keçirilmiş ekspertizanın xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X1; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində nortkelE˝ məhkəmə˝ informasiya sistemində yaradılan elektron kabinetindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar