Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2059/2024 16.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X4 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Cavabdeh3 və Cavabdeh4 qarşı “dövlət orqanının vəzifəli şəxsləri tərəfindən vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Cavabdeh3 və Cavabdeh4 qarşı “dövlət orqanının vəzifəli şəxsləri tərəfindən vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və onun vəzifəli şəxsləri Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 Məhəmmədağa oğlundan 1,200,000 (bir milyon iki yüz min) manat pul vəsaitinin və 1390 (bir min üç yüz doxsan) manat dövlət rüsumunun müştərək qaydada İddiaçı ASC-in xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə BA seriyalı, 957787 nömrəli sığorta şəhadətnaməsi blankı verilmək yolu ilə sığorta müqaviləsi bağlanılmışdır. Sığorta şəhadətnaməsinə əsasən Bakı ş., Binəqədi ray., Sulutəpə qəs., ünvanında yerləşən ticarət mərkəzinin 2-ci (ikinci) mərtəbəsinin 2000 (iki min) kv. metr sahəsi qismən sığorta olunmuşdur. xx.xx.2019-cu il tarixində baş vermiş yanğın hadisəsi nəticəsində sığorta təminatı verilmiş tikilinin 2-ci (ikinci) mərtəbəsində yerləşən 2000 (iki min) kv. metr sahənin bir hissəsinə qismən zərər dəymişdir. Sığorta hadisəsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2020-ci il tarixli, xx/xx-03580 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-ə məxsus tikinti və inşaat materialları bazarı yanğın hadisəsi baş verdiyi tarixədək yanğın təhlükəsizliyi sahəsində layihə həlli olmadan tikilmiş, tikililər arasında yanğına qarşı ara məsafəsi gözlənilməmiş, mal və məhsulların yığılması qaydası pozulmuş, obyektin elektrik təsərrüfatı “Elektrik qurğularının quraşdırılması qaydalarının” tələblərinə uyğun quraşdırılmamış, yanğına qarşı su təchizatı tələbatı ödənməmiş, yanğın su hovuzuna yanğın avtomobillərinin sərbəst yan alması təmin edilməmişdir. Bundan başqa obyekt avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu, ilkin yanğınsöndürmə vasitələri ilə normaya uyğun təmin olunmamış, digər çoxsaylı norma və qayda pozuntuları şəraitində istismar edilmişdir. Sığorta hadisəsinin təsdiq edilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının reyestrində qeydiyyata alınan "xxxx" MMC-ə müraciət edilmişdir. xx.xx.2021-ci il tarixli, 0339 nömrəli ekspert rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən "xxxx"MMC-yə məxsus tikinti və inşaat materialları bazarının, yanğın baş verdiyi tarixədək tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan, şəhərsalma və tikinti norma və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş, yəni özbaşına tikinti olmuşdur. “İcbari sığortalar haqqında” AR Qanununun 35.3.4-cü maddəsinə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak) əsasən "xxxx"MMC-yə dəymiş zərər hesablanmayaraq sığorta ödənişi verilməmişdir. Sığortalıya sığorta ödənişinin verilməsindən imtina olunması barədə xx.xx.2020-ci il və xx.xx.2023-cü il tarixli bildirişlər göndərilmişdir. Ümumiyyətlə, İddiaçı ASC dəymiş zərərlə bağlı sığorta kompensasiyasını hesablamamış və bununla bağlı hər hansı pul vəsaitini bank hesablarında saxlamamışdır (ödəniş tapşırığı verməmişdir). BA seriyalı, 957787 nömrəli (RAZ**********) sığorta şəhadətnaməsi blankında qeyd olunan 1 250 000 (bir milyon iki yüz əlli min) manat sığorta məbləği “Eurohome’’ MMC-in sahibliyində, istifadəsində və ya sərəncamında olan pul vəsaiti olmamışdır. Bakı şəhəri Binəqədi rayon icra şöbəsi İddiaçı ASC-yə müxtəlif tarixlərdə məktublar ünvanlamış, xx.xx.2023-cü il tarixli, xx/xx-57094-29 nömrəli məktubla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu "xxxx" MMC-nin sığorta ödənişləri barədə məlumatın Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilməsi xahiş olunmuş, xx.xx.2023-cü il tarixli məktubla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə “borclunun üçüncü şəxslərdə olan əmlakı (pul vəsaitləri) üzərinə həbs qoyulması haqqında” icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı İddiaçı ASC-yə göndərilmiş, xx.xx.2023-cü il tarixli digər məktubla isə həmin icra vərəqəsinə əsasən borclu "xxxx" MMC üçün nəzərdə tutulmuş sığorta vəsaitinin İddiaçı ASC-yə məxsus hansı bankda olan depozit hesabda yerləşməsi Dövlət rüsumunun ödənilməsi haqqında məlumat və həmin hesab rekvizitləri barədə məlumat verilməsi xahiş olunmuşdur. İddiaçı ASC xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli məktublarla Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə bildirmişdir ki, "xxxx" MMC-nin mülkiyyətində (sahibliyində, istifadəsində və ya sərəncamında) olan pul vəsaiti İddiaçı ASC-də olmamış və hər hansı öhdəliyi yaranmamışdır. Lakin Binəqədi rayon İcra Şöbəsinin vəzifəli şəxsləri Cavabdeh3 və Cavabdeh4 yuxarıda sadalanan hallara nəzər yetirmədən, BA seriyalı, 957787 nömrəli (RAZ**********) sığorta şəhadətnaməsi blankında qeyd olunan 1 250 000 manat sığorta məbləğini yanlış olaraq "xxxx" MMC-nin sahibliyində, istifadəsində və ya sərəncamında olan “pul vəsaiti”, yəni əmlakı kimi qəbul etmişdir. Həmçinin, Binəqədi rayon İcra Şöbəsinin vəzifəli şəxsləri Cavabdeh3 və Cavabdeh4 İddiaçı ASC-in öhdəliyində qalmayan 1,200,000 (bir milyon iki yüz min) manat sığorta ödənişi də "xxxx" MMC-in pul vəsaiti kimi hesab etmişlər. Halbuki, sığortaçı tərəfindən sığortalıya azadolma məbləği çıxıldıqdan sonra sığorta ödənişi həyata keçirilir. xx.xx.2023-cü il tarixində tarixində Binəqədi rayon İcra Şöbəsinin vəzifəli şəxsləri Cavabdeh3 və Cavabdeh4 tərəfindən qanunsuz və əsassız olaraq "xxxx" ASC-ə xx.xx.2023-cü il tarixli, 130 nömrəli inkasso sərəncamı göndərilmiş və İddiaçı ASC-in 1 250 000 (bir milyon iki yüz əlli min) manat həcmində investisiya kapitalı Ədliyyə Nazirliyinin bank hesabına köçürülmüşdür. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəriu Binəqədi rayon İcra şöbəsi iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021-038 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclular X5, X6 və "xxxx" MMC-dən müştərək qaydada 391891 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X11, 389974 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X12, 135800 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X2, 193465 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X14, 193909 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X1, 324866 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X7, 115083 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X13 və 107804.48 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X3 ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixdə Binəqədi rayon İcra Şöbəsinə daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. İcra vərəqəsində göstərilən tələbi 10 (on) gün müddətində könüllü qaydada təmin edilməsi barədə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə tərəflərə göndərilmişdir. Belə ki, icra vərəqəsinin icrası ilə əlaqədar borclular X8, X9 əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə elektron icra sisteminin bazasına (mülkiyyətində daşınmaz əmlak, nəqliyyat vasitəsi olub-olmaması, pensiya, təqaüd alıb-almaması, vergi ödəyicisi olub-olmaması ilə bağlı sorğular edilmiş və alınmış cavablarda borclunun adına tələbin yönəldilə biləcəyi yetərli əmlak aşkar edilməmişdir. Həmçinin digər "xxxx" MMC əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə elektron icra sisteminin bazasına (mülkiyyətində daşınmaz əmlak, nəqliyyat vasitəsi olub- olmaması, vergi ödəyicisi olub-olmaması ilə bağlı və bank hesabları barədə sorğular edilmiş və alınmış cavablarda borclunun adına tələbin yönəldilə biləcəyi heç bir daşınar və daşınmaz əmlak müəyyən edilməmişdir. Müəyyən edilmiş bank hesablarına isə tətbiq edilmiş inkasso sərəncamları, hesabda vəsait olmadığı üçün icra edilməmişdir. İcra sənədi üzrə tələb ödənilmədiyi üçün tərəflarindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, borclu "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən daşınmaz əmlaka dair "AZSİĞORTA” ASC tərəfindən İcbari Sığorta Şəhadətnaməsi (№RAZ**********) verilərək ******* manat vəsait nəzərdə tutulmuş və həmin şəhadətnamə üzrə vəsaitdən hazırki vaxta qədər heç bir sığorta əməliyyatı aparılmamışdır. Sığorta üçün nəzərdə tutulmuş pul vəsaitinin üzərinə tələb həcmində həbs qoyulması ilə bağlı təqdimatla xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə də müraciət olunmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-376/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat təmin olunaraq xx.xx.2023-cü il tarixdə icra olunması üçün Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə göndərilmiş və elə həmin tarixdə də İddiaçı ASC-yə məxsus manatla və xarici valyuta hesablarına inkasso sərəncamları göndərilmişdir. Həmin sərəncamların icrası ilə bağlı nəzərdə tutulmuş ******* manat vəsaitin zərərçəkən-tələbkarlar arasında xx.xx.2023cü il tarixli qərarla bölüşdürülməsi təmin edilmiş və hazırda qalıq 600000 manatdan yuxarı maddi ziyanın ödətdirilməsi ilə bağlı tərəflarindən müvafiq icra hərəkətləri aparılmaqdadır. Əlavə olaraq bildirilir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-376/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Bakı Apellyasiya Məhkəməsinə şikayət verilsə də, Bakı Apellyasiya Məhkəməsinin 8(103)-172/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən qərardad dəyişdirilmədən saxlanılaraq şikayət təmin edilməmişdir. Belə ki, "Azsığorta” ASC tərəfindən son 10 ay ərzində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə icra məmurunun hərəkət və qərarlarından eyni predmet üzrə 10 əsassız Ərizə daxil olmuş və həmin ərizlər qeyd edilən məhkəmə qərarları (qərardadları) ilə birmənalı rədd edilmişdir: 1) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-376/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərardadı (hakim E.Mustafayev) 2) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-457/2023 saylı, xx.xx.2023- cü il tarixli Qərardadı(hakim İ.Əliyev) 3) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-642/2023 saylı, xx.xx.2023- cü il tarixli Qərardadı(hakim E.Mustafayev) 4) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)- 642/2023 saylı, xx.xx.2023- cü il tarixli Qərardadı (hakim E.Mustafayev) 5) Bakı Apellyasiya Məhkəməsinin 8(103)-313/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərardadı(hakim İ.Şirinov) 6) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10709/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı (hakim T.Məlikov) (Sonuncu Yasamal Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəmələrinin qətnamələri) Göründüyü kimi, "xxxx" ASC yenidən daha bir əsassız ərizə ilə təkrar Bakı şəhəri Yasamal rayon Məhkəməsinə üz tutmuş və əvvəlki eyni məzmunlu müraciətləri barədə məhkəməyə məlumat verməyərək məhkəmənin vaxtını almaqla yalan məlumatlar verməyini davam etdirmişdir. Məlumat üçün bildirirlər ki, sözügedən icra sənədi üzrə hadisələr (ticarət müəssisəsində baş vermiş yanğınla çoxsaylı zərərçəkənlərə dəymiş ziyan həcmi) Azərbaycan cəmiyyətində kifayət qədər ictimailəşmiş məsələdir və hər kəs bundan media və mətbuat vasitəsi ilə xəbərdardır. Belə olan halda "xxxx" ASC tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinə yenidən əsassız Ərizə ilə müraciət etməsi (məhkəməni aldatmağa çalışması, eyni müraciətlərlə məhkəmələrin iş yükünü artırmağa çalışması (səbəb olması) və sairə) tamamilə qəbul olunmazdır və məsuliyyətə səbəb olmalıdır. Yəni icra sənədi üzrə icra üsuluna uyğun məhkəmə qərarı əsasında nəzərdə tutulmuş pul vəsaitinin zərərçəkənlərə ödənilməsinin təmin edilməsinə "vurulmuş ziyan" adı qoyub yenidən məhkəməyə iddia ərizəsi vermək gülünc xarakter daşıyır. Məlum olduğu kimi tərəflərindən aparılmış icra tədbirləri nəticəsində Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktı prosessual qanunvericiliyin tələblərinə tam riayət edilməklə icra olunmuş və tələbkarların (zərərçəkənlərin) haqlı tələbləri hələki qismən təmin edilmişdir. Bununla bağlı "xxxx" ASC-nin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə (Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə), Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı növbəti uydurma tələbi tamamilə əsassızdır. Belə ki, adı qeyd edilən sonuncu iki şəxsin prosessual baxımdan məsələyə heç bir aidiyyatı yoxdur. Göründüyü kimi “Azsığorta" ASC-nin əslində iddia tələbi Mülki Məcəllənin 893.3-cü maddəsinin müddəaları baxımından tamamilə əsassızdır və icra sənədi üzrə hazırki ziyan məbləği ******* manatdan yuxarı olduğu halda, nəzərdə tutulan sığorta məbləği mövcud ziyan məbləğini belə hazırda ödəmədiyi halda azadolma məbləğinin tələbi qanunvericiliyə uyğun mümkün deyildir. Odur ki, Azsığorta" ASC-nin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə (Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə), Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı dövlət orqanlarının vəzifəli şəxsləri tərəfindən vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı növbəti əsassız iddia ərziəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X15 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi, Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-376/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən təqdimat təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 1(001)-184/2021 saylı icra sənədinin icrasının təmin olunması məqsədilə "xxxx" MMC-nin "xxxx" ASC-də olan RAZ190783567 nömrəli sığorta şəhadətnaməsi üzrə sığorta üçün nəzərdə tutulmuş ******* manat pul vəsaitinin üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-457/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Cavabdeh3 hərəkətlərinin qanunsuz hesab edilməsi barədə "xxxx" ASC-nin şikayətinin təmin edilməməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-642/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Cavabdeh3 tərəfindən qəbul edilmiş 02 iyun 2023-cü il tarixli “borcludan tutulmuş pul məbləğlərinin tələbkarlar arasında bölüşdürülməsi haqqında” qərardan "xxxx" ASC tərəfindən verlmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-642/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-642/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından "xxxx" ASC tərəfindən verlmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 8(103)-313/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadına əsasən "xxxx" ASC tərəfindən verlmiş şikayətin təmin edilməməsi, hazırki iş üzrə Binəqədi rayon Məhkəməsinin 8(001)-642/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı onun şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2 və 3-cü maddələri) “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu 1- ci maddəsinə əsasən, Sığorta hadisəsi - icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta tələbi isə - sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna, icbari sığorta qanunlarına və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti hesab olunur, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 13.5. Sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə məlumat sığortaçıya şifahi qaydada verildikdə, şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü müddətində sığortaçı yazılı sığorta tələbinin formasını sığorta olunana və (və ya) faydalanan şəxsə təqdim etməlidir. 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. 41.1 Daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddəsinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclular X17, X18 və "xxxx" MMC-dən vurulmuş maddi ziyana və ödənilmiş dövlət rüsumlarına görə müştərək qaydada müxtəlif məbləğqdə pul vəsaitlərinin tutularaq tələbkarlar X11, X12, X2, X14, X1, X7, X13 və X3 ödənilməlidir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Cavabdeh3 xx.xx.2024-cü il tarixə icraata başlamaq haqqında qərar qəbul etmiş və borclu "xxxx" MMC-yə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-376/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən təqdimat təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 1(001)-184/2021 saylı icra sənədinin icrasının təmin olunması məqsədilə "xxxx" MMC-nin "xxxx" ASC-də olan RAZ190783567 nömrəli sığorta şəhadətnaməsi üzrə sığorta üçün nəzərdə tutulmuş ******* manat pul vəsaitinin üzərinə həbs qoyulması qərara alınmışdır. 1.250.000 manat məbləğində sığorta ödənişinin tələbkarlar arasında bölüşdürüldüyü məlum olmuşdur. 1.250.000 manat məbləğində sığorta məbləğinə həbsin qoyulması, daha sonra inkasso sərəncamı ilə həmin məbləğin borclular arasında bölüşdürülməsinə dair icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair iddiaçının şikayət ərizələri təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, icra məmuru və icra məmuruna nəzarəti həyata keçirən müvafiq dövlət orqanının vəzifəli şəxslərinin hərəkətlərində qanunsuz hər hansı hərəkət olmadığından iddia cavabdehlərə münasibətdə əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Cavabdeh3 və Cavabdeh4 qarşı “dövlət orqanının vəzifəli şəxsləri tərəfindən vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-2059/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2059/2024
16.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver